“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ Muxtar Vilayəti

Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması (1923)

A+ | A-

7 iyul 1923 - Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verib. Sənəddə bu qərarın azərbaycanlı və erməni xalqları arasında "beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə" xidmət edəcəyi vurğulanırdı.

Dekretə əsasən, "Dağlıq Qarabağın erməni hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayətin yaradılması" nəzərdə tutulmuşdu. Bu barədə tövsiyə qərarı 1921-ci ildə Rusiya K(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunmuşdu. 

Qərarda muxtariyyətin mərkəzi Şuşa göstərilsə də, Azərbaycan MİK-in dekretində vilayətin mərkəzi kimi Xankəndi seçilmişdi. Tezliklə ermənilərin təşəbbüsü ilə Xankəndi Stepanakert adlandırıldı. Ərazi-inzibati bölgüsündən sonra DQMV-nin ərazisi 4,4 min kv.km olaraq müəyyənləşdi.

 

6 oktyabr 1923 - Azərbaycanın sovet hökuməti (Mərkəzi İcraiyyə Komitəsi) Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciətinə əsasən, vilayətin mərkəzi Xankəndi qəsəbəsinin adını dəyişdirərək Stepanakert adlandırıbXVIII əsrin ortalarında Qarabağ xanları tərəfindən əsası qoyulan Xankəndi bölgənin çar Rusiyası tərəfindən işğalından sonra da öz tarixi adını saxlamışdı və Şuşa qəzasının tərkibinə daxil idi. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra Xankəndinin adının dəyişdirilməsi əslində bölgənin erməniləşdirilməsinin başlanğıcı idi.

 

baxılıb: 1007 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR