“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ münaqişəsi

2003-cü il - xronika

A+ | A-

27 fevral 2003 - Vaşinqtonda ABŞ prezidenti Corc Buş və Azərbaycan prezidenti Heydər Əliyevin görüşündə iki ölkə arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri, Qarabağ münaqişəsinin nizamlanması müzakirə edilib.

 

24 sentyabr 2003 - Baş nazir İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edib. Beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı təcavüzünə seyrçi qaldığını təəssüflə qeyd edən İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini bildirib.

 

5 dekabr 2003 - Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri ilə ilk görüşü olub. Bir illik fasilədən sonra Qarabağ sülh prosesi bərpa olunub. Həmsədrlərin Azərbaycan və Ermənistan rəhbərləri ilə sonuncu görüşü 2002-ci ilin noyabrında olmuşdu.

 

11 dekabr 2003 - Cenevrədə (İsveçrə) keçirilən "İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti"ndə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan rəhbəri Robert Koçaryan arasında ilk görüş olub. 

 

baxılıb: 1592 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR