“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycan xanlıqları

Qarabağ xanlığı

A+ | A-

Qarabağ xanlığının əsasını Cavanşirlər tayfasından olan Pənahəli xan (1748-1763) qoymuşdur. Xanlıq İran hökmranlığı ilə mübarizədə yaranmış və möhkəmlənmişdir. Nadir şahın varisləri arasındakı çəkişmələrdən istifadə edən Pənahəli xan öz hakimiyyət və nüfuzunu Ərdəbilə qədər yaya bildi. Gəncənin də işlərinə müdaxilə edən Pənahəli xan burada hakimiyyətə öz adamını - Ziyadoğlu nəslinin nümayəndələrindən birini gətirə bilmişdi.

Pənahəli xan öz mülklərini genişləndirərək Tatev, Sisian, Qafan, Meğri mahallarını özünə tabe etdi. Pənahəli xan uca sıldırımlı qayanın kənarında möhtəşəm Pənahabad qalasını inşa etdirdi və 1755-1756-cı illərdə paytaxtını bura köçürdü. Qala sonralar yaxınlıqdakı Şuşakəndin adı ilə Şuşa adını aldı.

Pənahəli xandan sonra hakimiyyətə gəlmiş oğlu İbrahimxəlil xan Azərbaycan torpaqlarını birləşdirməyə çalışırdı. İbrahimxəlil xan müəyyən dövrlərdə öz nüfuzunu Naxçıvan, Gəncə və Təbriz xanlıqlarına yaya bilmişdi.

 

baxılıb: 1027 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR