“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Sentyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

MƏDƏNİYYƏT GÜNDƏLİYİ

12 sentyabr

A+ | A-

12 sentyabr 1887 - Görkəmli yazıçı, tərcüməçi, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminli Şuşa şəhərində anadan olub...

Azərbaycan

 

12 sentyabr 1887 - Görkəmli yazıçı, tərcüməçi, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminli (1887-3.1.1943) Şuşa şəhərində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. 1940-cı ildə həbs olunub, 1943-cü ildə Rusiyanın Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edib. 1956-cı ildə bəraət alıb. Yazıçının «İki od arasında» («Qan içində») əsəri Azərbaycan tarixi romanının klassik nümunəsidir. Digər əsərləri: “Qızlar bulağı”, “Studentlər”, “Bir cavanın dəftəri”, “Cənnətin qəbzi” və s.

 

12 sentyabr 1921 - Şair, dramaturq Novruz Gəncəli (Novruz İsmayıl oğlu Sadıqov; 1921 - 19.10.1995) аnаdаn оlub. C.Bаyronun şeirlərini, C.Pаtrikin “Missis Səvinc”, B.Brехtin “Kurаj аnа və оnun uşаqlаrı” pyеslərini Azərbaycan dilinə çеvirib.

 

12 sentyabr 2001 - Yazıçı, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov (3.3.1912, Lahıc - 12.9.2001) vəfat edib. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı tarixi-publisistik əsəri böyük populyarlıq qazanıb.

 

12 sentyabr 2008 - Bakıda dahi özbək şairi Əlişir Nəvainin abidəsinin açılışı keçirilib. Mərasimdə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və İslam Kərimov iştirak ediblər.

 

Dünya

 

12 sentyabr 1921 – Məşhur polyak satirik yazıçısı Stanislav Lem (Stanislaw Lem, 1921-2006) anadan olub. Əsərləri: “Solyaris”, “Səmanın səsi”, “Yerdə sülh”, “Aldebarandan müdaxilə” və s.

 

12 sentyabr 1933 - Rus aktrisası, SSRİ Xalq artisti Tatyana Doronina anadan olub. Filmləri: “Plyuşixada üç qovaq”, “Ögey ana”, “Valentin və Valentina”.

 

12 sentyabr 1944 - Məşhur rus skripkaçısı, «Moskva virtuozları» ansamblının rəhbəri Vladimir Spivakov anadan olub.

 

12 sentyabr 1967 - İngilis kinoaktyoru Ceyson Stetxem (Jason Michael Statham) anadan olub.  Filmləri: “Ölüm yarışı”, «Müharibə», “Yükdaşıyan”, “Adrenalin”, “Kartlar, pullar, iki lülə”, “Revolver” və s. 

 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

baxılıb: 1089 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR