“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
18 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

XIII-XVII əsrlər

Mihuyiddin Məhəmməd Bərdəi (? - 1521)

A+ | A-

Mihuyiddin Məhəmməd Bərdəi (?-1521) filosof, ilahiyyatçı və hənəfilik üzrə hüquqşünasdır. Mütəfəkkiri “görkəmli alim” adlandıran İbn İmad Hənbəli (?-1678) onun ziyalı ailəsindən çıxdığını, ilk təhsilini atasından aldığını yazır.

Məhəmməd Bərdəi Şiraz və Herat şəhərlərinə gedib, müxtəlif elmləri dərindən öyrəndikdən sonra Bursa şəhərinin Əhməd Paşa mədrəsəsində müəllimlik etmişdir.

Azərbaycan mütəfəkkiri məntiq, fəlsəfə və Quranın təfsirinə dair əsərlərin müəllifidir. Əsirəddin Əbhürənin (?-1265) “Kateqoriyalara dair giriş” (“İsağüci”), Siracəddin Əbhərinin “Nurlanın doğuşları”, Əzudədin İcinin (?-1355) “Mübahisə etmək qaydaları” (“Adab-əl-bəhs”), Nəsirəddin Tusinin “Kəlamın təcridi” (“Təcrid-əl-kəlam”) kitablarının səhifələrində onun haşiyələri vardır.

Məntiqdən bəhs edən “Kateqoriyalara giriş” kitabının haşiyəsinin əlyazma nüsxələri Sankt-Peterburq, Tehran və dünyanın başqa yerlərində saxlanılır. Qahirənin Xilviyyə kitabxanasındakı nüsxəni xəttat İsmayıl ibn Əli 1641-ci ildə köçürüb qurtarmışdır.

Məhəmməd Bərdəinin bu traktatına orta əsrlərdə “İzahat” (əl-“Təliqat”) yazılmışdır. Onun bir əlyazma nüsxəsi Rusiya EA Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq bölməsindədir.

* * *

Mənbə:

Закир Мамедов. «Азербайджанские философы и мыслители Средневековья». – Баку, 1993.

 

baxılıb: 1105 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR