“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
26 Yanvar 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

14 dekabr

A+ | A-

14 dekabr 1915 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Rəşid Behbudov anadan olub...

Azərbaycan

 

14 dekabr 1915 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Rəşid Məcid oğlu Behbudov (1915- 9.6.1989) Tiflisdə anadan olub. Əslən şuşalıdır (atası tanınmış xanəndə Məcid Behbudov Şuşada doğulub). "Arşın mal alan" (1945, Əsgər), "Bəxtiyar" (1955, Bəxtiyar) filmlərində baş rollara çəkilib. Operada (Balaş, "Sevil" - F.Əmirov) çıxış edib., Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib. Bakıda Mahnı Teatrını yaradıb, hazırda teatr onun adını daşıyır.

 

14 dekabr 1927 - Kristalloqrafiya sahəsində məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927-15.10.1988) Ağdamın Mərzili kəndində doğulub. SSRİ-də ilk dəfə "Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib, bu sahədə kəşfləri dünya elmi mərkəzlərində yüksək qiymət alıb. «Naxışların yaddaşı», «Qoşa qanad» kimi populyar kitabların müəllifidir.

 

14 dekabr 1929 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, tərcüməçi Dilarə Ələkbər qızı Əliyeva (1929-1991) Tiflisdə doğulub. "Nizami və gürcü ədəbiyyatı" mövzusunda tədqiqatların, gürcü dilindən tərcümələrin müəllifidir. Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci il aprelində görkəmli alim Aydın Məmmədovla birlikdə Qax rayonunda avtomobil qəzasında həlak olub.

 

14 dekabr 2011 – Tanınmış xanəndə, Xalq artisti, Prezident təqaüdçüsü Qədir Çərkəz oğlu Rüstəmov (20.11.1935, Ağdam – 2011) vəfat edib. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdı oğlu rolunda çəkilib.

 

Dünya

 

14 dekabr 1503 - Məşhur fransız astroloqu, həkim və kimyagər Nostradamus (Michel de Nostredame; 1503 - 1566) anadan olub.

 

14 dekabr 1895 - Fransız şairi, poeziyada dadaizm və sürrealizmin banilərindən biri Pol Eluyar (Paul Eluard - Eugene Emile Paul Grindel, 1895 - 18.11.1952) anadan olub.

 

14 dekabr 1898 - Rus kinorejissoru Yefim Lvoviç Dziqan (1898 - 31.12.1981) anadan olub. “Fətəli xan” (1947) Azərbaycan filminin rejissorudur.

 

14 dekabr 1924 - Dünya şöhrətli hind aktyoru, rejissor, ssenarist, prodüser Rac Kapur (Raj Kapoor; 1924 - 2.6.1988) anadan olub. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam” “Bobbi”, “Abdulla” (rejissor) və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1199 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR