“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
19 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

1810-1820-ci illər

A+ | A-

25 noyabr 1814 – Rusiya ilə müharibənin qurtarmasından bir il sonra, Tehranda İngiltərə-İran müqaviləsi bağlandı. İngiltərə İrana Rusiya-İran sərhədlərinə yenidən baxmağa kömək edəcəyini söz verdi.

Şimali Azərbaycan

1819 - Nuxada (Şəkdə) rus qoşunları tərəfindən komendant üsulunun tətbiq olunması.

Avqust 1819 – Azərbaycanda ilk alman koloniyası – Helenendorf qəsəbəsinin (indiki Göygöl şəhəri) əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarı I Aleksandrın təşəbbüsü ilə başlanmışdı. 1819-cu ilin yayında Vürtemberq krallığından olan icma Gəncə yaxınlığına gəlib çıxaraq burada məskən salıb. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salınıb. Azərbaycanda ən böyük alma koloniyası olan Helenendorf isə tədricən mühüm kənd təsərrüfatı (şərabçılıq) mərkəzinə çevrilib. 

1820 - Şirvanda komendant üsulunun tətbiqi.

1822 - Qarabağ xanlığında komendant üsulunun tətbiqi, xanlığın əlamətlərinin də ləğv edilməsi.

1821 – Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Aşıq Ələsgər bütün Cənubi Qafqazda, Dağıstanda, bir sıra türkdilli xalqlar arasında şöhrət qazanmışdı. 1918-ci ildə Andranikin quldur dəstələrinin törətdiyi qırğınlardan sonra aşıq bir müddət el-obasından qaçqın düşmüş, sonra yenidən doğma kəndə qayıtmış və 1926-cl ildə orada dünyasını dəyişmişdir.

1824 - Şuşada hərbi dairə rəisi dəftərxanasının təsis edilməsi. 

1826 - Lənkəranda komendant üsulunun təsisi. Ruslar Lənkəranda meydana gələn üsyanları da yatırdılar, Lənkəran xanlığını ləğv etdilər.

1827 - Nuxa (Şəki) yaxınlığında Xanabad kəndində ipək emalı fabriki işə salınıb. Bu, Zaqafqaziyada ilk kapitalist manufakturası idi.

* * *

Cənubi Azərbaycan

1812 – Şair Əbülqasım Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin kəndində ruhani ailəsində anadan olmuşdur. Şeirlərini Azərbaycan türkcəsində və fars dilində yazıb. Xalq poeziyası ruhunda yazdığı bəzi şeirlərində "Xan Çoban" təxəllüsündən istifadə edib. Ehtimallara görə, “Xan Çoban” dastanına aid edilən məşhur "Apardı sellər Saranı" şeirinin də müəllifi Nəbatidir. Şair 1874-cü ildə vəfat edib.

25 noyabr 1814 – Rusiya ilə müharibənin qurtarmasından bir il sonra, Tehranda İngiltərə-İran müqaviləsi bağlandı. Müqavilə Rusiyaya qarşı yönəldilmişdi. Müqaviləyə görə, İran şahı İngiltərəyə Hindistana nəzarət etməkdə dəstək verməyi öhdəsinə götürürdü. Böyük Britaniya isə İrana maliyyə, ordu və hərbi gəmilər ayırmaq öhdəliyi götürmüşdü. İngiltərə həmçinin İrana “Gülüstan müqaviləsi” ilə müəyyən edilmiş Rusiya-İran sərhədlərinə yenidən baxmağa kömək  edəcəyini söz verdi.

1821-1823-cü illərdə Osmanlı və şahzadə Abbas Mirzənin (Fətəli şah Qacarın oğlu) başçılıq etdiyi İran (Qacar) ordusu arasında lokal toqquşmalar baş verir. 1823-cü ildə bağlanan “Ərzurum anlaşması” ilə tərəflər əvvəlki mövqelərində qaldı və bir-birinin sərhədlərunu tanıdılar. Bu arada şahzadə Abbas Mirzənin əsas diqqəti Şimali Azərbaycanı geri almaq üçün Rusiya ilə növbəti müharibə hazırlığına yönəlmişdi.

1829 - XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Hacı Mehdi Şükuhi Təbrizdə sənətkar ailəsində anadan olmuşdur. Gənc yaşlarında «Naşı» təxəllüsü ilə şeir yazıb. Kəskin satirik şeirlərinə görə hakim dairələrin və ruhanilərin qəzəbinə düçar olduğu üçün Təbrizi tərk edib, bir müddət Marağada yaşayır. Sonra Türkiyə, Ərəbistan, İran və Orta Asiyanın bir çox şəhərlərini gəzdikdən sonra Tehrana gəlir. Şair 1898-cı ildə Marağada vəfat edib. Külliyyatı ilk dəfə oğlu Mirzə Həsən tərəfindən toplanaraq Təbrizdə (1903) çap olunub.

 

baxılıb: 1181 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR