“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycan xanlıqları

Quba xanlığı

A+ | A-

Quba xanlığının banisi Hüseynəli xan (1726-1758) hələ 1726-cı ildə rus hakimiyyət orqanları tərəfindən bu vəzifəyə təqdim olunmuş, rus çarı onu Quba xanı təyin etmişdi. Onun dövründə Salyan və Rudbar Quba xanlığına tabe edildi.

Xanlığın iqamətgahı əvvəl Xudat qalası idi, 1735-ci ildən isə Quba şəhərinə köçürüldü.

1758-ci ildə Fətəli xan hakimiyyətə gəldi. Onun məqsədi Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirmək idi.

Fətəli xan 1757-ci ildə Salyanı, 1759-cu ildə Dərbəndi, 1766-cı ildə bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verməklə Bakı xanlığını, 1768-ci ildə Şamaxı və Cavad xanlıqlarını Quba xanlığına birləşdirməyə nail oldu.

XVIII əsrin 60-cı illərində Quba xanlığı iqtisadi, hərbi-siyasi baxımdan Azərbaycanın bir çox xanlıqlarından üstün idi və ölkənin siyasi həyatında mühüm rol oynayırdı.

Lakin 1789-cu ildə Fətəli xanın ölümündən sonra oğlanları xanlığın qüdrətini qoruyub saxzlaya bilmədilər. Şəki, Şamaxı, Bakı xanlıqları, Ərdəbil və Meşkin şəhərləri Quba xanlığının tabeliyindən çıxdı. 

 

 

baxılıb: 1044 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR