“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Dövlət xadimləri, hərbi və siyasi xadimlər

Kərim Kərimov (1917-2003)

A+ | A-

Sovet kosmonavtikasının əfsanəvi şəxsiyyəti, general-leytenant

Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda doğulmuşdur. Mühəndis xidməti general-leytenantı olub, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

Kərim Kərimov 1942-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunun energetika fakültəsini, 1943-cü ildə Hərbi Artilleriya Akademiyasını bitirmişdir.

1943-45-ci illərdə reaktiv mərmilər buraxan Moskva zavodlarında hərbi nümayəndə olmuşdur. 1945-ci ildən 20 il SSRİ Müdafiə Nazirliyinin aparatında müxtəlif vəzifələrdə işləyərək, böyük mühəndisdən kosmik vasitələr idarəsinin rəisliyinə qədər yüksəlmişdir.

1965-ci ildə sahə sənaye nazirlikləri yarandıqda Kərim Kərimov Ümumi Maşınqayırma Nazirliyində baş kosmik idarəsinə rəhbərlik edir. O illərdə sovet sənayesi "Soyuz" uçan pilotlu gəmilərin istehsalında böyük səy göstərirdi.

Kərim  Kərimov bu gəmilərin uçuşu üzrə Dövlət komissiyasının sədri təsdiq olunur. Bu vəzifədə fasiləsiz olaraq 25 il xidmət etmişdir. Akademiklərdən V.P.Qluşko, V.P.Mişin, Y.P.Semyonov onun müavinləri olmuşlar. Kərim  Kərimov ehtiyata çıxdıqdan sonra 1991-ci ildən Kosmik Uçuşların İdarəetmə Mərkəzində məsləhətçi işləmişdir. "Kosmosa yol" avtobioqrafik kitabın müəllifidir.

Kərim Abbasəli oğlu Kərimov bir sıra orden və medallarla təltif olunmuşdur. Yerinzondlaşdırılması üçün oriyentirli peykləri yaratdığına görə Lenin ordeninə, bir sıra beynəlxalq uçuşların müvəffəqiyyətlə həyata keçirilməsinə görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Kosmonavtikanın inkişafında böyük rolunu və Azərbaycan Respublikası qarşısında nailiyyətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Kərim Kərimov "Şərəf" ordeni ilə təltif edilmişdir.

Sovet kosmonavtikasının əfsanəvi şəxsiyyəti adını qazanan Kərim Kərimov 2003-cü ilin aprelində vəfat etmişdir. 

baxılıb: 1090 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR