“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
26 Yanvar 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

4 dekabr

A+ | A-

4 dekabr 2009 - Məşhur rus aktyoru SSRİ-nin Xalq artisti Vyaçeslav Tixonov vəfat edib...

Azərbaycan

 

4 dekabr 1825 - Rəssam Mirzə Qədim İrəvani (1825-1875) anadan olub.

 

4 dekabr 1950 – Tanınmış ədəbiyyatşünas, yazıçı, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev) Bakıda anadan olub. 80-ci illərdə populyar televiziya verilişlərinin (“Qoşma”, “Dəfinə”) aparıcısı olub. 2000-ci ildən Bakı Dövlət Slavyan Universitetinin rektorudur. Kitabları: “Gizli Dədə Qorqud”, “Ruh” (pyeslər), “Unutmağa kimsə yox” (pyeslər), “Yarımçıq əlyazma”  (roman), “Sehrbazlar dərəsi” (roman) və s.

 

4 dekabr 1929 - Azərbaycanda dövlət əhəmiyyətli ilk qoruq - Zaqatala qoruğu yaradılıb. Zaqatala və Balakən rayonları ərazisində 25 min hektardan çox ərazini əhatə edən qoruqda adı «Qırmızı kitaba» düşmüş onlarla nadir bitki və heyvan növü mühafizə olunur.

 

Dünya

 

4 dekabr 1131 - Dünya şöhrətli tacik (fars) şairi, filosof, riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 18.5.1048 - 1131) vəfat edib.

 

4 dekabr 1595 - Fransız şairi, yazıçı, ədəbiyyat nəzəriyyəçisi Jan Şaplen (Jean Chapelain; 1595-1674) anadan olub.

 

4 dekabr 1882 - Rusiya yazıçısı, elmi-populyar ədəbiyyatın banilərindən biri Yakov İsidoroviç Perelman (1882-1942) anadan olub.

 

4 dekabr 1875 - Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke, 1875-1926) anadan olub.

 

4 dekabr 1896 - Rus şairi, yazıçı laureatı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.

 

4 dekabr 1913 - Avstriya-amerikalı ixtiraçı alim, televizor pultlarının ixtiraçısı Robert Adler (1913 - 2007) anadan olub.

 

4 dekabr 1921 - Kanada-Amerika kinoaktrisası, 1940-50-ci illərin Hollivud ulduzu Dina Durbin anadan olub.

 

4 dekabr 1922 - Görkəmli fransız aktyoru Jerar Filipp (Gérard Philipe, 1922 - 1959) anadan olub. Filmləri: “Fanfan-tülpan”, “Böyük manevrlər”, “Monparnas 19”, “Təhlükəli əlaqələr” və s.

 

4 dekabr 2009 - Məşhur rus aktyoru SSRİ-nin Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (8.2.1928 - 2009) vəfat edib. “Baharın on yeddi anı” telefilmində Ştirlis obrazı ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

baxılıb: 905 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR