“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
20 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

İşğal olunmuş rayonlar

Kəlbəcər rayonu

A+ | A-

Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda rayon, 1993-cü il aprelin 2-də işğal olunub...

Kəlbəcər rayonu Respublikanın qərbində kiçik Qafqazın ətəklərində yerləşir.

Rayonun inzibati mərkəzi – Kəlbəcər şəhərinin adının mənası «yüksək yer», «uca aşırım» deməkdir.

Bu dağ rayonu özünün yüksək debitlt müalicəvi əhəmiyyətə malik olan mineral çeşmələri ilə məşhur idi. İstisu kurortu bu ərazidə yerləşirdi.

Kəlbəcər bulaqları Tərtərçayın sahillərində, dəniz səviyyəsindən 2000-2400 m yüksəklikdədir. Burada 31 bulaq var.

 

Ümumi məlumat (işğaldan öncə)

Ümumi ərazi, [kv.km] - 1936.00

Əhalinin ümumi sayı - 60535

Kəndlərin sayı - 128

Qəsəbələrin sayı - 1

İri və orta müəssisələrin sayı - 140

Məktəbəqədər uşaq müəssisələrinin sayı - 90

Ümumtəhsil məktəblərinin sayı - 115

Texniki, orta ixtisas və peşə məktəblərinin sayı - 1

Xəstəxanalar və tibb müəssisələrinin sayı - 107

Mədəniyyət ocaqlarının sayı - 214

 

Tarixi haqqında qısa məlumat

Azərbaycan Respublikasının cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir.

Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir.

Rayonun "Qaragöl", "Zalxa" gölləri sahillərində, "Ayıçınqıl" və "Pəriçınqıl" dağlarında qayalara həkk edilmiş qayaüstü təsvirləri respublikanın bir çox tədqiqatçı alimləri ilə yanaşı mərhum akademik Mirəli Qaşqay tərəfindən öyrənilmişdir.

Məlum olmuşdur ki, dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən bazalt daşlarının üzərinə həkk olunmuş yazılar və rəsmlər ölçü, kompozisiya və çəkilmə texnikasına görə biri-birindən kəskin fərqlənir.

Bu abidələrin əksəriyyəti tunc dövrünün əvvəlləinə (e.ə. III minillik) aiddir. Tunc dövrünün sonlarında daha mürəkkəb kompozisiyalı lövhələr yaradılmışdır ki, bu da mədəniyyətin bu yerlərdə başlanması demək idi.

1976-cı ildə Kəlbəcərin qayaüstü təsvirlərin yerləşdiyi ərazidə qədim yaşayış mərkəzi aşkar edilmişdir. Həmin yerdə divarın qalınlığı 2 metrə çatan tikinti və həmin ərazidə tapılan gil qab bir daha təsdiq edir ki, e.ə. III minillikdə Kəlbəcər ilk insanların yaşayış məskəni olmuşdur.

Kəlbəcərin səthi dağlıqdır. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Sərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədlərini təşkil edir. Ən yüksək dağ zirvəsi olan "Camışdağ"ın (Murovdağın başıdır) hündürlüyü 3724 m-dir.

Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşikl edilmişdir. Ərazisi 1936 kvadrat kilometrdir. Qərbi Azərbaycan ərazisində Göyçə ilə həmsərhəddir. Əhalisi 61 min nəfərdir. Rayonda 1 şəhər (Kəlbəcər), 1 şəhər tipli qəsəbə (İstisu) və 128 kənd var.

 

İqtisadi-təsərrüfat potensialı

Kəlbəcər işğal olunana qədər rayonda sənaye müəssisələri - İstisu mineral sudoldurma zavodu, Şorbulaq Civə zavodu fəaliyyət göstərmişdir. 1980-ci ildən sonra rayon əsl tikinti meydançasına çevrilmişdir.

Tikinti işləri aparmaq üçün yeni tikinti idarələri (50,51, 52, 53,54 saylı), "Aqrotikinti" birliyi, Kənd tikinti tresti, yol tresti, 27,61,93,51 saylı yol idarələri fəaliyyət göstərirdi. Ona görə də rayonun Başlıbel, Zülfuqarlı, Qılınclı, Zar, Şurtan, Seyidlər, Yanşaq, Şorbulaq kəndlərində, İstisu qəsəbəsində və Kəlbəcər şəhərində hər birinin 320, 460, 1186 şagird yeri olan məktəb binaları və mədəniyyət evləri tikilib istifadəyə verilmişdi.

Kəlbəcər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı (maldarlıq, tütünçülük və arıçılıq) təşkil edirdi. Rayonda 31 kolxoz, 2 sovxoz fəaliyyət göstəmiş, hər il min tonlarla müxtəlif kənd təsərrüfatı məhsulları (ət, süd, yun, tütün, bal) istehsal olunurdu.

Respublikanın 21 rayonunun 3 mln. baş qoyun-quzusu və 100 min baş mal-qarası yay aylarında Kəlbəcər yaylaqlarında bəslənirdi.

Kəlbəcər rayonunda rayonu respublikanın digər rayonları ilə birləşdirən 60 km uzunluğunda respublika əhəmiyyətli avtomobil yolu olmuşdur. Rayon ərazisində dəmir yolu olmamışdır. 

Rayonun İstisu qəsəbəsində SSRİ dövründə ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi.

Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.

Kəlbəcər şəhərində müasir standartlara cavab verən 5000 yerlik stadion və Şahmat idman məktəbi fəaliyyət göstərirdi.

 

Tarixi və memarlıq abidələri

Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kədində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət vei, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı olmuşdur.

Həmin tarixi abidələr işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmışdır.

 

Görkəmli şəxslər haqqında məlumat

Kəlbəcər rayonu üzrə 73 nəfər elmlər doktoru və professor vardır. Onlardan:

Əmiraslanov Yusif Əbülfət oğlu - Moskva A.V.Vişnevski adına Cərrahiyyə İnstitutunun professoru, tibb elmlər doktoru.

Həsənov Eldar Hümbət oğlu - hüquq elmləri doktoru, general-leytenant, Azərbaycanın Rumıniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri.

Hacıyev Çingiz Məhəmməd oğlu - İstanbul Texniki Universitetinin professoru, texnika elmləri doktoru.

Qasımov Cəlal Cəlil oğlu - Slovakiya Respublikası Bratislava Texniki Universitetinin professoru, texnika elmləri doktoru.

Abbasov Fəxrəddin Nəcəf oğlu - Sankt-Peterburq Universitetinin dosenti, elmlər namizədi, polkovnik.

Ramazanov Eldar Babaxan oğlu - Tunis Ali Milli Mühəndislik Məktəbinin professoru, texnika elmləri doktoru.

Əbülhəsənov Ramiz Əli oğlu - Moskva Ürək-damar Cərrahiyyə Klinikasının cərrahı, tibb elmləri doktoru.

Həbibov Sabir Qaçay oğlu - Moskva 79-cu Klinik Xəstəxanada Ensiklopedik cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru.

Nəsib Nəbioğlu - Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü, Rusiya Turizm Şurasının məsul katibi.

Əliyev Şikar Abbas oğlu - kənd təsərrüfatı elmləri doktoru.

Əsgərov Şahlar Qaçay oğlu - BDU-nin professoru, fizika-riyaziyyat elmləri doktoru.

Quliyev Sabir Əli oğlu - texnika elmləri doktoru.

Mirzəyev Əli Sarı oğlu - filologiya elmləri doktoru.

Əhmədov Yusif Kərəm oğlu - professor.

Bunlardan başqa onlarla elmlər namizədi respublikanın müxtəlif tədris müəssisələrində fəaliyyət göstərir.

baxılıb: 2947 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR