“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycan Respublikası

Ölkəmizi tanıyaq...

A+ | A-

Azərbaycan Respublikasının ərazisi - 86,6 min km2 (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otaqlar, 36,9% sair torpaqlar) təşkil edir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, Bakı 40° paralel üzərindədir.

Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.

Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir.

Ən böyük göllər

Km2

Ən böyük adalar

Km2

Ən böyük çaylar

km

Sarısu

67.0

Pirallahı

14.4

Kür

1515

Ağgöl

56.2

Çilov

11.5

Araz

1072

Ağzıbirçala

37.0

Xərə-Zirə

3.5

Alazan (Qanıx)

413

Mehman

35.0

Böyük-Zirə

1.4

İori (Qanıx)

389

Böyükşor

9.2

 

 

Samur

216

Hacıqabul

8.4

 

 

Tərtər

200

Dünyada ən böyük göl - Xəzər dənizi, sahəsi 400000 km2, ən dərin yeri - 1025 m.

Azərbaycanda ən yüksək dağ zirvəsi - Bazardüzü - 4466 m.

Əhali

2008-ci ilin oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycan Respublikası əhalisinin sayı 8,7 mln. nəfərə çatıb. Əhalinin 4,5 mln. nəfəri (51,7%) şəhər, 4,2 mln. nəfəri (48,3%-i) isə kənd sakinidir. Ölkə əhalisinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir. Hazırda hər 1000 nəfər kişiyə 1027 qadın düşür.

Əhalinin 23%-i 0-14 yaşda, 70%-i 15-64 yaşda, 7%-i 65 və yuxarı yaşda olanlardır. Əhalinin 31,2%-i 14-29 yaşda olan gənclərdir. Əhalinin orta yaşı 32, doğulanda gözlənilən ömür uzunluğu 72,4, o cümlədən kişilər üçün 69,7, qadınlar üçün 75,1 yaşdır.

Əhalinin son siyahıyaalınmasının nəticələrinə görə ölkə əhalisinin 90,6 faizi azərbaycanlılar, 2,2 faizi ləzgilər, 1,8 faizi ruslar, 1,5 faizi ermənilər, 1,0 faizi talışlar, 0,6 faizi avarlar, 0,5 faizi türklər, 0,4 faizi tatarlar, 0,4 faizi ukraynalılar, 0,2 faizi saxurlar, 0,2 faizi gürcülər, 0,2 faizi kürdlər, 0,13 faizi tatlar, 0,1 faizi yəhudilər, 0,05 faizi udinlər, 0,12 faizi isə digər millətlərdir.

Öz millətinin dilində sərbəst danışa bilən əhalinin bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2 faiz olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 faiz təşkil etmişdir.

Azərbaycan xalqı

Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı ölkəmizin ərazisində və ondan kənarda yaşayan, dövlətimizə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir.

Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Azərbaycan xalqı vahiddir. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.

Vətənə, Dövlətə, Bayrağa və Millətə sədaqət müqəddəsdir. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz işi və davranışı ilə sədaqətliliyini yerinə yetirməlidir.

Dövlət dili

Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili Türk dilləri qrupuna aid dildir.

Azərbaycan Respublikasının dövlət orqanları, mədəniyyət, maarif müəssisələri və başqa idarələri Azərbaycan dilinin sərbəst işlədilməsini, kargüzarlığın dövlət dilində aparılmasını təmin edir və onun hərtərəfli tətbiqinə dövlət qayğısı göstərir. Dövlət əhalinin danışdığı başqa dillərin də azad surətdə işlədilməsini təmin edir.

Bu dildə təxminən 35-40 milyon əhali danışır. Dilimiz Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya Federasiyası ərazisində yayılmışdır.

1918-ci ildə dünya güclərinin dəstəyi və birbaşa yardımı ilə Qərbi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövləti 1918-1920, 1948-1953-cü illərdə milyonlarla azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti aparmaqla bu ərazilərdə etnik tərkibi ermənilərin (hayların) xeyrinə dəyişdirdi.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başladıqdan sonra öz ərazisində etnik təmizləməni başa çatdırdı. XX yüzillikdə Ermənistan dövlətinin apardığı etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində 2 milyona yaxın Azərbaycan türkü öz tarixi-etnik ərazilərindən - dədə-baba torpaqlarından deportasiya olunmuş, kütləvi surətdə qətlə yetirilmişdir. Hazırda bu ölkədə Azərbaycan dilində danışan əhali qalmamışdır.                                    

Milli bayramlar:

1-2 Yanvar - Yeni il 

8 Mart - Qadınlar günü 

20-24 Mart - Novruz bayramı 

9 May - Faşizm üzərində qələbə günü

28 May - Respublika günü 

15 İyun - Milli qurtuluş günü 

26 İyun - Silahlı qüvvələr günü 

18 Oktyabr - Müstəqillik günü 

12 Noyabr - Konstitusiya günü 

17 Noyabr - Milli dirçəliş günü 

31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü 

Xatirə günləri:

20 Yanvar – Milli hüzn günü 

26 Fevral - Xocalı soyqırımı günü

31 Mart - Azərbaycanlıların soyqırımı günü

**  Qurban bayramı (2 gün) və Ramazan bayramı (2 gün) hər il Qəməri təqviminə uyğun olaraq dəyişir.                                       

*** Yeni il bayramı, Milli hüzn günü, Qadınlar günü, Novruz bayramı, Faşizm üzərində qələbə günü, Respublika günü, Milli qurtuluş günü, Silahlı Qüvvələr günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir.

Azərbaycanın paytaxtı  

Bakı - Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi ("İpək Yolu"), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.

Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır.

Bakı XII-ci əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur.

Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

Bakı özündə 12 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir. 

baxılıb: 12714 dəfə

FOTO

    DİGƏR XƏBƏRLƏR