“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
24 Yanvar 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

29 dekabr

A+ | A-

29 dekabr 1946 - Müasir Azərbaycan poeziyasının tanınmış simalarından biri Nüsrət Kəsəmənli anadan olub...

Azərbaycan

 

29 dekabr 1921 - Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (1921 - 4.9.2003) anadan olub. "Aləmdə səsim var mənim" (Seyid Əzim Şirvani haqqında), "Yad et məni" (Abbas Səhhət), "Bakı-1501" (Xətai), "Eldən elə" (coğrafiyaşünas Zeynalabdin Şirvani) və s. romanların müəllifidir. "Fatma xanım Kəminə", "Könül çırpıntıları", "Azərbaycanın aşıq və şair qadınları" (iki cilddə) və s. kitabları tərtib edib.

 

29 dekabr 1929 – Tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Püstəxanım Əzizağa qızı Əzizbəyova (1929 - 8.1.1998) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru olub.

 

29 dekabr 1929 – Xalq rəssamı Kamil Nəcəf oğlu Nəcəfzadə (1929 - 29.9.2011) Lənkəran şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasında “Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, Ad günü”, “Qanlı zəmi” və s. filmlərin quruluşçu rəssamı olub. Akademik Milli Dram və Rus Dram teatrlarında tamaşaların bədii tərtibatını verib.

 

29 dekabr 1946 - Müasir Azərbaycan poeziyasının tanınmış simalarından biri Nüsrət Yusif oğlu Kəsəmənli (1946 - 17.10.2003) Qazax rayonunun Kalininkənd kəndində anadan olub. 150-dək şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifıdir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.

 

29 dekabr 1991 - Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına münasibətlə bağlı referendum keçirilib. Oktyabrın 18-də Ali Sovetdə qəbul olunan tarixi sənəd artıq SSRİ süqut edəndən sonra ümumxalq səsverməsinə çıxarılmışdı və artıq referendum sırf formal xarakater daşıyırdı.

 

29 dekabr 2000 - Prezident Heydər Əliyev 2001-ci il, XXI əsr və III minilliyin başlaması münasibətilə Azərbaycan xalqına müraciət edib. Müraciətdə Azərbaycan xalqının qədim dövrlərdən XX əsrin sonunadək keçdiyi tarixi yol geniş təfərrüatı ilə təhlil olunur və Azərbaycanın gələcək strateji inkişaf istiqamətləri qeyd olunur.

 

29 dekabr 2006 - Prezident İlham Əliyev Bakı şəhərində Heydər Əliyev Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Mərkəzin təməlaatma mərasimi 2007-ci ilin sentyabrında keçirildi. 2012-ci il mayın 10-da Heydər Əliyev Mərkəzinin açılışı oldu.

 

Dünya

 

29 dekabr 1775 – İtalyan əsilli məşhur Rusiya memarı Karl Rossi (Carlo di Giovanni Rossi; 1775-1849) Neapolda anadan olub. Sankt-Peterburq şəhərində bir çox görkəmli buna və memarlıq ansambllarının müəllifidir.

 

29 dekabr 1915 – Amerika fantasr-yazıçısı Çarlz Leonard Harness (Charles Leonard Harness) anadan olub.

 

29 dekabr 1938 – Amerika aktyoru Con Voyt (Voight) anadan olub. Filmləri: “Evə dönüş” (“Oskar” mükafatı), “Gecəyarısı kovboy”, “Qeyri-mümkün missiya”, “Perl Harbor”, “Transformerlər” və s. Aktrisa Ancelina Colinin atasıdır. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1047 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR