“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dövlət xadimləri, hərbi və siyasi xadimlər

Şah İsmayıl Səfəvi (1487-1524)

A+ | A-

Səfəvilər dövlətinin qurucusu

Böyük sərkərdə, Səfəvilər dövlətinin qurucusu, şair I Şah İsmayıl Səfəvi 1487-ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulmuşdur. Sufi Şeyx Heydərin oğlu olmuşdur. Səfəvilər sülaləsinin banisi, milliyyətcə azərbaycanlı türkü.

1500-1501-ci illərdə qızılbaş tayfalarını dəstək verdiyi yeddi minlik ordu ilə Ağqoyunlu türkmən qəbilələrinin birləşmiş 30 minlik qoşununu məğlub edərək Təbrizi ələ keçirmişdir. Taxta oturub özünü I Şah İsmayıl elan edir.

1503-1510-cu illərdə bütöv İranı, Cənubi Qafqazı, Kürdüstanı, İraq Ərəbini, Orta Asiyanın bir hissəsini və bir sıra başqa yaxın əraziləri hakimiyyəti altına aldı. I İsmayılın Qərbə doğru irəliləyişi 1514-cü ildə Osmanlı dövləti ilə müharibəyə gətirib çıxartdı. İki türk xaqanının (Şah İsmayıl və Sultan Səlim) üz-üzə gəldiyi Çaldıran döyüşündə I İsmayıl məğlub olaraq Şərqi Anadolunu, Kürdüstanı, İraq Ərəbini itirdi.

Osmanlıların Şərqə irəliləyişinin qarşısını almaq üçün I Şah İsmayıl 1515-ci ildə Zəngi çayının sahilində qala tikməyi əmr edir. Qalanın tikintisi Rəvanqulu xana tapşırılır. Buradan da qalanın adı Rəvanqala qalır. Sonralar Rəvanqala Rəvan şəhəri oldu. Bir qədər sonra isə İrəvan adlandırıldı.

I Şah İsmayıl sənətkarlığı və ticarəti alqışlayırdı. O, şiəliyi dövlət dini kimi qəbul etmişdi. Alimlərə, şairlərə, rəssamlara rəğbət bəsləyirdi.  

Xətai təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində yazırdı. Xətainin yazdıqlarının çoxu ruhuoxşar-qəlboxşar xalq nəğmələrini xatırladır. Onun "Nəsihətnamə" toplusu qəhrəmanlığa, şücaətə çağıran Azərbaycan dilində yazılmış didaktik ədəbiyyatın ən yaxşı nümunəsidir.

Səfəvi şahı I Şah İsmayıl Xətai 1524-cü ildə ovda xəstələnmiş, dağ yolu ilə Təbrizə aparılarkən yolda vəfat etmiş, Ərdəbildə dəfn olunmuşdur.

Onun qurduğu Səfəvilər dövləti bir imperatorluq olaraq 1736-cı ildək, formal olaraq isə 1770-ci illərədək mövcud olmuşdur.

baxılıb: 913 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR