“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ münaqişəsi

2009-cu il - xronika

A+ | A-

28 yanvar 2009 - Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan İsveçrədə (Sürix), Davos İqtisadi Forumu çərçivəsində görüşərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Prezidentlər sülh prosesini davam etdirmək barədə razılığa gəliblər.

 

17 aprel 2009 - Moskvada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevlə görüşüb. Prezidentlər Qarabağ məsələsini müzakirə edərək problemin beynəlxalq hüquq çərçivəsində həllinin zəruriliyi barədə ortaq fikir ifadə ediblər.

 

7 may 2009 - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş Çexiyanın paytaxtı Praqada keçirilib. ABŞ-ın Çexiyadakı səfirliyində gerçəkləşən görüş üç saata yaxın davam edib. Görüş başa çatdıqdan sonra Minsk Qrupunun həmsədrləri media nümayəndələrinə nikbin ruhda açıqlamalar veriblər. Vasitəçilər danışıqların konstruktiv şəraitdə keçdiyini və tərəflər münaqişənin həllinə dair baza prinsiplərini razılaşdırmaq ərəfəsində olduqlarını bildiriblər.

 

4 iyun 2009 - Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş iyunun 4-də Sankt-Peterburqda keçirildi. Bu görüş ötən bir il ərzində prezidentlər Əliyev və Sarkisyan arasında keçirilən sayca 5-ci danışıqlar raundu idi. Həmin 5 görüşdən son 3-nün Rusiyanın evsahibliyi ilə baş tutması bu ölkənin Qarabağ nizalanmasında təşəbbüsü ələ almaq niyyətinin göstərirdi.

 

17 iyul 2009 - Moskvadakı “President-Hotel”də Azərbaycan və Ermənistan dövlət başçıları İlham Əliyev və Serj Sarkisyanın Qarabağ nizamlanması üzrə növbəti görüşü gerçəkləşib. İyulun 18-də Azərbaycan və Ermənistan rəhbərləri Rusiya prezidenti Dmitri Medvedevlə qeyri-rəsmi formatda (nahar yeməyində) bir araya gələrək Qarabağ məsələsinə dair fikir mübadiləsini davam etdiriblər.

 

8 oktyabr 2009 - Moldovanın paytaxtı Kişinyovda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Qarabağ danışıqlarının növbəti raundu keçirilib. Bu, prezidentlər Əliyev və Sarkisyan arasında ötən ildən bəri keçirilən sayca 7-ci görüş, 2009-cu ildə isə artıq üst-üstə 5-ci danışıqlar raundu idi.

 

22 noyabr 2009 - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş Almaniyanın Münxen şəhərində keçirilib. Bu, prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən sayca 8-ci, 2009-cu ildə isə üst-üstə 6-cı görüş idi. 

 

baxılıb: 1095 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR