“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ Muxtar Vilayəti

1940-1950-ci illər

A+ | A-

23 dekabr 1947 - SSRİ Nazirlər Soveti "Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar qəbul edib. Qərarın təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini, İosif Stalinin "sağ əli" Anastas Mikoyan idi. 

Qərara görə, azərbaycanlı əhalinin yerinə xaricdən ermənilər köçürülməli və onlar sovet dövlətinin rifahı üçün çalışmalı idilər. Qərar sərt şərtlərlə hazırlanmışdı, tarixi yurdunu, ev-eşiyini atıb köçməyə məcbur edilən insanlara ailə başına cəmi 2 ton yük (mal-qara, yataq və s.) götürməyə icazə verilirdi. Azərbaycan SSR-in rəhbəri Mircəfər Bağırovun İosif Stalinə müraciətindən sonra bu şərtləri qismən yumşaldan ikinci qərar (10 mart 1948) verildi.

 

10 mart 1948 - SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. Bununla bağlı SSRİ Nazirlər Sovetinin ilk qərarı 1947-ci il dekabrın 23-də qəbul olunmuşdu. Qərara görə, azərbaycanlı kolxozçuların boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idilər. Azərbaycanın rəhbəri M.Bağırovun Stalinə müraciətindən sonra qərarın sərt şərtləri qismən yumşaldıldı.

1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edildi. Deportasiya nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdı. Stalinin ölümündən sonra deportasiya olunmuş azərbaycanlının bir qismi geriyə, öz doğma torpaqlarına qayıtsa da, 1988-ci ilin deportasiyası azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı. 

 

baxılıb: 1217 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR