“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
19 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

1850-ci illər

A+ | A-

1855 – “Siemens” qardaşlarının Gədəbəydə tikdiyi misəritmə zavodu işə düşüb. İyul 1958 - Bakıda Xəzər gəmiçiliyi fəaliyyətə başlayıb...

Şimali Azərbaycan

 

1850 - Salyan və Lənkəranda müsəlman məktəblərinin açılması.

 

1850 - Lənkəranda ilk teatr tamaşası.

 

1852 - Car-Balakəndə hərbi idarə üsulunun tətbiqi.

 

1852 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794-1852) vəfat edib. Vazehin poeziyası özünün xəbəri olmadan Avropaya yayılıb və şöhrət qazanıb. Alman şərqşünas-səyyah Bodenştedt Mirzə Şəfi Vazeh qəzəllərini tərcümə edərək öz imzası altında nəşr etdirib. Yalnız xeyli sonra o, nəşr etdirdiyi poetik incilərin Vazehə məxsus olduğunu etiraf edib.

 

1853 - Zaqatalada müsəlman məktəbinin açılması.

 

1853 – Tarixçi, “Qarabağnamə”nin müəllifi Mirzə Camal bəy Cavanşir Qarabaği (Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir; 1773-1853) vəfat edib.

 

1855 – “Siemens” qardaşlarının Gədəbəydə tikdiyi misəritmə zavodunun işə düşməsi.

 

1857 - Şamaxıda ilk teatr tamaşası.

 

İyul 1958 - Bakıda Xəzər gəmiçiliyi fəaliyyətə başlayıb. Prezident Heydər Əliyevin 2 iyul 1998-ci il tarixli sərəncamına əsasən, iyul ayının birinci bazar günü Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü elan edilib.

 

1859 - Şamaxı və Şuşada ilk kütləvi kitabxanaların təşkili.

 

1859 - Baş İdarə və Qafqaz canişini Şurası haqqında Əsasnamənin qüvvəyə minməsi.

* * *

Cənubi Azərbaycan

 

1850 – Şair, maarifpərvər alim Ziyai Ərdəbili anadan olub. İlk təhsilini Ərdəbildə alıb, 1870-ci illərin sonunda Lənkərana köçüb. Müxtəlif peşələrdə çalışıb, Azərbaycanca və farsca şeirlər yazıb. Şimali və Cənubi Azərbaycan şairləri haqqında bir təzkirə yazmaq fikrinə düşür. Beqdeli Lütfəli bəy Azərin məşhur «Təzkireyi-Atəşqədə» əsərini davam etdirərək, təqribən 200 il müddətində yazıb yaradan Azərbaycan şairləri haqqında qısa bioqrafik məlumatı «Təzkireyi-Ziyan» adı altında toplayır. Məhəmmədəli Şah Qacar dövrünə (1890-cı illər) qədər yaşamışdır. Vəfat tarixi məlum deyil.

 

1852 – Şair Fazil xan Şeyda vəfat edib. XVIII əsrin sonlarında Təbrizdə doğulub. Mükəmməl ruhani təhsil almışdır. Əs ladı Molla Fətulladır. Yaradıcılığında satiraya daha çox meyil edib, buna görə məmur və ruhanilər tərəfindən təqibə məruz qaldığından 1838-ci ildə Tiflisə köçüb, rus təbəəliyini qəbul edib. 1846-cı ildə Qafqaz canişinliyinə dəftərxana müdiri, 1847-ci ildə isə Tiflisdə yeni açılmış müsəlman məktəbinə müəllim təyin edilib. «Divani-hikmətin» yığıncaqlarında iştirak edib, Tiflisdə dəfn edilib.

 

1853 – Şair Məhəmməd Mövsuməli oğlu Hidəci(1853-1928) Zəncanın Hidəs kəndində anadan olub. Qəzvində, Tehranda və Nəcəfdə təhsil alıb. 1892-ci ildən ömrünün sonunadək Tehranda mədrəsədə müəllimlik edib. Azərbaycan, fars və ərəb dillərində yazıb. Bizə gəlib çatan şeirlərinin bir hissəsi «Külliyyati-divani-Hidəci» adı altında çap olunub. 

 

1854 – Şair Hacı Rza Sərraf Təbrizi (1854-1907) Təbrizdə anadan olub. Yaradıcılığının əsasını qəzəl və mərsiyələr təşkil edir. Bütün şeir və qəzəllərində sözlərinin sadə və möhkəmliyi, hisslərində həyəcan və səmimi məhəbbətin sonsuzluğu ilə seçilir. 1907-ci ildə Təbrizdə dünyasını dəyişib.

 

baxılıb: 1220 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR