“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ münaqişəsi

2002-ci il - xronika

A+ | A-

13-15 mart 2002 - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sülh danışıqlarında yeni format tətbiq olunmağa başlayıb. Praqa (Çexiya) yaxınlığında Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ nizamlanması üzrə xüsusi nümayəndələri - iki ölkənin xarici işlər nazirlərinin müavinləri - ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşüblər.

İki ölkənin prezidentlərinin xüsusi nümayəndələrinin danışıqlar prosesinə cəlb olunması təşəbbüsü Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülmüşdü. Bu format Qarabağ danışıqlarının 1992-1996-cı illər dövründə tətbiq olunmuşdu. Vasitəçilər bu formatı yenidən işə salmaqla sülh prosesini daha da sürətləndirmək istəyirdilər.

 

29-30 iyul 2002 - Praqa (Çexiya) yaxınlığında Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ nizamlanması üzrə xüsusi nümayəndələrinin növbəti danışıqlar raundu keçirilib.

 

11 avqust 2002 - Ermənistanın Dağlıq Qarabağda qurduğu marionet rejimdə "prezident seçkisi" keçirilib. Qondarma seçki heç bir beynəlxalq qurum və ölkə tərəfindən tanınmadı.

 

14 avqust 2002 - Naxçıvanda, Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında təkbətək görüş keçirilib. Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında 1999-cu ildə başlanan təkbətək görüşlərin sayca 21-cisi idi. Dörd saat sürən görüşdən sonra açıqlama verən prezidentlər danışıqlardan ümumən razılıq ifadə etsələr də, ortada heç bir nəticənin olmadığını bildirdilər.

 

26 sentyabr 2002 - Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanın Azərbaycana qarşı təcavüzü və apardığı işğalçılıq siyasətini nəzərə çatdıran ilk qətnamə qəbul olunub. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin təşəbbüsü ilə Ermənistanın Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bağlı qətnaməyə bu ölkənin Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilər haqqında bənd əlavə edilib.

 

7 oktyabr 2002 -Moldovanın paytaxtı Kişinyovda keçirilən MDB sammiti gedişində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryanın növbəti görüşü olub. Görüşü ümumən müsbət qiymətləndirən prezidentlər, bununla belə, kompromis razılaşma və ya konkret nəticədən danışmağın hələ mümkünsüz olduğunu bildiriblər.

 

21 noyabr 2002 - Praqada keçirilən NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilib. Bu, Heydər Əliyev və Robert Koçaryan arasında 1999-cu ildə başlanan görüşlər seriyasının sonuncusu (22-ci) idi. Prezidentlər görüşdə hər hansı nəticə əldə olunmadığını bildiriblər.

Noyabrın 22-də Avroatlantika Tərəfdaşlıq Şurasının iclasında çıxış edən prezident Heydər Əliyev beynəlxalq birliyi, o cümlədən NATO-nu Azərbaycanın məruz qaldığı işğala laqeyd münasibət göstərməməyə çağırıb. 

 

baxılıb: 1140 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR