“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ münaqişəsi

1995-ci il - xronika

A+ | A-

6 fevral 1995 - Prezident Heydər Əliyevin fərmanı ilə Səfər Əbiyev Azərbaycanın müdafiə naziri təyin edilib. Dövlət başçısının digər fərmanı ilə Məmmədrəfi Məmmədov (1993-cü ilin payızında nazir təyin olunmuşdu) müdafiə naziri vəzifəsindən azad edilib.

 

21 aprel 1995 - ATƏT-in Minsk qrupunda həmsədr İsveçi Finlandiya əvəz edib. İkinci həmsədr ölkə - Rusiya isə bu formatda əvəzsiz (dəyişməz) olaraq qalırdı. Dağlıq Qarabağ üzrə vasitəçilik formatında bu vəziyyət 1996-cı ilin sonunadək (2-3 dekabr 1996, ATƏT-in Lissabon sammiti) davam etdi. 1997-ci ilin yanvarından Minsk Qrupunda üçlü həmsədrlik (Rusiya, ABŞ, Fransa) institutu yaradıldı.

 

28 avqust 1995 - ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi postu təsis olunub. Bu vəzifəyə polşalı diplomat Anjey Kaspşik təyin edilib. ATƏT sədrinin şəxsi nümayəndəsinin mandatına münaqişə zonasında atəşkəs rejiminə nəzərət, qoşunların təmas xəttində monitorinqlərin keçirilməsi daxildir. 

 

baxılıb: 1158 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR