“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
22 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ münaqişəsi

1990-cı il - xronika

A+ | A-

9 yanvar 1990 - Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını hədəfləyən daha bir sənəd - "DQMV-nin sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in dövlət planına daxil edilməsi haqqında" qərar qəbul edib.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərarı respublikanın suverenliyinə qəsd olaraq qiymətləndirib və SSRİ Ali Sovetinin Rəyasət Heyətinə müraciət edib.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti isə Ermənistanın addımını pisləyən qərar qəbul etməklə kifayətlənib.

Əlavə bax:

http://www.diplomatiya.az/index.php?option=com_content&view=article&id=218:qaraba-itirmy-baladmz-guen&catid=63:azerbaycan-tarixi&Itemid=107

 * * *

13 yanvar 1990 - Bakının "Azadlıq" meydanındakı izdihamlı mitinqdə Azərbaycan Xalq Cəbhəsi tərəfindən "Milli Müdafiə Şurası"nın yaradıldığı elan olunub. Bu, faktiki olaraq müxalifətin hakimiyyəti ələ keçirməyə hazırlaşdığını bəyan etməsi idi.

Həmin gün sovet xüsusi xidmət orqanlarının gizli əməkdaşlarının təhriki ilə Bakıda yaşayan ermənilərə qarşı talanlar başlanıb. SSRİ KQB-sinin ssenarisi üzrə başlanan bu məqsədli təxribat Bakıya ordu birləşmələrinin yeridilməsini (20 Yanvar qırğını) əsaslandırmalı idi.

Üç gün sürən talanlardan sonra ermənilərin Bakıdan kütləvi köçü (təxminən 200 min nəfər) başlandı.

Əlavə bax:

http://www.mediaforum.az/print.php?lang=az&article_id=20060120083526770&page=05

 * * *

15 yanvar 1990 - Dağlıq Qarabağda gərginləşən münaqişənin qarşısında aciz qalan Azərbaycan SSR-in rəhbərliyi Dağlıq Qarabağ Muxtar Vilayətində və ona bitişik rayonlarda fövqəladə vəziyyətin tətbiq olunması üçün Moskvaya müraciət edib.

Həmin gün SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində və ona bitişik rayonlarında, habelə Ermənistanın Gorus rayonunda və İran-Azərbaycan (SSRİ) sərhədi boyunca fövqəladə vəziyyət elan edilməsi barədə qərar qəbul edib.

Fövqəladə vəziyyət elan edilən ərazilərə Sovet Ordusunun birləşmələri yeridilib, yerli hakimiyyət hərbçilərə verilib.

 * * *

13 fevral 1990 - Ermənistan SSR Ali Soveti Rusiya K(b)P MK-nın Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qeyd edən qərarının (5 iyul 1921-ci il tarixli) qeyri-qanuni olması barədə qərar qəbul edib.

Bu, erməni tərəfin Qarabağla bağlı tarixi təftiş etmək cəhdlərinin bir nümunəsi idi.

 * * *

23 fevral 1990 - Ermənistan SSR-in Mərkəzi Seçki Komissiyası respublika Ali Sovetinə seçkilərlə bağlı Dağlıq Qarabağda seçki dairələrinin yaradılması barədə qərar qəbul edib. SSRİ-nin bir müttəfiq respublikasının digərinin suverenliyinə bu cür kobud müdaxiləsi Moskva tərəfindən gözardı edildi.

Bundan ruhlanan ermənilər həmin ilin sentyabrında Dağlıq Qarabağın erməni yaşayış məntəqələrində Azərbaycan parlamentinə (Ali Sovet) seçkilərin keçirilməsinə imkan vermədilər.

 * * *

5 mart 1990 - SSRİ Ali Soveti "Azərbaycan SSR və Ermənistan SSR-də vəziyyəti sahmanlamaq tədbirləri haqqında" qərar qəbul edib.

Moskvanın növbəti "ikibaşlı" tövsiyə sənədi Ermənistanın təcavüzkar hərəkətlərinə daha da rəvac verdi.

 * * *

6 mart 1990 - Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti "Ermənistan SSR-in ərazi iddialarının yolverilməzliyi haqqında" qərar qəbul edib.

Lakin bu cür formal qərarlarla Ermənistanın Azərbaycana qarşı işğalçılıq niyyətlərinin qarşısını almaq mümkün deyildi.

Əlavə bax:

http://azerbaycanli.org/az/news-540.html

 * * *

7 mart 1990 - SSRİ Ali Soveti "Azərbaycan SSR və Ermənistan SSR-də vəziyyət və regionda şəraitin normallaşdırılması tədbirləri haqqında" qərar qəbul edib.

 * * *

24 mart 1990 - Erməni silahlı dəstələri Qazax rayonunun həmsərhəd kəndlərinə hücum ediblər.

Basqın nəticəsində rayonun Yuxarı Əskipara, Aşağı Əskipara, Məzəm, Daş Salahlı və s. kəndlərində onlarla dinc sakin öldürülüb və yaralanıb.

 * * *

22 may 1990 - Dağlıq Qarabağda Ermənistan SSR parlamentinə seçkilər keçirilməsi cəhdi baş tutmayıb.

Bundan bir qədər əvvəl Ermənistan parlamenti Dağlıq Qarabağ üzrə seçki dairələrinin yaradılması barədə qərar vermiş, Azərbaycan Ali Soveti isə bu qərarın qeyri-qanuni, SSRİ və Azərbaycan SSR konstitusiyalarına zidd olduğunu bəyan etmişdi.

 * * *

11 iyul 1990 - Erməni quldur dəstələri Tərtər-Kəlbəcər sərnişin avtobusunu partlatdıqdan sonra dinc insanları gülləbaran ediblər. Terror aktı nəticəsində 14 azərbaycanlı öldürülüb, 35 nəfər yaralanıb.

 * * *

25 iyul 1990 - Sov.İKP MK Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə qərar qəbul edib. Moskvanın ermənilərə yönəlik bu addımı 1990-cı ilin mayında Ermənistandakı parlament seçkilərində müstəqillik tərəfdarı Erməni Ümümmilli Hərəkatının qalib gəlməsi ilə bağlı idi.

Sov.İKP MK-nın qərarına müvafiq olaraq Qarabağda erməni silahlı dəstələrinin tərksilah edilməsi ilə bağlı bir neçə əməliyyat keçirilsə də, tezliklə erməni millətçiləri Kreml dairələri ilə dil tapmağa müvəffəq oldular.

 * * *

10 avqust 1990 - Erməni terrorizmi Azərbaycana qarşı növbəti qanlı aksiyaları həyata keçirib. Tbilisi-Ağdam marşrutu ilə işləyən sərnişin avtobusunun partladılması nəticəsində 20 nəfər həlak olub, 30 nəfər yaralanıb.

- Həmin gün Şəmkir-Gəncə avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı avtobus partladılıb: 17 nəfər həlak olub, 26 nəfər yaralanıb.

Əlavə bax:

http://www.mns.gov.az/terroractspart1_az.html

 * * *

30 sentyabr 1990 - Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilib. Seçkilərin ilk turunda respublika üzrə 360 dairədən üçdə ikisində deputatlar seçilmişdi. Qalan dairələr üzrə təkrar seçkilər elan edildi.

Şuşa rayonu istisna olmaqla, Dağlıq Qarabağ Muxtar Vilayətində seçkilər keçirilməmişdi.

 * * *

30 noyabr 1990 - Erməni təxribatçı dəstələrinin Xankəndi aeroportu (1991-ci ildə Xocalı aeroportu adlandırıldı) yaxınlığında sərnişin avtobusunu partlatması nəticəsində 2 azərbaycanlı həlak olub 11 nəfər yaralanıb.

baxılıb: 1655 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR