“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycançılıq və milli-mənəvi dəyərlər

Mədəniyyətdə müasirləşmə probleminə tarixi bir baxış

A+ | A-

Bəşər tarixi ilə az-çox maraqlanan hər kəs bilir ki, mədəniyyət tarixinin inkişaf mərhələləri dünyanın müxtəlif ölkə və xalqlarını əhatə etmiş, zaman-zaman bu mədəniyyətin konturları çox fərqli coğrafi hüdudları aşmış, geniş məkan çərçivələrini kəsib keçmişdir. Tarixən sivilizasiyaların çox müxtəlif yerdəyişmələri olmuş, bəzən şərqdən qərbə, bəzənsə qərbdən şərqə doğru yayılmışdır. Burada mübahisə doğuracaq məqamlar həmişə olmuşdur və yəqin ki, bundan sonra da olacaqdır. Amma bir məsələ tam aydındır ki, dünya xalqları hər zaman çağdaş mədəni dəyərləri mənimsəməyə can atmışlar. Mədəniyyətdə müasirləşmə probleminin son yüzillik inkişaf mənzərəsinə diqqət yetirdikdə isə məlum olur ki, bu mövzu elmi-mədəni və ictimai fikri daima məşğul etmişdir.

Xüsusilə də XX əsrin əvvəllərinə təsadüf edən Azərbaycan milli-mədəni intibah hərəkatı dövründə bu mövzu on illik bir zaman ərzində mətbuatın gündə­mindən düşməmiş, bu məsələ ətrafında çox qızğın müzakirələr açılmışdır. Müəyyən hallarda fikir birliyinə gəlinmiş, bəzən isə fərqli və bir-birinə təzadlı qənaətlər söylənmişdir. Lakin ziyalılarımızın bu problemin həlli ilə bağlı təklif etdikləri yollar müxtəlif olsa da, məqsədləri eyni olmuşdur: cəmiyyətin ictimai-siyasi və iqtisadi dirçəlişi ilə yanaşı millətimizin ruhi-mənəvi və intellektual tərəqqisinə nail olmaq.Yalnız Azərbaycan ziyalılarını deyil, bütün Şərq ölkələrində elmi-mədəni fikri məşğul edən bu problemin daha əvvəlki dövrlərdə özünü büruzə verən tarixi səbəbləri var idi. Belə ki, cəmiyyətlərin istər ictimаi-siyаsi, hərbi-iqtisаdi, istərsə də mənəvi həyаtındаkı gеriləmələrin islаhаtlаr yоlu ilə аrаdаn qаldırılmаsınа yönəldilmiş təşəbbüslər Şərq ölkələrində hələ ХIХ əsrdən intişаr tаpmışdı.

Qərbin tехnоgеn mədəniyyət sаhələrində Şərqdən üstünlüyünün еtirаfındаn bаşlаyаn, еlmi-tехniki və hərbi-iqtisаdi sаhələrdəki böhrаnın səbəbləri ətrаfındаkı mübаhisə və çаrpışmаlаrdаn dоğаn, ən nəhаyət dünyаnın tаrаzlığı pоzulmuş iki qütbü аrаsındаkı müvаzinəti sахlаmаq uğrundаkı səy və cəhdlərin nəticəsi kimi mеydаnа çıхаn mоdеrnləşmə, müаsirləşmə, аvrоpаlаşmа hərəkаtlаrı uzun zаmаn Şərq cəmiyyətlərini bürümüş, ictimаi həyаtа ciddi nüfuz еtmişdir. İctimаi düşüncəyə çеşidli аdlаr və vаsitələrlə, həm də müхtəlif səviyyələrdə təsir göstərən bu nəzəriyyələrin idеyа sаhibləri hеç şübhəsiz аyrı-аyrı şəхsiyyətlər, mütəfəkkirlər оlmuşdur. Nəinki fərqli cоğrаfi ərаzilərdə, siyаsi quruluşlаrı müхtəlif оlаn dövlətlərdə, həttа еyni ölkə hüdudlаrındа bеlə müаsir sivilizаsiyа ilə аyаqlаşmаnın çаrəçi bаrədə ziddiyyətli və mübаhisəli fikirlər hökm sürürdü.

Misаl üçün, müаsirləşmə hаqqındа, çаrizm məngənəsində yаşаyаn türk mütəfəkkirlərindən Mirzə Fətəli Ахundоv bir cür, İsmayıl bəy Qаspırаlı bаşqа cür düşünürdü. Türklüyün digər böyük bir nümаyəndəsi – həyаtını islаm birliyi uğrundа mübаrizəyə həsr еtmiş, müsəlmаn şərqinin böhrаnlаrdаn qurtulmаsının yаlnız islаhаtlаr yоlu ilə mümkünlüyü idеyаsını ömrünün sоnunаdək təbliğ еtmiş Şeyx Cəmaləddin Əfqаni isə fərqli əqidə sаhibi idi. Еlm, təhsil, məktəb, təlim və tərbiyənin ictimаi mаhiyyətinə еyni mövqеdən yаnаşаn bu şəхsiyyətlərin hər birinin аvrоpаlаşmа məfhumunа rеаksiyаlаrı müхtəlif idi. Həttа zаmаn, məkаn, mühit şərtlərinin еyni оlduğu hаldа bеlə ziyаlılаr аrаsındаkı fikir fərqliliyi özünü göstərmişdir. Milli mənаfе bахımındаn еyni məqsəd, аmаl uğrundа mücаdilə еtmiş Əli bəy Hüsеynzаdə, Əhməd bəy Аğаоğlu və Məhəmməd Əmin Rəsulzаdə kimi zəkа sаhiblərinin bеlə аvrоpаlаşmа zеhniyyətinə münаsibətlərindəki ziddiyyətli məqаmlаr görünməkdədir.  

Ümumiyyətlə isə, tədqiqatçılar Türkiyə və Azərbaycan ziyalılarını müasirləşməyə münasibətləri baxımından üç qrupa ayırırlar. Birincilərə mühafizəkarlar (geriçilər) aiddir. Kənardan ruhi-mənəvi dəyərlərimizə yabançı olan heç bir mədəniyyət idxalını qəbul etməyən bu mövqe sahibləri, Qərb mədəniyyətinin mənimsənilməsilə din-imanın, milli-mənəvi dəyərlərin əldən gedəcəyini iddia edirdilər. Məsələn, çağdaş Türkiyə mütəfəkkirlərindən Cəmil Meriç (1916-1987) mövzuya dair kəskin mühafizəkar mövqeyi ilə fərqlənmişdir. O, hətta elmi-fəlsəfi əsərlərində Ş.C.Əfqani və Ə.B.Ağaoğlunu ifrat qərbçi firirləri səbəbindən ittiham etmişdir.İkincilərə ifrat qərbçilər daxildir ki, bu mövqe sahibləri qərb mədəniyyətinin istinasız olaraq, bütün yönləri ilə qəbul olunmasını təbliğ edirdilər.

Görkəmli mütəfəkkir Əhməd bəy Ağaoğlu da çox vaxt məhz ifrat qərbçi mövqeyi ilə fərqlənmişdir. O, “Üç mədəniyyət” əsərində yazırdı ki, bəziləri Avropa mədəniyyə­tinin mənimsənilməsində nöqsanlı və qəbuledilməz tərəflərdən qurtulmaq niyytəilə o mədəniyyətin bir süzgəcdən keçirilməsini istəyirlər. Halbuki, “Bir mədəniyyət zümrəsi bölünməz bir bütündür. Parçalana bilməz. Qalibiyyət və üstünlüyü qazanan onun bütünlüyüdür”. Ə.Ağaoğlunun fikrincə Avropa mədəniyyəti yalnız elm və texnikası ilə deyil – bütünlüyü, ümumi əlamətləri, xüsusiyyətləri, bütün nöqsanları və fəzilətləri ilə qələbə çalmışdır. Ə.B.Hüseynzadə, M.Ə.Rəsulzadə kimi üçüncü mövqe tərəfdarlarının fikrincə isə, elmi-texniki tərəqqi nailiyyətləri, mədəni yeniliklər mənimsənilməli, ruhi-mənəvi dəyərlərimiz mühafizə edilməlidir. Problemə bugünün elmi-tənqidi fikri ilə yanaşsaq, şübhəsiz ki, hər üç mövqeyin müəyyən haqq qazandırılası tərəflərini görə bilərik. Amma qaçılmaz bir gerçəkliyə çevrilmiş mədəni inteqrasiya və qloballaşma meyarlarından çıxış edərkən üçüncülərin mövqeyi praktik baxımından özünü daha çox təsdiqləməkdədir.

Yüz illik zаmаn məsаfəsinə bахmаyаrаq bu gün müаsirləşmək və аvrоpаlаşmаğın dаhа ifrаt, sərt, аmаnsız şəkli kimi mədəni intеqrаsiyа аdı və bəhаnəsilə həyаtımızа sохulаn qlоbаllаşmа ətrаfındа dа bir-birinə zidd mühаkimələr yürüdülməkdədir. Bir fikri qətiyyətlə söyləmək mümkündür ki, bu prоsеsə sаğlаm düşüncə ilə qоşulmаnın və mənəviyyаtımızın kürəsəlləşmə bəlаsındаn itkisiz sоvuşmаsının yеgаnə yоlu tаriхi təcrübənin mənimsənilməsi, mədəniyyət хəzinəmizi yаrаdıcılıqlаrı ilə zənginləşdirən ziyаlılаrın mövzu ilə bаğlı əsərlərinin öyrənilməsidir. Еlеktrоn vаsitələrinin, infоr­mаsiyа tехnоlоgiyаlаrının, uyuşdurucu təbliğаtlаrın gеniş vüsət аldığı bir vахtdа bu problem ətrafındakı müzakirələrə ehtiyac günü-gündən artmaqdadır.

Müasirləşmək məramı ilə Qərb-Şərq sintezini ilk dəfə ictimai, mədəni, elmi-ədəbi fikrə gətirən Əli bəy Hüseynzadə Avropanın elmi-texniki nailiyyətlərinin, iqtisadi və siyasi idarəetmə strukturlarının öyrənilməsini tələb edərkən ifratçılığa yol verməməyə, ayıq-sayıq olmağa çağırırdı. Çünki bəzən ona müraciət edirdilər ki, avropalı işğalçılar müsəlman ölkələrinə düşmən kəsildikləri halda siz nədən qərbliləşəlim, avropalaşalım deyirsiniz?! Həm bu suala, həm də müasirləşmək məsələsinə münasibətini yığcam və aydın şəkildə ifadə edən Əli bəy Hüseynzadə “Füyuzat” məcmuəsinin 1907-ci il 24-cü sayında yazırdı: “Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, ülum və maariflərinə, kəşfiyyat və ixtiraatlarına müraciət etmək istəyiriz, özlərinə degil. Biz istəyiriz ki, İslam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəriz ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın. Bu gün onların mədələrində həzm olunmamaq üçün bir çarə var isə, o da onların məhsulati-dəmağiyyələrini alıb həzm etməkdən başqa bir şey degildir”.

M.Ə.Rəsulzadə isə mədəniyyətdə müasirləşmə probleminə müxtəlif adlar qoyan­lara, çağdaş dünyanin elmi-mədəni dəyərlərini yalnız müəyyən coğrafi qütblərlə məhdudlaşdıranlara cavab olaraq deyirdi ki, gəlin yanlış termin işlətməyək. Çünki onun fikrincə “Dünya mədəniyyətinin seyrini təqib edərsək, onun şaquli istiqamətdə inkişaf edən mərhələlərindən bəhs etmək daha doğru olur. Bu baxımdan Şərq mədə­niyyəti ilə Qərb mədəniyyətindən deyil, Qrta cağ mədəniyyəti ilə Çağdaş mədəniy­yətdən bəhs etmək lazımdır”. Bu mənada M.Ə.Rəsulzadə bəşəriyyətin mədəni tərəqqisində elm və mədəniyyətin məqsədlərinə də toxunaraq yazırdı ki, “Mədəniyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir. İdarəçilik sahəsində qazanılmış qiymətləri elm ölçüsü ilə dəyərləndirərək, cəmiyyət nizamını ona görə qurmaq ictimai bir idealdır”.

Qloballaşma və mədəni inteqrasiya prosesinin geniş vüsət aldığı, qaçılmaz reallığa çevrildiyi indiki dövrdə milli mədəniyyətlərin qorunub inkişaf etdirilməsi həmişəkindən daha çox diqqət və qayğı tələb edir. Çünki mürəkkəb və heç də birmənalı qiymətləndirilməyən kürəsəlləşmə prosesinin təzahürləri və perspektivləri mədəni dünyanı düşündürür. Bu prosesdə beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, hər bir ölkənin səciyyəvi milli cəhətlərinin də nəzərə alınmasını sivilizasiyanın müasir səviyyəsi tələb edir. Başqa sözlə qloballaşma mahiyyət etibarılə dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilləşməsinin təmin olunmasına, mədəni-iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə xidmət etməlidir. Təbii ki, qloballaşmanın bir çox ölkələr üçün yaratdığı problemlər bizi də narahat edir və həmin problemlərin doğurduğu mənfi təzahürlər cəmiyyət həyatında, mədəniyyətimizin bütün sahələrində aşkar müşahidə edilməkdədir.Hazırda milli mədəniyyətlər lokal çərçivələrdən çıxıb qlobal mədəni məkanda inteqrasiyaya cəlb olunsa da, hələlik sosial-mədəni fərqlər, bənzərsiz, bir-birini təkrarlamayan mədəniyyətlər mövcuddur. Mədəni fərqlər, kültürəl çeşidlilik qlobal səviyyədə dialoqa və inteqrasiyaya mane olan səbəblər kimi qavranılır.

Qloballaşma yalnız texniki-iqtisadi inkişafın obyektiv nəticəsi deyil, həm də sosial-siyasi amillərlə şərtlənmiş bir hadisədir. Siyasi müstəvidə gedən fəaliyyət və təzyiq olmadan, qloballaşma belə sürətli inkişaf tempi qazana bilməz. Odur ki, prosesin mədəniyyət sahəsində arzuolunmaz nəticələrə gətirib çıxarmasına, xalqımızın mədəniyyətinə, ruhuna yad olan forma və təzahürlərin qloballaşma adı və bəhanəsi ilə həyatımıza daxil olmasına yol vermək olmaz. Qloballaşma prosesində mədəniyyətimiz yalnız bəşəri dəyərlərlə səsləşən, minillərin sınağından çıxmış meyarlar və dəyərlərə cavab verən ənənə və nümunələrələ zənginləşməli, yabançı, saxta, dağıdıcı olanı ayırd etməyə qadir olmalıdır. Qloballaşma və mədəniyyətin qarşılıqlı münasibətində əsas məqam, qloballaşma­nın mədəniyyətin ömrünü qısaltmasıdır. Qloballaşmanın “zaman” anlayışını dəfələrlə qısaltması bu gün artıq heç kimə sirr deyildir. Digər mühüm məqam ondan ibarətdir ki, qloballaşma özü də hələlik konkret mədəniyyət hadisəsidir, müəyyən bir mədəniy­yətin təzahür formasıdır. Bu, Amerika mədəniyyətidir. Ona görə də qloballaşma və mədəniyyətlərin qarşılıqlı münasibətlərinə amerikan mədəniyyəti ilə digər mədəniy­yətlərin qarşılıqlı münasibəti kimi yanaşanlar da vardır. Hətta Avropa və Amerika mədəniyyətləri arasında olan ziddiyətlər bu gün inkişaf edərək sosioloji, siyasi və geosiyasi müstəviyə keçmişdir. Avropa cəmiyyətləri ABŞ cəmiyyəti ilə aralarında olan fərqləri daha da qabartmağa çalışırlar.

Vaxtilə ümumi olan etik-əxlaqi meyarlar bu gün Avropada və ABŞ-da fərqli görünməyə başlamışdır.Belə olan halda Azərbaycan mədəniyyəti mövcud durumda daha müşkül problemlərlə qarşılaşmış olur. Son yüzildə müasirləşmə, avropalaşma, qərbləşmə meyllərini müxtəlif mövqelərdən dəyərləndirən Azərbaycan cəmiyyətinin bugünkü halı qloballaşma yükü ilə daha da ağırlaşmış oldu. Xüsusilə də kütləvi incəsənət sahələrində özünü aşkar büruzə verən qloballaşma təmayülləri, prosesin mənfi təzahürləri problemi sosial bəla səviyyəsinə çatdırmaqdadır.Qloballaşmanın üzdə olmayan, lakin mədəni dünya tərəfindən dərk edilən və etirazlarla qarşılaşan neqativ təzahürləri, siyasi və iqtisadi mənafelərin güdüldüyü məqsədləri də vardır ki, son nəticədə mədəni tərəqqiyə sarsıdıcı və dağıdıcı zərbə vurur. İqtisadi sahədə qloballaşma yeni modernləşdirilmiş kapitalizmin dünya miqyasında bərqərar olmasını nəzərdə tutur. Vahid iqtisadi sistem yaratmaq üçün kürələşən dövlətlər Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan və sərəncamlarında olan bazar, bank və kapitaldan istifadə etməyi planlaşdırırlar. Bu əməliyyatlardan əsas məqsəd yeni bazarların yaradılması, yeni məhsullar üçün xammal ehtiyatlarından, ucuz işçi qüvvəsindən istifadə ilə külli miqdarda gəlir əldə edilməsidir. Mədəniyyət sahəsində də qloballaşma bu mənafeələrə xidmət etdiyi təqdirdə isə bəşəriyyət böyük fəlakətlərlə üzləşə bilər.

Siyasi sahədə qloballaşma kültür, milli dövlətçilik, milli-mənəvi dəyərlər prob­lemi ilə qarşılaşır. Daha doğrusu milli özünüdərk, milli ləyaqət siyasi qloballşmanın əsas problemidir. Qloballaşan kapitalizm demokratiyaya böyük təhlükə olub, kütləvi işsizlik yaradır. O, ənənəvi ailə münasibətlərini dağıdır, dövlətlilər ilə kasıblar arasındakı uçurumu dərinləşdirir, kütləvi əhali axınına səbəb olur. Bir tərəfdən “kültürəl çeşidlilik”, “mədəni müxtəliflik”dən söhbət gedir, xalqların milli-mədəni özünəməxsusluqlarının mühafizəsinə, dünyanın mədəni eqzotikasının qorunmasına səylər göstərilir, digər tərəfdən isə nəticə etibarilə insanları robotlaş­dıran, millət, din fərqi qoyulmadan dünyanın müxtəlif coğrafi ərazilərində məskun­laşmış insanların tək əldən idarə olunan bir mexanizm halına gətiriliməsinə, müasir texnoloji dillə desək, pultla idarə olunmasına çalışılır. İnsanların inkubator cücəsi kimi rəngsiz (və ya birrəngli), ruhsuz, mənəviyyatsız bir makina halına gətirilməsinə cəhdlər edilir. Təbii ki, məqsədlərində ilk növbədə iqtisadi mənafelər güdən bu qüvvələrin tam ünvanını və dəqiq siyahısını vermək qeyri-mümkündür. Amma bir məsələ gün kimi aydındır ki, mədəni dünyanı narahat edən proseslərin qarşısının alınmasına (və ya müvafiq tədbirlər görülməsinə) cəhd edilməyən cəmiyyətlərdə narkobiznes və qadın alveri (dünyadakı münaqişə mənbələrinin durmadan artması isə sübut edir ki, həm də silah alveri) üçün yaşıl işıq yandırılmış olur. Sözsüz ki, qaçılmaz bir hala gəlmiş inteqrasiya prosesinin çox müsbət nəticələri də özünü təsdiqləməkdədir.

Əslində problem başqa bir məqamdadır. Həm nəzəri, həm də görüntü baxımından çox vaxt təqdir edə biləcəyimiz təbliğatların arxasında bəşəriyyət üçün təhlükəli olan mənafelər dayanmaqdadır. Məsələn, gender problemi adı altında, faktik olaraq cəmiyyətdə başıpozuqluq yaradan, ənənəvi ailə strukturunu hədəfə alaraq kişi-qadın münasibətlərində milli-mənəvi baxımdan qəbuledilməz sayılan köklü “yerdəyişmələrə” can atılan təbliğatların arxasında nələr gizlənir? Minil­liklərin süzgəcindən keçə-keçə gəlmiş adət-ənənələri görə-bilməzə birdən-birə nələrə dəyişmək istəyirik? Torpaqlarının bir hissəsi düşmən tapdağında və qız-gəlinləri əsarətdə qalan, milyondan artıq qaçqını olan bir ölkədə görəsən insan haqqlarından hansı səviyyələrdə danışılmalıdır? Yoxsa, elanlar verib öz meyar və tələblərinə uyğun gələn gənc qız-gəlinlərimizi yüksək maaşlar müqabilində ofislərə cəlb edən xarici missionerlərin, iş adamlarının Azərbaycan ailələrinə ürəyimi yanır!? Bəlkə bu güc sahiblərinin xəbəri yoxdur ki, həmin qız-gəlinlərimizin bir qisminin ataları, ərləri, oğulları vaxtlarını “qul bazarlı”nda günü 5-10 manata çörək pulu qazanmaqla keçirirlər? Bəlkə bizlərə aydın deyil ki, maddi sıxıntılar üzündən belə vəziyyətlərə alışdırılmış həmin kişilər evlərində hansı münasibətlərlə qarşılaşmalı olurlar? Görəsən evə arğın-yorğun vəziy­yətdə qayıdan, üstündən cin hürkən, qan-tər içində şil-küt olan bu kişilər ana-bacıla­rının xarici şirkət və ofislərdə çalışmalarından məmnundurlarmı? Gender problemin­dən danışan ağzıgöyçəklər yaxşı bilirlər ki, geyimli-kecimli, xarici maşınlarda gəzən, üstlərindən ətir qoxusu əskik olmayan bu qadınların alçaldılmış duruma gətirilmiş “doğma” kişilərinə münasibətləri necədir. Bəs qadınlarla müqayisədə ələbaxımlı hala düşmüş həmin kişilərin ailədəki tapdalanmış haqqlarından kim danışmalıdır?

Ailə – sosial-ictimai baxımdan cəmiyyətin, millətin, dövlətin özəyi və nüvəsidir. Bu gün hər hansı bir cəmiyyəti mənəvi-ruhi mənada öldürmək niyyətində olan siyasi­lərin ilk işlərindən biri də məhz ailə münasibətlərindəki pozuculuq fəaliyyətləridir. Bir tərəfdən informasiya müharibəsi, missionerlik fəaliyyətləri, əyləncə və şou proqramları vasitəsilə hər sahədə radikallığa, fanatizmə meylləndirmə, digər tərəfdən də atasından-anasından küsmüş, ərindən boşanmış, qızışdırıcı təbliğatlarla “mütləq azadlıq” sevdasında olan qadınların araçılığı ilə ailə münasibətlərini sarsıtma siyasətləri. Son yüzildə mütəfəkkirlərimizin qadın problemlərinə dair yazdıqları, milli-mənəvi və dini baxımdan təqdirəlayiq olan əsərlərin yenidən nəşri və təbliği əvəzinə, sifarişlə yazılmış kitabların nəfis şəkildə çapı, təntənəli təqdimatı və pulsuz yayımı vasitəsilə, nəinki qadın-kişi münasibətlərinə yaxşı bir şey gətirilir, əksinə qadınlarımıza yüzillərdən bəri klassik ədəbiyyatımızda pislənilən mənfi keyfiyyətlər aşılanır. Bəzən tapdalanmış hüquqlarının müdafiəsinə qalxmış qadının olan-qalan abır-həyası da əldən gedir, ailə və cəmiyyət içərisində yeni “imic” qazanır.Qadın-kişi bərabərliyindən danışılarkən müzakirə mövzusunun hüdudları müəyyən­ləşdirilməlidir. Digər canlılar kimi insan da yaranışdan bəri iki cinsin harmoniyası ilə dogub-törəyir, inkişaf edir. Bu cinslər arasındakı fərqlər ilahi bir qüvvənin iradəsi ilə yaradılıb, ruhi-mənəvi eyniliklərlə yanaşı fiziki-bioloji fərqliliklərin də təməli təbiətin özü tərəfindən qoyulub. Mövzunun həm dini, həm də elmi baxımdan şərhi də bunu təsdiqləməkdədir. İsanlar arasındakı bərabərlik müzakirə mövzusu olduğu təqdirdə isə cinsi fərqlərdən doğan müqəddəs vəzifələr unudulmamalıdır.

Ümumiyyətlə, son zamanlar bu məsələ cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Heç şübhə yoxdur ki, bu problem əsasən xaricdən qızışdırılır. Sanki, bizim Qarabağ problemimiz yoxdur, qadın problemimiz var. Bu problemin müzakirəsi təbii ki, cəmiyyətdən həm də böyük enerji udur. Maraqlı tərəflər ikincini qabardırlar ki, birin­ci unudulsun. Bu, həm də digər iqtisadi mənafelərlə də üst-üstə düşür. Bu mənada qadınlarımızın cəmiyyətdə tutduğu mövqe və bunun inkişaf dialektikası ciddi elmi-tənqidi tədqiqini gözləməkdədir. Müasir dövrdə Şərqdə və Qərbdə gender probleminə baxış müxtəlifdir. Qərbdə həm qadınlar özləri özlərinə, həm də cəmiyyətdə onlara resurs kimi baxırlar. Resurs isə reklam zərurətini doğurur. Bu səbəbdən də Qərbdə qadınların özünüreklamına çox diqqət yetirilir. Reklam oluna bilən hər bir bədən üzvü isə bədəndən “ayrılaraq” (bəzənmə vasitəsi ilə), cəmiyyətin nəzər-diqqət obyektinə çevrilir. “Şpilkadaban” ayaqqabılar, saç düzümləri, boyalar, mini yubkalar, açıq-saçıq geyimlər, qadını zərif, müqəddəs varlıqdan ikrahedici seksual obyektə çevirən şalvarlar bədənin müxtəlif üzvülərinin reklamı məqsədini daşıyır və qadınların yox, məhz əks cinsin diqqətini cəlb etmək niyyətindən irəli gəlir.

Ənənəvi olaraq, Şərqdə isə qadın heç bir bədən üzvünü reklam etmir (ən azından ictimai yerlərdə), əksinə bütün belə üzvlərini ya diqqətdən yayındırır, ya da çadra altında gizlədir. Bu düşün­cəyə görə ancaq satılan şeylər reklam olunmalıdır. Qadının ilahi-təbii təyinatı və nadir funksiyası analıqdır. Allah-taala qadını bu niyyətlə xəlq etmiş və onun bədəni də bu işə uyğun yaradılmışdır. Qadın yalnız müqəddəs ailənin tələbatını ödədikdən sonra vaxtının qalan hissəsini cəmiyyətə xidmət etməyə sərf edə bilər. Sevgili peyğəmbərimiz də məhz müqəddəs analıq vəzifəsinə görə “Cənnət anaların ayağı altındadır” kəlamını demişdir. Bu mənada, dünyanın heç bir fatehi, sərkərdəsi, dövlət başçısı, siyasi lideri qadının cəmiyyətdə oynadığı əvəzedilməz rolu oynaya bilməz.Sınaq şüşəsində dünyaya uşaq gətirmək – perspektivləri bəlli olmayan, nəticələri bəlkə də bəşəriyyət üçün təhlükəli olacaq bir elmi tədqiqatdır. Professor Şahlar Əsgərov “Gender probleminin görünən və görünməz tərəfləri” adlı yazısında bu haqdakı fikirlərini belə açıqlayır ki, “Ana qayğısı altında yox, laboratoriya qayğısı altında böyüyən uşaqdan cəmiyyət nə xeyir görə bilər?

Gender probleminə Şərq, yoxsa Qərb baxışı düzdür? – sualına cavablar müxtəlif ola bilər. Gərəkli cavab almaq üçün əvvəlcə, gələcəkdə bu yollar bəşəriyyəti hara aparıb çıxara bilər? – sualına cavab axtarmaq lazımdır. Cəmiyyətin kriminallaşmasında qadınların müqəddəs ailə ocağından idarəetmə sferasına transferinin də rolu az deyildir. Bu mənada bəşəriyyət öz inkişaf konsepsiyasına yenidən baxmalıdır”. Ümumiyyətlə, bu tipli məsələlərə diqqət yetirdikdə “qızıl orta hədd” əvəzinə problemin hər iki ucuna meylliliyin, radikallığın və fanatizmin şahidi oluruq. Bir tərəfdə başı örtülü, bütün bədəni bürünmüş qadınlar, digər tərəfdə isə özünü ortada qoymuş, sanki bədən əzalarının aşkar reklamı ilə yarışan qadınlar. Bir tərəfdə qadınların yaxına buraxılmadığı kişi toyları, digər tərəfdə isə heç bir ənənədən gəlməyən, hətta folklorunda ikili rəqs nümunələri olan xalqların ifalarında belə rast gəlinməyən və ikrahedici formada “oynanılan” “medlenni rəqslər” (hələ atanın qızıyla, qaynatanın qəlinlə, bacının qardaşla, ananın oğulla alaqaranlıqda qucaqlaşıb biabırçı “oynamaları” ayrıca söhbətin mövzusudur).

Azərbaycan kimi zəngin və çoxjanrlı bir musiqi mədəniyyətinə sahib olan bir xalqın toy-düyünündə gəlinlə bəyin əcnəbi musiqi ilə ortalığa girməsinə, doğum gunlərində yabançı ad günü mahnısının qol-qanadı sındırılmış vəziyyətdə oxunmasına nə ad vermək olar?! Odur ki, inteqrasiya prosesinin qaçılmaz olduğu bir dövrdə milli-mənəvi və əxlaqi-tərbiyəvi dəyərlərimizin qorunmasına qayğı daha da artırılmalıdır. Bu zərurət cəmiyyət həyatının bütün sahələrini əhatə edən qloballaşmanın ziddiyyətli gedişatından doğur. Ona görə də biz milli-mənəvi dəyərləri aşınmalardın qorumalı, milli mədəniyyətimizi qloballaşmanın mənfi təzahürlərindən özünümüdafiə vasitəsinə çevrilməliyik. Mədəniyyət sahəsində özünütənzimləmə metodları tətbiq edilməli, prioritetlər aydınlaşdırılmalı və maliyyələşdirilməlidir. Yalnız birgə səmərəli fəaliyyət nəticəsində kültürəl özünəməxsusluğu, milli-mənəvi dəyərləri qorumaq və mühafizə etmək mümkündür.Təcrübə göstərir ki, mədəniyyətə tətbiq olunan qloballaşma nəticəsində milli mədəniyyət özünəməxsusluğunu itirir və kültürəl çeşidlilik aradan qalxır. Qərbin mənəvi əsası olmayan, heç bir milli, bəşəri təməl prinsiplərinə söykənməyən mədəni surroqatları təkrarlanmağa başlanır və bu təbliğat maşınının təsiri ilə milli-dini dəyərlər əriyir və aşınmaya məruz qalır. Bu prosesin təzyiqi altında iqtisadiyyatı zəif olan, müstəqillik yoluna yenicə gədəm qoymuş ölkələrin gəncləri milli-mədəni irsi inkar edib, milli-mənəvi dəyərlərə xor baxıb ucuz sənət nümunələrinə meyllənir, ən yaxşı halda yad kültürlərə heyranlıqla yanaşaraq milli-mədəni irsin varisliyini təhlükə qarşısında qoyurlar. Halbuki, bəşəri dəyərlərə, insanlığa xidmət etməyən inteqrasiya­da, əməkdaşlıqda, əslində nə bədii-estetik, nə tərbiyəvi, nə də ümumiyyətlə, mənəvi dəyər vardır. Bu mənada Azərbaycan reallığında mədəni irsin mühafizəsi, xalqımızın, habelə dünyanın mütərəqqi mənəvi dəyərlərindən lazımınca yararlanaraq gənc nəslin daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi ruhda tərbiyələndirilməsi mədəniyyət siyasətimizdə varislik prinsipinin ən zəruri vəzifələrindəndir.

Dövlətçiliyin təməlinin, milli varlğın özülünün kültürə bağlı olması gerçəkliyi dəfələrlə tarixi sınaqlardan çıxmış həyat həqiqətidir. Bu amilə mühüm dəyər verən hər bir milli dövlətdə kültürəl inkişaf mədəniyyət siyasətinin əsas prioriteti sayılır. Bu baxımdan müstəqil dövlətdə mədəni irsin qorunub saxlanılması və təbliği, mədəniyyətin inkişafı üçün daha münasib şərait yaradılması, vətəndaşların azad yaradıcılıq imkanlarının təmin edilməsi milli varlığın mühafizəsinə xidmət edən mühüm şərtlərdəndir. Milli dövlət quruculuğu uğrunda qanlarını əsirgəməmiş, canlarını fəda etmiş ata-babalarımızın demokratiya, hürriyyət, istiqlal uğrundakı ideya mübarizələri də məhz mədəni inkişafa, mədəni tərəqqi və intibah əsaslarına söykənmişdir. “Milli diriliyimizi mədəni təməllərə bağlayan M.Ə.Rəsulzadənin, “Milli dövlət kültür yaradıcılığının ən yüksək şəklidir” deyən M.B.Məhəmmədza­dənin Azərbaycan Хalq Cümhuriyyətinin qurulması ilə təsdiqlənən elmi müddəa­ları milli dövlət quruculuğunda dil, kültür və mədəniyyətin ən mühüm və əvəzedilməz amil olduğunu bir daha aşkarlamaqda, хatırlatmaqda və bəyan etməkdədir”.

Mədəni inteqrasiya və müasirləşmək bəhanəsi ilə milli mədəniyyətimizin inkişafı üçün nəzərdə tutulmamış proqramların, informasiyaların və təbliğatların Azərbaycan mühitində tətbiqinə olan cəhdlərin faydasından çox ziyanı vardır; bu fəaliyyətlərin milli qürüra, təəssübkeşlik hissinə malik yeni nəsil tərbiyələndirmək, vətəndaş yetişdirmək baxımından qüsurlu, dağıdıcı, təhlükəli tərəfləri daha çoxdur. Çünki, bu gün Azərbaycan cəmiyyətinin xarici dilləri bilən, kompüterdən baş çıxaran, internet vasitəsilə dünyaya “pəncərə açan” gənclərə ehtiyacı olduğu qədər və ondan daha artıq, heysiyyətli, qürurlu, milli, dini, mənəvi-əxlaqi dəyərlərə sədaqətli, vətənpərvər vətəşdaşlara ehtiyacı vardır. Müasir mədəniyyəti mənimsəmək nə qədər önəmlidirsə, milli kültürümüzə sahib durmaq, ondan faydalanmaq bir o qədər mühümdür. Sadəcə texnikaçı, mütəxəssis, peşə sahibi hər zaman tapılar. Bu ehtiyacını hər bir millət müvəqqəti bir zaman üçün əcnəbilərə müraciət surətilə də təmin edə bilər. Lakin, heç bir zaman xaricə müraciət olunaraq, mədəni inteqrasiya, qloballaşma vasitəsilə bir vətənpərvər, bir milliyyətçi, bir istiqlalçı, milli  idealları, müqəddəs dəyərləri mənimsəmiş şəxs alına bilməz.

Milli ruhlu, vətənpərvər, istiqlalçı vətəndaş yetişdirmək işi isə ölkə rəhbərliyi, dövlət qurumları, kütləvi inıormasiya vasitələri, tədris və tərbiyə müəssisələri, mədəniyyət ocaqları və xüsusilə də ziyalılar ordusu tərəfindən həyata keçirilməlidir.Əlbəttə, bəşər mədəniyyəti tarixini öyrənmədən, dünya xalqlarının kültürləri ilə tanış olmadan, mədəniyyəti dəyərləndirmə meyarlarına yiyələnmədən obyektiv, qlobal, demokratik düşüncə tərzinə, humanist, bəşəri hisslərə sahib olan mütəxəssis hazırlığı, vətəndaş yetişdirilməsi, insan tərbiyəsi imkansızdır. Bu sahədə uğur qazanmaq üçün isə ilk növbədə milli mədəniyyətə sahib durmalı, milli-mənəvi dəyərlər əxz edilməlidir. Çünki, millət əsasına, kültürəl özəlliklərə söykənmədən, xalqın adət-ənənəsini, şifahi və yazılı ədəbiyyatını, bədii və iqtisadi məhsullarını mənimsəmədən bəşəri mədəniyyətə gedən yol da keçilməz olar. Milliətin dil, din, əxlaq, hüquq, estetika, iqtisadiyyat və texnika ilə bağlı yaşayışının, həyat tərzinin ahəngdar bir bütünü olan kültür demokratik mahiyyət daşıdığı kimi, həm də beynəlmiləl, bəşəri məzmun kəsb edir. Bir sözlə, milli olmayan, xalqın, millətin işinə yaramayan heç bir şeydə bəşərilik də axtarılmaz. Qloballaşmanın milli mədəniy­yətlərə, xüsusilə də müsəlman cəmiyyətlərinə təsirindən bəhs edərkən də ilk növbədə bu amillər diqqət mərkəzində saxlanılmalıdır.Mədəniyyət siyasətimizdəki, idarəetmədəki mövcud nöqsanların, naqisliklərin əsas səbəblərindən biri də elə bu amillərin dəyərincə qiymətləndirilməməsi və hesaba alınmamasıdır.

Halbuki, qloballaşma adı ilə cəmiyyətimizə soxulan, mənəviyyatsızlıq sindromuna meydan açan mədəni surroqatlara qucağımızı açdığımız halda, Azər­baycan mədəniyyət tarixində xalqın qan yaddaşına hopmuş elə mənbələr vardır ki, bunların böyük əksəriyyətindən hələ lazımınca yararlanmamışıq.Siyasi, iqtisadi və mədəni həyat sahələri bir-biri ilə qırılmaz tellərlə bağlı olduğu üçün cəmiyyətin inkişaf perspektivlərinə də kompleks halda yanaşmaq lazımdır. Xalqın mədəni və intelektual səviyyəsi cəmiyyətdə cərəyan edən bütün hadisələrə nüfuz edir. İqtisadiyyatın dirçəldilməsi də xeyli dərəcədə mədəni səviyyədən asılıdır. Bütün hallarda mədəniyyətin inkişafı cəmiyyəti xoş gələcəyə aparan ən mühüm amillərdəndir. Ona görə də bütün real imkanlardan istifadə etməklə mədəniyyətin problemlərinin həllinə çalışmaq hamımızın borcudur. Cəmiyyətin bütün aspektlərinə müdaxilə edən mədəniyyət fasiləsiz olaraq özünü yeni-yeni formalarda büruzə verir və onu hər hansı hüdudda saxlamaq çətindir. Ona görə də bu fenomen siyasəti idarə edən şəxslər, mədəniyyət və təhsil sahəsinin mütə­xəssisləri, habelə yaradıcı işçilər qarşısında daima yeni vəzifələr qoyur. Həm də bu vəzifələr bizdən, özünü qloballaşmanın mənfi təzahürləri kimi biruzə verən mədəni surroqotlara qarşı bütün gücümüzlə birgə, mütəşəkkil mübarizə aparmağı tələb edir.Tarixən əsli-kökü qarışıq olan, hər zaman hakimiyyətdə təmsil olunma və “saraya” girmə imkanı tapan, ölkənin milli dilinə xor baxan üzdəniraq ziyalıların əcnəbi dillərə, özgə kültürlərə olan meylləri hakim azlıq tərəfindən qeyrət, şərəf, namus, aristokratlıq, ziyalılıq meyarı sayılmışdır.

Qloballaşmanın tüğyan etdiyi bir zamanda bu təmayüllərin qarşısının qətiyyətlə alınmasına çalışmasaq mədəniyyətimiz ciddi təhlükələrlə qarşılaşar. Çünki, türk tarixinə, onun bəşər mədəniyyftinə bəxş etdiyi töhfələrə həqarətlə baxanların, qeyri-milli ünsürlərin oxuduqlarının, yazdıq­larının, öyrəndiklərinin və öyrətdiklərinin kökündə, mahiyyətində də məhz xalqı doğmalıqdan, özgürlükdən uzaqlaşdırmaq cəhdləri görünməkdədir. Bu cəhdlərdə şəxsi mənafelərin, siyasi məqsədlərin, ideoloji, dini missionerliyin hansının gizlənməsindən asılı olmayaraq, onlarda qeyri-insani, qeyri-bəşəri hisslər, manqurtlaşdırma niyyəti, istismarçı və işğalçı məqsədlər güdülməkdədir.Cəmiyyət üçün müəyyən edilmiş milli əxlaq qaydalarını müasirliyin mühüm şərti səviyyəsində təqdim edən M.Ə.Rəsulzadəyə görə, bəşər topluluğunda fərdlər üçün olduğu kimi millətlər üçün də müəyyən və sabit bir sıra əxlaq qaydaları vardır. Onun fikrincə, “Fərdlərdən insan topluluğu, dürüst olmalarını, doğru söyləmələrini, hiylə və yalana əl atmamalarını, daxilləri ilə zahirlərinin bir olmasını, başqalarının haqq və hürriyyətlərinə təcavüz etməmələrini, dost və müxaliflərinin fikirlərinə sayğı göstərmələrini, qeybət və iftiradan çəkinmələrini, tamahkarlıq, kin və xudbinlik kimi pis hisslərin əsiri olmamalarını, tərbiyə və nəzakətdən ayrılmamalarını, vətən və millətlərinə bağlı qalmalarını, yurddaşlarına ən böyük yardım göstərmələrini, məmləkətin qanun və nizamlarına son dərəcə riayətkar olmalarını, yurdun rifah və səadətinə durmadan çalışmalarını, ailə və əqrabalıq münasibətlərini müqəddəs sayma­larını, evladlarını vətənə xeyirli olacaq şəkildə yetişdirmələrini, yurd və millətlə ilgili işlərdə böyük fəraqət göstərmələrini tələb etməkdədir. Bunlara eynən əməl edənlərə cəmiyyət əxlaq və səciyyə sahibi bir insan, vətənpərvər, mükəmməl bir vətəndaş, müşfiq bir ata və milli qəhrəman keyfiyyətlərini izafə edər. Əksini işləyənlərə milli topluluğun əvvəl-axır nə kimi damğalar vuracağı da məlumdur”.

Milli tariximizin bizə bəxş etdiyi ən qiymətli miras milli mədəniyyətimiz olduğu üçün müasirliyin meyarları da öncə buradan alınmalıdır. Bu səbəbdən də  hər şeydən əvvəl və hər sahədə mədəniyyətdə varisliyin qorunması, tədqiqi və təbliği mövzusuna üstünlük verilməlidir. Milli mədəniyyət gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə yaradıcı və qurucu  səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi və dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.Bir halda ki, mədəniyyəti millət meydana gətirir və mədəniyyət də milləti yaşadır, deməli, yaşamaq üçün milli mədəniyyətimizi yaşatmaq məcburiyyətindəyik. İlk növbədə mədniyyətimizin keçmişini, mədəniyyət xəzinəmizi layiqincə mənimsəmiş, həzm etmiş nəsillər yetişdirməklə işə başlamalıyıq. Kürəsəlləşən, qloballaşan dünyaya, müasir Avropa mədəniyyəti dairəsinə girdiyimizə görə mədəniyyətimizin təməl prinsiplərində böyük bir dəyişiklik etmədən, yəni milli şəxsiyyətimizi təşkil edən, mühafizə edilməsi zəruri olan xarakterik keyfiyyətlərimizi zədələmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq məcburiyyətində olduğumuzu qəbul etməliyik. Əsrlər boyu varlığımızı, milli kimliyimizi təyin edən mədəniyyətimizi bəşəriyyətin insanlıq meyarları və zamanın mədəni dəyərləri içərisində yoğurub, onu yalnız mühafizə və öyrənməyə deyil, həm də bizi yönəldən, idarə edən bir daxili çağırış, ruhi-mənəvi bir ehtiyaclar halına gətirməyə çalışmalıyıq. Deməli, bahalı geyim-kecimdə və lüks maşınlarda gəzən, dəbdəbəli evlərdə yaşa­yan, təmtəraqlı restoranlarda yeyib-içən, səlahiyyətli məmur kreslolarında əyləşən, populyar janrlara, yüngül musiqiyə və əyləncəli şou proqramlara meyllənən, bir söz­lə, öz xoşbəxtliyini yalnız maddi təminatda və yüngül həyat tərzində axtaran eqoist, təkəbbürlü, müşşan təbiətli heç kəsi müasir dünyanın mədəni insanı saymaq olmaz.

Müasirlik – dünyagörüşüdür, milli-mənəvi dəyərlərin və dünyanın elmi-mədəni nailiyyətlərinin mənimsənilməsidir. Müasirlik – təbiət gözəlliklərindən, insanlığa xid­mət edəcək bütün yaradıcılıq məhsullarından; insanlara sevgidən, məhəbbətdən, xeyirxahlıqdan, alicənablıqdan, mənalı və səmimi ünsiyyətdən; ciddi, ahəngli, mən­tiqli və yumorlu həmsöhbətdən; əqidəli, fantaziyalı, improvizəli fikir sahibindən; əha­təsində olduğu insanlara sevinc bəxş edən sürprizlərdən zövq almaqdır. İntellektual, ruhi və mənəvi zənginləşməni həyati ehtiyaclar halına gətirmək; hiss və duyğularını xoşməramlı arzularla kökləmək və insani yaşantılarını daimi vərdişlərlə möhkəmlən­dirərək bunları həyat tərzinə çevirməkdir.  Müasirliyin əsas şərti xaricdən əxz edilmiş forma dəyişikliklərində, maddi təmtəraqda deyil. Müasirlik – ilk növbədə ata-babalarımızın bizə əmanət etdiyi ruhi-mənəvi mirasın mühafizəsi, mənimsənilməsi və daha mükəmməl şəkildə gələcək nəsillərə ötürülülməsinə çalışmaqdadır. Müasirlik – azadlıq eşqində, bəşəri dəyərlərə sayğıda, vətən sevgisində, istiqlal ruhundadır. Müasirlik – bütün dövrlər üçün müasir sayılan klassik əxlaqi dəyərlərin qorunmasında, milli-mənəvi ənənələrin varisliyinin təmin edilməsindədir. Müasirlik – mahiyyətlə şəklin, fikirlə fəaliyyətin, daxili aləmlə xarici görünüşün, sözlə əməlin, məzmunla formanın harmoniyasındadır.  

Mübariz Süleymanlı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti

Ədəbiyyat 

1.     Ağaoğlu Ahmet. Üç medeniyet. İstanbul: Milli Egitim Basımevi, 1972.2.     Əsgərov Şahlar. Məclisin fəlsəfəsi. “Mədəniyyət dünyası”, XIII buraxılış. Bakı: ADMİU, 2006, s.253-257; Gender probleminin görünən və görünməz tərəfləri (əlyazması halında).3.     Hüseynzadə Əli bəy. Kasablanka faciəsi və Osmanlı-İran komediyası. “Füyuzat”, 1907, № 24; Seçilmiş əsərləri, Bakı: Çaşıoğlu, 2007, s.264-270. 4.     Resulzade Mehmet Emin. Yanlış terim kullanmıyalım. Milli tesanüd. Ankara: Kardeş matbaası, 1978, s.22-23.5.     Resulzade Mehmet Emin. Milli ahlak. “Azərbaycan” (Ankara), 1953, Sayı: 11; Milli tesanüd. Ankara: Kardeş matbaası, 1978, s.26-27.6.     Resulzade Mehmet Emin. İlim ve siyaset. Milli tesanüd. Ankara: Kardeş matbaası, 1978, s.88-91.7.     Resulzade Mehmet Emin. Münevver muhacirin borcu. Milli tesanüd. Ankara: Kardeş matbaası, 1978, s.81-83.8.     Süleymanlı M.A. Əhməd Ağaoğlunun “Üç mədəniyyət” əsəri / Şərq fəlsəfəsi problemləri, beynəlхalq elmi-nəzəri jurnal. Bakı: AMEA, 2004, № 1-2, s.57-66.9.     Süleymanlı Mübariz. Çağdaş türk düşüncə tarixindən: Cəmil Meriç yaradıcılığı Azərbaycanda. “Mədəniyyət dünyası”, IX buraxılış. Bakı: ADMİU, 2004, s.7-20.10.  Süleymanlı M.A. Küreselleşmenin Azerbaycan kültürüne yansımalarına dair. “Güney Azerbaycan” sosyal, kültür, siyasi araştırmalar dosyası (Ankara). Güney Azerbaycan Tanitim Cemiyeti (GÜNAZTAC), “Tanıtım”, sayı 6, Ankara 2004, s.9-10.11.  Süleymanlı M.A. Qloballaşmanın Azərbaycan mədəniyyətində mənfi təzahürlərinə dair. “Qloballaşma və onun iqtisadi-mədəni sahələrdə müsəlman cəmiyyətinə təsiri” mövzusunda keçirilmiş Beynəlxalq Simpoziumda söylənilən məruzənin mətni. Bakı, 3-4 dekabr 2004-cü il. 

 

baxılıb: 1627 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR