“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dövlət xadimləri, hərbi və siyasi xadimlər

Fətəli xan Xoyski (1875-1920)

A+ | A-

Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri

Fətəli xan İsgəndər oğlu Xoyski 1875-ci ildə Şəkidə doğulmuşdur. Onun ulu babası Cəfərqulu xan Cənubi Azərbaycanda Xoyun hakimi, babası İsmayıl xan 1807-10-cu illərdə Şəki xanı, rus ordusunun general-leytenantı olmuşdur.

F.Xoyski orta təhsilini Gəncə Klassik Gimnaziyasında almış, 1901-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. 1901-1916-cı illərdə Gəncə, Suxum, Batum, Kutais, Bakı məhkəmələrində vəkil olmuşdur. Yekaterinodarda prokurorun köməkçisi, ikinci Dövlət Dumasının deputatı olmuşdur.

1917-ci ildə Rusiyada fevral inqilabından sonra F. Xoyski Zaqafqaziya seyminə daxil olur. 26 may 1918-ci ildə Seym buraxıldıqdan sonra, 1918-ci il mayın 28-də M. Ə. Rəsulzadənin başçılığı ilə yaradılan Azərbaycan Milli Şurası Azərbaycan  Xalq Cümhuriyyəti yaradıldığını elan etdi. Şura Fətəli xan Xoyski başda olmaqla Azərbaycan hökumətini seçdi.

1919-cu ilin martına kimi F. İ. Xoyski bu hökumətin rəhbəri oldu. Bu müddət ərzində bank sistemi yaradılaraq pul və poçt markaları buraxıldı, milli dildə  məktəblər açıldı, kənd və şəhərlərə əvvəlki adları (məs. Yelizavetpol - Gəncə) qaytarıldı və s. dövlət əhəmiyyətli işlər görülərək dövlət hakimiyyətinin strukturu möhkəmləndirildi. F. Xoyski Azərbaycan Dövlət Universitetinin yaradılması prosesində və Azərbaycan parlamentinə keçiriləcək seçkilərdə fəal iştirak edir.

1919-cu ilin martından 1920-ci ilin martınadək olan dövrdə Azərbaycan hökumətinə Nəsib bəy Yusifbəyli rəhbərlik edir. F. Xoyski bu hökumətdə xarici işlər naziri vəzifəsini tuturdu.

22 yanvar 1920-ci ildə bolşevik Rusiyasının xarici işlər naziri Çiçerin Azərbaycan hökumətinə nota göndərərək Denikinə qarşı birgə səy göstərməyi təklif etmişdi. Azərbaycan hökumətinin cavabı belə olmuşdu: "Azərbaycan Cümhurriyyəti Sovet Rusiyasının işinə qarışmır, biz bu məsələdə bitərəfik". 27 aprel 1920-ci ildə Azərbaycan parlamentində Çiçerinin göndərdiyi ikinci notasına eyni cavab oxuduqdan sonra rus imperiyasının qoşunları Azərbaycan dövlət sərhədini keçdilər.

Azərbaycan Xalq Cümhuriyyəti süqut edib kommunist rejimi qurulduqdan sonra Fətəli İsgəndər oğlu Xoyski ailəliklə Tiflisə köçdü. Burada 1920-ci ilin iyunun 19-da erməni terrorçuları tərəfindən qətlə yetirildi.

 

baxılıb: 1172 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR