“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ münaqişəsi

2004-cü il - xronika

A+ | A-

19 fevral 2004 - Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərov Budapeştdə erməni zabitini öldürməkdə ittiham olunaraq həbs edilib. NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təlimlərdə iştirak edən azərbaycanlı zabit erməni hərbçisinin təhqiramiz hərəkətlərinə dözməyərək bu qətli törətmişdi. 2006-cı ilin aprelində Budapeşt məhkəməsinin qərarı ilə R.Səfərov ömürlük həbs cəzasına  məhkum edildi. 2012-ci ildə Macarıstan ədliyyə orqanları tərəfindən Azərbaycana təhvil verilən R.Səfərov ölkə Prezidenti İlham Əliyev fərmanı ilə əhv edildi.

 

16 aprel 2004 - Praqada (Çexiya) ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Bunun ardınca iki ölkə XİN başçılarının Praqada daha bir neçə görüşü oldu. Bu görüşlərdən sonra Qarabağ danışıqlarında yeni mərhələ sayılan "Praqa prosesi" start götürdü.

 

28 aprel 2004 - Prezident İlham Əliyev Varşavada (Polşa) keçirilən Avropa iqtisadi sammitində iştirak edib. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olub.

 

1 iyul 2004 - Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqram üzrə 2004-2007-ci illərdə ölkə ərazisində məcburi köçkünlərin çadır düşərgələri (5 rayonda 12 düşərgə) ləğv olunub, 17 minə yaxın köçkün ailəsi üçün 56 yeni qəsəbə tikilib. 2007-ci ilin oktyabrında prezidentin sərəncamı ilə Dövlət Proqramına edilən əlavələrdə (2008-2011-ci illər) "fin evləri", məktəb binaları, hərbi hissələrin ərazisində məskunlaşmış 12 min məcburi köçkün ailəsi üçün qəsəbələrin inşa edildi.

 

14 oktyabr 2004 - Ölkəmizin BMT-dəki daimi nümayəndəliyi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələnin BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə daxil edilməsi barədə quruma rəsmən müraciət edib. Qarabağ nizamlanmasına vasitəçilik edən ATƏT Minsk qrupunun həmsədr ölkələri (ABŞ, Rusiya, Fransa) Azərbaycanı bu təşəbbüsdən çəkindirməyə çalışsalar da, müsəlman ölkələri və GUAM ölkələrinin dəstəyi ilə məsələ Baş Assambleyanın gündəliyinə salındı.

 

29 oktyabr 2004 - BMT Baş Assambleyasının 59-cu sessiyasının iclasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ səs çoxluğu ilə sessiyanın gündəliyinə daxil edilib. Səsvermə zamanı 43 dövlət lehinə, 1 dövlət (Ermənistan) əleyhinə səs vermiş, 99 dövlət bitərəf qalmışdı. Məsələnin müzakirəsi noyabrın 23-də keçirildi.

 

23 noyabr 2004 - BMT Baş Assambleyasının 59-cu sessiyasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı məsələ müzakirə olunub. İclasda Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi məskunlaşdırma siyasəti barədə məlumat verib. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin (ABŞ, Rusiya, Fransa) BMT-dəki təmsilçiləri Azərbaycanın iradlarını qəbul etsələr də, məsələ ilə bağlı qətnamənin qəbulunda tələsməməyi tövsiyə ediblər.

Nəticədə kompromis variant kimi işğal olunmuş ərazilərdəki məskunlaşdırma faktlarını araşdırmaq üçün bölgəyə ATƏT-in xüsusi missiyasının göndərilməsi (fevral 2005) qərara alınıb.

 

baxılıb: 1200 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR