“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
19 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

O TAYLI-BU TAYLI TARİXİMİZ: 1813-2013

1960-cı illər

A+ | A-

14 iyul 1969 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Azərbaycan DTK-nın sədri, general-mayor Heydər Əliyev respublikanın rəhbəri seçilib... 1962-ci ilin yanvarında Təbriz və Şirazda tələbə mitinqləri baş verdi. Monarxiya islahatlar proqramı qəbul etməyə məcbur oldu...

 

Şimali Azərbaycan

 

1960 – Mingəçevir pambıq-parça fabrikinin istismara verilməsi.

 

1960 - Bakı-Tbilisi-Yerevan magistral qaz kəmərinin tikintisinin başa çatması.

 

1961, yanvar – “Elm və həyat” jurnalının nəşrinin başlanması.

 

24 dekabr 1961 - Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev Bakı şəhərində anadan olub. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1994-cü ildə ARDNŞ-in vitse-prezidenti, 1996-cı ildə 1-ci vitse-prezidenti təyin edilib. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edir. 1999-cu ildə YAP-ın I qurultayında partiya sədrinin müavini, 2001-ci ildə 1-ci müavini seçilib. 2001-2003-cü illərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik edib. 2003-cü il avqustun 4-də Azərbaycanın baş naziri təyin edilib. 2003-cü ilin 15 oktyabr seçkilərində prezident seçilib. 2008-ci il oktyabrın 15-də ikinci müddətə prezident seçilib.

 

1962 – Bakı-Krosnovodsk gəmi-bərə yolunun açılması.

 

1962, may – M.Ə.Sabir poeziyası günlərinin hər il keçirilməsi ənənəsinin qoyulması.

 

4 yanvar 1963 - Azərbaycan SSR Ali Soveti Reyasət Həyətinin fərmanı ilə respublikanın ərazi-inzibati sistemində növbəti dəyişiklikləredilib. Fərmana əsasən, Agcabədi, Əli Bayramlı (indiki Şirvan), Ağsu, Balakən, Daşkəsən, Cəbrayıl, Dəvəçi, Yevlax, Jdanov (Beyləqan), Zərdab, Qax, Qubadlı, Qutqaşen (Qəbələ), Mirbəşir (Tərtər), Nuxa (Şəki), Puşkin (Biləsuvar), Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-də Ordubad və Şahbuz rayonları, DQMV-də Şuşa rayonu ləğv edilib. Lakin bir il sonra, 1964-cü ilin iyulunda Cəbrayıl, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında isə digər rayonlar bərpa olunub.

 

1964, 29 may – SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycan SSR-in “Lenin” ordeni ilə təltif edilməsi.

 

1964 – Bakıda “Qız qalası” muzeyinin açılması.

 

1965 – Bakı Dəniz Neft və Qaz Yataqları Kəşfiyyatı İdarəsinin yaradılması.

 

1967 – Yevlax-Bərdə-Ağdam dəmir yolu xəttinin istismara verilməsi.

 

1967, yanvar – “Ulduz” jurnalının nəşrə başlaması.

 

24 may 1967 - Filoloq-alim, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925-1967) vəfat edib. "Əcəb işə düşdük", “Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi oğlu" və s. pyeslərin müəllifidir. Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edib. 1967-ci ildə Azərbaycan KP MK-nın katibi olarkən onun təşəbbüsü ilə Novruz bayramı dövlət səviyyəsində qeyd edilib.

 

8 noyabr 1967 - Bakı metrosu fəaliyyətə başlayıb. Paytaxtda 5 yeraltı stansiya - «Bakı Soveti» («İçərişəhər») - «26 Bakı komsissarı» («Sahil») - «28 aprel» («28 may») - «Gənclik» -«Nərimanov» xətti istifadəyə verilib. Bakıda metro tikintisi ideyası hələ 1930-cu illərdə gündəmə gəlsə də, müharibə (1941-1945) və sonrakı iqtisadi çətinlik səbəbindən bu iş 1960-cı illərdə başladı. Bakı metrosu keçmiş SSRİ-də beşinci metro idi. 2008-ci ildə Bakı metropolitenin 21-ci stansiyası («Nəsimi») istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli sərəncamı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü elan edilib.

 

1968, 1 sentyabr – Əli Bayramlı DRES-in istifadəyə verilməsi.

 

1969, yanvar – “Qobustan” jurnalının nəşrə başlaması.

 

14 iyul 1969 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda təşkilati məsələyə baxılıb. KP MK-nın Birinci katibi Vəli Axundovun istefası qəbul olunub. Plenumda Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçilib.

 

Cənubi Azərbaycan

 

1961-ci ilin payızında milli burjuaziyanı təmsil edən «Milli Cəbhə» yenidən fəallaşdı. Ölkədə siyasi mübarizə kəskinləşdi. İnkişaf üçün böyük imkanlara malik olmasına baxmayaraq, 60-cı illərin əvvəllərində Azərbaycan iqtisadi cəhətdən İranın geridə qalmış bölgələrindən biri idi. Şah burada inkişaf planını həyata keçirməyə çalışmır, bu çətinliyi «ölkənin şimali-qərbində» etnik və dil fərqlərinin mövcudluğu»nda görürdü.

1961-ci ilin yaz və yayında demokratik azadlıqlar uğrunda tələbə hərəkatı başlandı. Milli siyasətə qayıdış, 20-ci Məclisə (parlament) azad seçkilər tələb edilirdi.

1962-ci ilin yanvarında Təbriz və Şirazda tələbə mitinqləri baş verdi. Malikanələr yandırılır, yerli hökumət dairələrinə qarşı hərəkat artırdı. Aydın oldu ki, sosial-iqtisadi strukturda əsaslı dönüş odmadan, ölkənin qarşısında duran problemi, iqtisadi və siyasi stabillik yaratmaq mümkün olmayacaq. Monarxiya ya siyasi aləmdən getməli, ya da burjua monarxiyasına çevrilməli idi. Aqrar islahat layihəsi. İslahatlar proqramında ən vacibi aqrar islahat idi.

1962-ci ilin 9 yanvarında aqrar proqram qəbul edildi.

1963-cü ilin 26 yanvarında keçirilmiş referendumda islahatlar üçün qanun layihələri təsdiq edildi.

Aqrar islahatın birinci mərhələsinin (mart 1962-1963) həyata keçirilməsi 1962-ci il martın 2-də Marağada (Şərqi Azərbaycan) başlandı.

Birinci mərhələ iri mülkədarların torpaq mülkiyyətçiliyinin bir kəndlə məhdudlaşdırılmasını, qalan torpaqların dövlət tərəfindən alınmasını və onların kəndli icarəçilərə satılmasını nəzərdə tuturdu. Bu mərhələ üzrə 1978- ci ilin əvvəlində Azərbaycanda cəmi 3444 kənd və 85 tarlanın torpaqları 197 min icarəçi-kəndli arasında bölüşdürülmüşdü.

İslahatın ikinci mərhələsi (1963-1969) üç şərtdən ibarət idi: 1) torpağı uzunmüddətli dəyişməz şərtlərlə kəndlilərə icarəyə vermək; 2) kəndli icarəçilərə razılaşma əsasında satmaq; 3) əvvəllər mövcud olmuş məhsul bölgüsündə mülkədar və kəndli paylarına uyğun olaraq torpağı icarədarlara satmaq. Lakin bu mərhələnin əsas xüsusiyəti ondan ibarət oldu ki, torpaq kəndlilərə uzun müddətə icarəyə verildi.

Növbəti üçüncü mərhələyə görə (1969-1974) xırda və orta mülkədarların və özəl vəqflərin torpaqları rehtası on qat nəqd, yaxud 12 qat uzunmüddətli möhlətlə ödənilməsi şərti ilə satılmalı oldu. Azərbaycan kəndliləri islahatın üçüncü mərhələsi üzrə bütün ölkədə torpaq almış kəndlilərin 23,9%-ni təşkil edirdi. Cənubi Azərbaycan üzrə göstəricilər bir qədər şişirdilmişdi. Məsələn, göstəricilərdən belə çıxırdı ki, Şərqi Azərbaycan ostanında kənd sakinlərinin təqribən 83%-i islahata qatılıb. Ancaq nəzərə almalıyıq ki, torpaq sahələrini yalnız «zare» adlanan kəndli ailələri ala bilərdilər. Onların payları isə kənd əhalisinin yarısından çox deyildi. Ancaq aqrar islahatın sosial effekti partlamaq ərəfəsində olan kəndli həyəcanlarının qarşısını almaqdan ibarət oldu.

İqtisadi nəticələr isə sosial nəticələrə nisbətən çox da böyük olmadı. Cənubi Azərbaycan kənd təsərrüfatının əsas sahələri əkinçilik və heyvandarlıq idi. 60-70-ci illərdə bu struktur əsaslı şəkildə dəyişmədi. Sərmayənin kənd təsərrüfatından sənayeyə axını, yarımfeodal mülkədarların kapitalistlərə çevrilməsi, yəni aqrar islahatın təbii nəticəsi ölkənin mərkəzi bölgələrindən fərqli olaraq Azərbaycanda o qədər də böyük vüsət almadı.

 

baxılıb: 1169 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR