“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
22 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

BİZİM TƏQVIM

Azərbaycan tarixi günbəgün: 12 sentyabr

A+ | A-

12 sentyabr 1723 – Çar Rusiyası ilə Səfəvi dövləti arasında Peterburq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın Xəzəryanı əraziləri Rusiyanın nəzarətinə verilib...

 

12 sentyabr 1723 – Çar Rusiyası ilə Səfəvi dövləti arasında Peterburq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın Xəzəryanı əraziləri (Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt, Ənzəli) Rusiyanın nəzarətinə verilib. Həmin dövrdə Osmanlı imperatorluğu ilə müharibə aparan Səfəvi dövləti üçün bu saziş taktiki səciyyə daşıyırdı. Səfəvilər Rusiya ilə müttəfiqlik əldə etməklə onun köməyi ilə Osmanlını ələ keçirdiyi Şimali və Qərbi Azərbaycandan çıxarmaq istəyirdi. Lakin çar Rusiyası Səfəvi dövlətinə umduğu dəstəyi vermədi. Əksinə, 1724-cü ildə Rusiya Osmanlı ilə də müqavilə bağlayaraq Xəzəryanı bölgələr istisna olmaqla Azərbaycanın qalan hissəsini onun nəzarətinə verdi. Səfəvi dövəti isə Rusiyaya verdiyi torpaqları yalnız 1732-1735-ci illərdə - I Pyotrun ölümündən sonra Rusiyanın zəifləməsindən istifadə edərək - geri qaytara bildi.

 

12 sentyabr 1801 – Çar I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzalayıb. Manifestə əsasən, Azərbaycanın tarixi torpaqları olan Qazax, Şəmsəddil, Borçalı və Pəmbək əraziləri də Rusiyanın tərkibinə qatıldı.

 

12 sentyabr 1887 – Görkəmli yazıçı, tərcüməçi və ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminli (1887-1943) anadan olub. Xalq Cümhuriyyətinin Istanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. Yazıçı 1940-cı ildə həbs olunub, 1943-də həbs düşərgəsində vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin «İki od arasında» («Qan içində») romanı Azərbaycan tarixi romanının klassik nümunəsidir.

 

12 sentyabr 2001 - Yazıçı, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov (3.3.1912, Lahıc - 12.9.2001, Bakı) vəfat edib. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı tarixi-publisistik əsəri böyük populyarlıq qazanıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

baxılıb: 1106 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR