“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
24 Yanvar 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

8 dekabr

A+ | A-

8 dekabr 1901 - Görkəmli aktrisa, SSRİ Xalq artisti Mərziyyə Davudova anadan olub...

Azərbaycan

 

8 dekabr (köhnə təqvimlə 25 noyabr) 1901 - Görkəmli aktrisa, SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 - 6.1.1962) Həştərxanda doğulub. Milliyyətcə tatardır. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub. 

 

8 dekabr 1914 - Xalq artisti, aktyоr Məmməd Allahvеrdi oğlu Quliyеv (1914-11.9.2001)  Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

 

8 dekabr 1930 - Bəstəkar, Xalq artisti, professor Tofiq Əhmədxan oğlu Bakıxanov anadan olub. Simfonik muğamların («Nəva», «Humayun», «Rahab» və s.), “Xəzər balladası», "Şərq poeması", «Xeyir və Şər» baletinin, "Altılardan biri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir" (hər ikisi N. Məmmədovla birgə) musiqili komediyalarının müəllifidir.

 

8 dekabr 1930 – Tanınmış ədəbiyyatşünas alim, tərcüməçi Qara Mustafa oğlu Namazov anadan olub.

 

8 dekabr 1942 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 - 2.8.2009) Bakıda doğulub. Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» bədii filmlərinə çəkilib.
 

8 dekabr 1946 - Xalq artisti, balerina Tamilla Xudadat qızı Şirəliyeva anadan olub.

 

8 dekabr 1957 - Bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəculla oğlu Fərəcov anadan olub. “Səhnədə məhəbbət" (libretto - Ə.Əmirli), "Bankir  adaxlı" (libretto - T.Vəliyeva) musiqili komediyaları, "Dədə Qorqud" oratoriyası, simfonik süitaların, digər musiqi əsərlərinin müəllifidir. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Bəstəkarlar İttifaqının katibidir.
 

Dünya

 

8 dekabr 1723 - Alman əsilli fransız yazıçısı, filosof Pol Anri Holbax (Paul Heinrich Dietrich von Holbach, 1723 - 1789) anadan olub. 

 

8 dekabr 1832 – Norveç yazıçısı, şair, dramaturq və publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1903) Byornsterne Martinius Byornson (1832-1910) anadan olub. Norveç milli teatrının inkişafına təsir göstərən 20-dək dram əsərinin, romanların, Norveç himninin (1909) müəllifidir.

 

8 dekabr 1844 - Fransız kinematoqrafı, ilk cizgi filminin müəllifi Emil Reno (Charles-Emile Reynaud, 1844 - 1918) anadan olub.
 

8 dekabr 1865 - Görkəmli fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius, 1865 - 20.9.1957) anadan olub. “Finlandiya” simfonik poeması, “Kədərli vals”, yeddi simfoniya, simfonik süitalar və s. əsərlərin müəllifidir. 
 

8 dekabr 1934 - Məşhur rus aktrisası, SSRİ Xalq artisti Alisa Brunovna Freyndlix anadan olub. Filmləri: “İşdə məhəbbət macərası” (Lyudmila Kaluqina), “Zolaqlıların səfəri”, “Qəddar romans” və s.

 

8 dekabr 1935 – Hind aktyoru Dharmendra (Дharam Singh Deol) anadan olub. Məşhur filmləri: “Qisas və qanun”, “Zita və Gita”, “Daş və çiçək”, “Sevimli Raca” və s.

 

8 dekabr 1943 - Amerika şairi və musiqiçisi Ceyms Duqlas Morrison (Douglas Morrison, 1943-1971) anadan olub.
 

8 dekabr 1966 - Tanınmış İrlandiya müğənnisi Şineyd O’Konnor (Sinead Marie Bernadette O’Connor) anadan olub.
 

8 dekabr 1980 - Dünya şöhrətli ingilis musiqiçisi, məşhur «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Winston Ono Lennon, 9.10.1940 - 1980) vəfat edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 995 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR