“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
19 Oktyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

BİZİM TƏQVIM

Azərbaycan tarixi günbəgün: 10 oktyabr

A+ | A-

10 oktyabr 1997 – Strasburqda görüşən Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan Dağlıq Qarabağ nizamlanmasına dair “mərhələli həll” planını qəbulu etdiklərini bildiriblər...

 

10 oktyabr 1812 – Birinci Rusiya-İran müharibəsinin (1894-1813) yekunlına əhəmiyyətli təsir edən Aslandüz döyüşü baş verib. Rusiya qoşunları döyüşdə qalib gəliblər. Bu döyüşdən sonra ruslar Talış xanlığı ərazisinin böyük hissəsini ələ keçiriblər. Həmin ilin dekabrında Rusiya qoşunları Talış xanlığının işğalını başa çatdırdılar və Şimali Azərbaycan faktiki olaraq (Naxçıvan və İrəvan xanlıqlarından savayı) rusların nəzarətinə keçdi.

 

10 oktyabr 1911 - Ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911 - 1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub. 

 

10 oktyabr 1939 – Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva (1939-1992) anadan olmuşdur. Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının tədqiqatçısı və ərəb dili üzrə ilk qadın elmlər doktorudur.

 

10 oktyabr 1993 – Azərbaycan prezidenti Heydər Əliyevin təntənəli inauqurasiya - andiçmə mərasimi keçirilib. 1993-cü il oktyabrın 3-də keçirilmiş seçkilərdə seçicilərin mütləq əksəriyyəti (98,8) Heydər Əliyevə səs vermişdi. "Respublika" sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilən mərasimdə ölkə ictimaiyyətinin, siyasi partiyaların nümayəndələri, Bakıda akkreditə olunmuş xarici diplomatlar iştirak ediblər.

 

10 oktyabr 1994 – Azərbaycan Respublikası ilə Küveyt dövləti arasında diplomatik münasibətlər qurulub.

 

10 oktyabr 1997 – Strasburqda Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında görüş keçirilib. Görüşdən sonra prezidentlər birgə bəyanatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT Minsk qrupu həmsədrlərinin hazırladıqları “mərhələli həll”  planını qəbulu etdiklərini bildiriblər. Bundan dərhl sonra Ermənistanda Ter-Petrosyan əleyhinə çıxışlar başladı və o, 1998-ci əvvəlində istefa verməyə məcbur oldu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

baxılıb: 1122 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR