“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ münaqişəsi

2008-ci il - xronika

A+ | A-

14 mart 2008 - BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnamə qəbul olunub. 39 səs lehinə, 7 əleyhinə və 100 bitərəf olmaqla qəbul edilən qətnamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək verilir, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilirdi.

 

6 iyun 2008 - Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın yeni prezidenti Serj Sarkisyanın Qarabağ nizamlanmasına dair ilk görüşü Sankt-Peterburqda, MDB-nin qeyri-formal sammiti çərçivəsində gerçəkləşib. Prezidentlər sülh prosesini davam etdirmək barədə razılığa gəliblər.

 

26 iyun 2008 - Azərbaycan Milli Ordusunun 90 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında möhtəşəm hərbi parad keçirilib.

 

26 sentyabr 2008 - Nyu-Yorkda, BMT Baş Assambleyasının 63-cü sessiyası gedişində Azərbaycan, Türkiyə və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib. Türkiyənin təşəbbüsü ilə gerçəkləşən görüşdə üçtərəfli formatda müzakirələrin davam etdirilməsi qərara alınıb.

 

2 noyabr 2008 - Moskvada, Rusiya dövlət başçısının "Mayn Dorf" iqamətgahında prezident Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü olub. Görüşdən sonra prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair Bəyannamə imzalayıblar.

 

4 dekabr 2008 - ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən illik toplantısında Azərbaycan nümayəndə heyəti "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair prinsiplər" adlı sənəd yayıb. Sənəddə Azərbaycanın münaqişənin siyasi vasitələrlə həllinə tərəfdar olduğu, lakin heç vaxt ərazi bütövlüyünü güzəştə getməyəcəyi vurğulanırdı.

Helsinkidə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Rusiya və Fransa xarici işlər nazirləri və ABŞ dövlət katibi yardımçısının iştirakı ilə görüşü keçirilib.

 

baxılıb: 1207 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR