“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ Muxtar Vilayəti

1920-1930-cu illər

A+ | A-

14 dekabr 1927 - Kristalloqrafiya sahəsində məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927-1988) Qarabağda, Ağdamın Mərzili kəndində anadan olub. Keçmiş SSRİ-də ilk dəfə "Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib, bu sahədə kəşfləri dünya elmi mərkəzlərində yüksək qiymət alıb. "Naxışların yaddaşı", "Qoşa qanad" kimi populyar kitabların müəllifidir.

 

8 aprel 1929 - VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə Azərbaycanda yeni ərazi-inzibati vahidlər - dairələr yaranıb. Respublika ərazisi Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa və Mugan dairələrinə bölünüb. Qarabağ dairəsi Dağlıq və Aran Qarabağı əhatə edirdi.

Bundan öncə, 1921-ci ildə Azərbaycan SSR-də ərazi-inzibati bölgüsü olaraq 17 qəza (Bakı, Gəncə, Agdaş, Göyçay, Cəbrayil-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) təşkil olunmuşdu.

 

7 avqust 1930 - Görkəmli rəssam Toğrul Nərimanbəyov (1930-2013) anadan olub. Toğrul Nərimanbəyov əslən şuşalıdır. Dünyanın müxtəlif müzeylərində sərgilənən natürmort, portret, mənzərə və s. janrlarda yaratdığı əsərlərlə yanaşı, divarüstü monumental freskaları ilə də tanınıb. Bir sıra filmlərə, teatr tamaşalarına bədii tərtibat verib.

 

30 avqust 1930 - Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı ilə respublika ərazisi yeni inzibati vahidlərə - rayonlara bölünüb. Qərara əsasən, 63 rayon yaradılıb. Bundan öncə respublikada ərazi-inzibati bölgü sistemi olaraq 10 dairə (Bakı, Gəncə, Qarabağ (Agdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şirvan (Göycay) Nuxa, Zaqatala) və onların tərkibində qəzalar mövcud idi.

 

28 iyul 1935 - Görkəmli bəstəkar, Azərbaycanın xalq artisti Vasif Adıgözəlov (1935-2006) Şuşada anadan olub.

 

7 may 1938 - Azərbaycan SSR Ali Soveti yerli əhalinin etirazına baxmayaraq Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul edib. Lakin qərar icra olunmamış qaldı, 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə bu məsələlər arxa plana keçdi. 31 il sonra, 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti onu yenidən təsdiq etsə də, tezliklə respublika rəhbərliyinə gələn Heydər Əliyev qərarın icrasının qarşısını aldı.

 

10 sentyabr 1939 - Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb. Bundan əlavə, yeni Jdanov (indiki Beyləqan) və İsmayıllı rayonları yaradılıb, Haciqabul qəsəbəsi Qazıməmməd və o, eyniadlı rayonun mərkəzi olub. Həmin il həmçinin Ağstafa və Ucar rayonları yaradılıb. 

 

baxılıb: 1130 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR