“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
19 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

1860-cı illər

A+ | A-

5 iyun 1863 - Zaqatalada Hacı Murtuzun başçılığı ilə çar Rusiyasının üsul-idarəsinə qarşı üsyan başlanıb... 15 avqust 1867 – Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttarxan (1867-1914) аnadan olub...

Şimali Azərbaycan

 

19 fevral 1861 – Rusiya imperiyasında təhkimçilik asılılığından çıxmış kəndlilər haqqında Əsasnamə.

 

29 iyun 1861- Cənubi Qafqaz diyarının mərkəzləşdirilməsi haqqında Əsasnamənin təsdiqi.

 

Dekabr 1861- Cənubi Qafqazda yerli gözətçi dəstələri haqqında Əsasnamənin təsdiqi.

 

30 may 1862 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda anadan olub. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti Sabirin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri «Hophopnamə» adı ilə nəşr olunub.

 

1862 - Maarifçi, Qоri Müəllimlər Sеminаriyasının ilk məzunlarından biri,  folklorşünas və tarixçi Teymur bəy Bayraməlibəyov (1862-1937) Lənkəran qəzasının Yeddioymaq kəndində andan olub.

 

1863 - Şair, nasir, tərcüməçi, görkəmli maarifçi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863 - 1942) Şəkidə anadan olub. "Qan ocağı, "Qonşu-qonşu olsa, kor qız ərə gedər", "Pul dəlisi", "Saqqalın kəraməti", "Diş ağrısı" və s. pyeslərin müəllifidir. Rus şairlərindən (Krılov, Puşkin, Lermontov), Firdovsidən, Şillerdən tərcümələr edib. Qori Müəllimlər Seminariyasında dərs deyib, sovet dövründə pedaqoji fəaliyyətini davam etdirib. Dərsliklər (“Uşaq bağçası”) yazıb.

 

5 iyun 1863 - Zaqatalada Hacı Murtuzun başçılığı ilə çar Rusiyasının üsul-idarəsinə qarşı üsyan başlanıb. Üsyan böyük qəddarlıqla yatırılıb.

 

21 yanvar 1864 -  Naxçıvanı İran sərhədindəki Culfa ilə birləşdirən və Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin bir hissəsi olan ilk teleqraf xəttinin istifadəyə verilməsi.

 

21 mart 1864 - Xalq Cümhuriyyətinin qurucularından biri, sovetləşmədən sonra Azərbaycanda səhiyyə sisteminin təşkilatçısı olmuşMəmmədrza Vəkilov (1864-1944) anadan olub.

 

1864 - Şuşada şair Mirzə Rəhim Fəna tərəfindən “Məclisi-üns” ədəbi cəmiyyəti təşkil edilib.

 

23 aprel 1865 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantıƏliağa Şixlinski (1865-1943) Qazax qəzasınn Qazaxlı kəndində anadan olub. 1904-1905-ci illər rus-yapon müharibəsində məşhurluq qazanıb. I Dünya müharibəsində Rusiyanın 10-cu ordu komandanı olub. 1918-ci ildə Bakıya qayıdaraq Xalq Cümhuriyyəti müdafiə nazirinin (general S.Mehmandarov) müavini işləyib. Sovet dövründə Bakı Hərbi Komanda Məktəbinin rəis müavini olub.

 

1865 - Bakıda 4 sinifli ilk gimnaziya açılıb.

 

25 avqust 1865 – “Simens qardaşları və Kº” şirkəti tərəfindən Gədəbəydə iri misəritmə zavodunun tikilməsinin başa çatdırılması.

 

9 dekabr 1867 - Qafqaz və Cənubi Qafqaz diyarının idarəsinin dəyişdirilməsi haqqında fərman.

 

1868 - Mərkəzi Gəncə (Yelizavetpol) olmaqla Yelizavetpol quberniyasının yaranması.

 

1869 – Seyid Əzim Şirvani tərəfindən Şamaxıda yeni tipli məktəblərdən biri açılıb.

* * * 

Cənubi Azərbaycan

 

15 avqust 1867 – Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttarxan (1867-1914) аnadan olub. 1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edən Səttarxan təkcə Cənubi Azərbayanda deyil, bütün İranda adı ehtiramla anılan tarixi şəxsiyyətdir. 1914-cü ildə terror nəticəsində qətlə tetirilib. Məşrutə inqilabında oynadığı rola görə Səttarxan İranda şah rejimi devriləndən (1979) sonra “Milli sərdar” adına layiq görülüb.

 

 

 

baxılıb: 970 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR