“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

1813-ci il – Birinci Rusiya-İran müharibəsinin yekunu, Gülüstan müqaviləsi.

A+ | A-

Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış xanlıqlarının ərazisi, həmçinin Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edilib.

1813-cü ilin yaz-yayı – Rusiya-İran müharibəsində döyüş əməliyyatları dayanıb. Çar Rusiyasının Osmanlı İmperiyası ilə imzaladığı Buxarest (1812) müqaviləsində Osmanlı tərəfi rusların Qafqazı işğal etməsini tanıyır, bu torpaqlara iddiasından əl çəkir. Bu arada Rusiyanın Napoleonla müharibəsindən yararlaanmağa çalışan İran (Qacarlar) taxt-tacının vəliəhdi Abbas Mirzə rusların işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də, general P.Kotlyarevski bu hücumları dəf edir.

 

12 oktyabr 1813 – Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu ərazisində) yerləşən Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb.

Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış xanlıqlarının ərazisi,  həmçinin Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edilib. Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalıb.

Sülh sənədini Rusiya tərəfdən çar I Aleksandrın xüsusi nümayəndəsi general Nikolay Rtişşev, İran tərəfdən Fətəli şahının təmsilçisi Mirzə Əbülhəsən imzalamışdı.

Müqaviləyə əsasən, İran Xəzər dənizində hərbi donanma saxlamaq hüququnu itirib, rus tacirləri İranda güzəştli ticarət (5%-lik gömrük tarifi) hüququ əldə ediblər.

 

baxılıb: 1268 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR