“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
26 Yanvar 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

16 dekabr

A+ | A-

16 dekabr 1979 - Dünya şöhrətli caz musiqiçisi Vaqif Mustafazadə vəfat edib...

Azərbaycan

 

16 dekabr 1898 - Xalq rəssamı Qəzənfər Xaliqov (1898-1981) anadan olub. "Molla Nəsrəddin" jurnalında karikaturaçı kimi çalışıb, teatr və kino dekorativ sənətkarı kimi fəaliyyət göstərib. “Sehrli xalat”, “İstintaq davam edir” filmlərində geyim rəssamı olub.  

 

16 dekabr 1922 - Ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi İmran Sultan oğlu Seyidov (1922-10.5.2001) аnаdаn оlub.

 

16 dekabr 1927 - Tanınmış tarixçi alimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı Cəmil Bahadur oğlu Quliyev(1927 – 27.12.2010) Ağdamda doğulub. Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Elmlər Akademiyasının vitse-prezidenti olub. 

 

16 dekabr 1932 – Əəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Xalid Əlimirzə oğlu Əlimirzəyev Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. 15 monoqrafiya və kitabın, habelə çox hekayə, povest və dram əsərinin müəllifidir.

 

16 dekabr 1934 - Görkəmli şair və tərcüməçi Tofiq Bayram (1934 - 18.4.1991) anadan olub. “Ədəbiyyat və incəsənət” qəzetində, “Ulduz” jurnalında, Televiziya və Radio Verilişləri Komitəsində, “Yazıçı” nəşriyyatında işləyib. Onlarla şeir və tərcümə kitabının müəllifidir.

 

16 dekabr 1961 – Tanlnmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Salatın Əziz qızı Əsgərova(1961 - 9.1.1991) anadan olub.

 

16 dekabr 1979 - Dünya şöhrətli caz musiqiçisi, bəstəkar, pianoçu, caz-muğamın yaradıcısı Vaqif Mustafazadə (16.3.1940 - 1979) vəfat edib. "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.

 

16 dekabr 2011 - Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (23.9.1928 – 2011) vəfat edib. 1951-1988-ci illərdə Dövlət Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Sevil ("Sevil", F. Əmirov) və s.

 

Dünya

 

16 dekabr 1770 - Dahi alman bəstəkarı, dirijor və pianoçu Lüdviq van Bethoven (Ludwig van Beethoven, 1770 - 26.3.1827) anadan olub. Dünya musiqisinin inciləri sırasına daxil olan 9 simfoniyanın, sonataların müəllifidir.

 

16 dekabr 1775 - İngilis yazıçısı, Britaniya realist ədəbiyyatında “qadın romanları”nın banisi Ceyn Ostin (Jane Austen, 1775 - 1817) anadan olub.

 

16 dekabr 1863 - İspan əsilli Amerika yazıçısı və filosofu Corc Santayana (George Santayana, ispanca Jorge Agustin Nicolas Ruiz de Santayana, 1863 - 1952) anadan olub.

 

16 dekabr 1866 - Rus rəssamı, təsviri sənətdə abstraksionizmin banilərindən biri Vasili Kandinski (1866 - 1944) anadan olub.

 

16 dekabr 1917 - Dünya şöhrətli ingilis fantast-yazıçısı, futuroloq, ixtiraçı Artur Klark (Sir Arthur Charles Clarke, 1917 - 19.3.2008) anadan olub. Məşhur “Kosmik odisseya 2001” filminin ssenari müəllifidir.

 

16 dekabr 1928 - Amerikalı fantast-yazıçı Filip Kinred Dik (Philip Kindred Dick, 1928 - 1982) anadan olub. Əsərləri əsasında “Hər şeyi xatırlamalı” (P.Verxoven), “Peyğəmbər” (L.Tamaxori) və s. filmlər lentə alınıb.

 

16 dekabr 1932 - Görkəmli rus bəstəkarı Rodion Konstantinoviç Şedrin anadan olub. Əsərləri: “Ölü canlar”, “Lolita” (opera), “Qozbel at”, “Anna Karenina”, “Qağayı” (balet) və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 955 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR