“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
22 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ münaqişəsi

1996-cı il - xronika

A+ | A-

2-3 dekabr 1996 - ATƏT-in Lissabonda (Portuqaliya) keçirilən sammitində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. 

Dekabrın 3-də qəbul olunan sammitin yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üç prinsipi əks etdirən bənd yer almışdı: 

1) Azərbaycanın ərazi bütövlüyü bərpa edilir;

2) Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir;

3) Dağlıq Qarabağın hər iki icmasının təhlükəsizliyi təmin olunur.

Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq verməyib. Prezident Heydər Əliyev isə cavab addımı kimi bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirib. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi ABŞ, Rusiya, Fransa və digər ölkələrin səyi ilə həmin müddəalar ATƏT-in sədri, İsveçrə XİN başçısı Flavio Kottinin xüsusi bəyanatı şəklində qəbul olunub.

ATƏT-in 53 ölkəsi sənədi qəbul etsə də, Ermənistan onun əleyhinə səs verib. Lissabon prinsipləri indiyədək Qarabağ nizamlanmasının başlıca prinsipləri olaraq qalmaqdadır. 

 

 

baxılıb: 1183 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR