“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ münaqişəsi

2000-ci il - xronika

A+ | A-

Mart ayında Dağlıq Qarabağdakı separatçı rejim daxilində gərginlik yaranıb. 1999-cu ilin dekabrında separatçı rejimin silahlı qüvvələrinə komandanlıqdan kənarlaşqdırılan Samvel Babayanla qondarma Dağlıq Qarabağ Respublikasının «prezidenti» Arkadii Qukasyan arasında gərginlik lokal toqquşma həddinə çatıb. S.Babayan A.Qukasyana sui-qəsd cəhdində günahlandırılaraq həbs edilib.

Bu arada Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında növbəti fasilə yaranmışdı. 1999-cu ilin 27 oktyabrındakı parlament terrorundan sonra Ermənistanda hakimiyyət böhranı davam edirdi. Eyni zamanda, həm Azərbaycanda, həm də Ermənistanda Avropa Şurasına üzvlüklə bağlı öhdəliklər (onların arasında Qarağbağ məsələsi ilə bağlı müddəalar da vardı) müzakirə olunurdu.

 

25 mart 2000 - Milli Məclisdə Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunduqdan sonra yerinə yetirməli olduğu öhdəliklər sənədi qəbul olunub. Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin tərtib etdiyi öhdəliklər siyahısı Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanıb. Öhdəliklər sırasında Dağlıq Qarabağ münaqişəsinin yalnız siyasi yolla həllinə dair bənd də vardı.

 

19 avqust 2000 - MDB dövlət başçılarının Yaltada (Ukrayna) keçirilən qeyri-formal sammitində Azərbaycan prezidenti Heydər Əliyevlə Ermənistan prezidenti Robert Koçaryan arasında Qarabağ nizamlanmasına dair növbəti danışıqlar olub.

 

7 sentyabr 2000 - Nyu-Yorkda BMT-nin "Minilliyin sammiti"ndə iştirak edən prezident Heydər Əliyev Baş Assambleyanın təntənəli iclasında çıxış edib. Beynəlxalq birliyin Ermənistanın təcavüzünə seyrçi qaldığını vurğulayan Azərbaycan rəhbəri bu faktın işğalçılığı təşviq etdiyini bildirib.

Həmin gün BMT-nin binasında GÖUAM dövlət başçılarının - Gürcüstan (E.Şevardnadze), Özbəkistan (İ.Kərimov), Ukrayna (L.Kuçma), Azərbaycan (H.Əliyev) və Moldova (P.Luçinski) prezidentlərinin sammiti keçirilib. 

 

baxılıb: 1018 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR