“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ münaqişəsi

2005-ci il - xronika

A+ | A-

25 yanvar 2005 - Avropa Şurası Parlament Assambleyasında Qarabağ münaqişəsi üzrə məruzəçi Devid Atkinsonun (Britaniya) hazırladığı məruzə üzrə qətnamə qəbul olunub. "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamədəErmənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı qeyd olunub.

Qətnamədə Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrini (1993) yerinə yetirmək və silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarmaq çağırışı yer alıb. Bu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı Avropa Şurasında qəbul edilən ilk beynəlxalq əhəmiyyətli sənəd idi.

 

15 may 2005 - Avropa Şurasının Varşavada keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında Qarabağ nizamlanmasına dair növbəti görüş olub.

 

27 avqust 2005 - MDB dövlət başçılarının Kazanda (Rusiya, Tatarıstan) keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında Dağlıq Qarabağ nizamlanması ilə bağlı növbəti görüş keçirilib. 

 

baxılıb: 1098 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR