“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dağlıq Qarabağ münaqişəsi

2015-ci il - xronika

A+ | A-

2015-ci il dekabrın 19-da İsveçrənin Bern şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

İsveçrə Konfederasiyasının Xarici İşlər Departamenti görüşlə bağlı məlumat yayıb. Xarici İşlər Departamentinin rəhbəri Didye İsveçrənin Azərbaycan və Ermənistan arasında dialoqa gələcəkdə də dəstək verməyə hazır olduğunu bəyan edib.

 

Dekabrın 21-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kerbi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesi barədə bəyanat verib. O, Berndə Ermənistan və Azərbaycan prezidentlərinin görüşündən danışaraq qeyd edib ki, sammit prezidentlərə il ərzində ilk dəfə üzbəüz görüşmək və mövqeləri aydınlaşdırmaq imkanı yaradıb. Prezidentlər münaqişə zonasında vəziyyətin pisləşməsi faktını etiraf edib və dinc əhali arasında itkilərə dair narahatlıq bildiriblər. 

 

baxılıb: 683 dəfə

FOTO

Siz bu yazıya rəy bildirə bilərsiniz.

"rəy bildir" düyməsini tıklamadan öncə
şəkildəki işarələri daxil edin

DİGƏR XƏBƏRLƏR