“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

XƏBƏRLƏR

02-06-2017 [ 12:14 ]

Prezident Administrasiyası strukturunda hansı dəyişikliklər edilib?

A+ | A-

Əli Həsənov: “Struktur dəyişikliyi Administrasiyanın fəaliyyətində dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi daşıyır”

İyunun 1-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişikliklər edilib. Administrasiyada bir neçə yeni şöbə yaradılıb, dövlət müşaviri postları ləğv olunub, Prezidentin köməkçilərinin sayı artırılıb.

Prezidentin rəsmi internet səhifəsində (President.az) Administrasiyanın hazırkı strukturu belədir:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri - Ramiz Mehdiyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Cəmilə Abbasova

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi - Altay Həsənov

Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri - Azər Əmiraslanov

Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri - Zeynal Nağdəliyev

Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri - Fuad Ələsgərov

Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri - Novruz Məmmədov

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri - Əli Həsənov

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri - Əli Əsədov

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri - Natiq Əmirov

Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri 

Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi - Dilarə Seyidzadə

Prezidentin mətbuat katibi - Azər Qasımov

Prezidentin protokol xidmətinin rəisi - Elçin Bağırov

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri - Tələt Məcidov

Dövlət nəzarəti şöbəsinin müdiri - Eldar Nuriyev

Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri - Yusuf Məmmədəliyev

Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri - Şahin Əliyev

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri - Süleyman İsmayılov

Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri - Səadət Yusifova

Prezidentin İşlər müdiri - Oqtay Şahbazov

* * *

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov struktur dəyişikliyini şərh edərkən (Müsavat.com) deyib:

“Bildiyimiz kimi, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumdan sonra Azərbaycanda səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılması, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsi, həyata keçirilən iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıb. Hesab edirəm ki, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması, hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması, həmçinin Prezident Administrasiyası başda olmaqla ölkənin idarəetmə sistemi və icra mexanizmində həyata keçirilən mühüm dəyişikliklər qarşıya qoyulan məqsədlərə çatmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır.

Konkret olaraq Prezident Administrasiyasına gəldikdə, deyə bilərəm ki, cənab Prezidentin sərəncamı ilə həyata keçirilən struktur dəyişikliyi yeni situasiyaya və çağırışlara uyğun olaraq ölkənin ali icra orqanının fəaliyyətində dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi daşıyır. Qeyd edim ki, mövcud struktur dəyişikliyinə əsasən, ilk öncə Birinci vitse-prezidentin xidməti formalaşdırıldı. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin köməkçilərinin sayı 10-a çatdırıldı. Onlardan 8-i eyni zamanda müvafiq şöbələrə rəhbərlik edirlər.

Bundan başqa, dövlət müşavirliyi institutu və Administrasiya rəhbərinin müavini vəzifəsi ləğv olundu, Administrasiyanın tərkibində 2 yeni struktur bölməsi – Gənclər siyasəti və idman məsələləri, habelə Elektron hökumət şöbələri yaradıldı, bəzi digər şöbələrin funksiyaları və fəaliyyət istiqamətlərinə müəyyən dəyişikliklər edildi.

Əminəm ki, Administrasiyanın yeni strukturu cənab Prezidentin müəyyən etdiyi islahatlar kursunu uğurla reallaşdırılmaq və qarşıya qoyulan vəzifələri daha effektiv şəkildə icra etmək üçün səmərəli mexanizm kimi özünü təsdiq edəcəkdir”.

 

baxılıb: 2047 dəfə

FOTO

Siz bu yazıya rəy bildirə bilərsiniz.

"rəy bildir" düyməsini tıklamadan öncə
şəkildəki işarələri daxil edin

DİGƏR XƏBƏRLƏR