“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
15 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

XƏBƏRLƏR

26-07-2017 [ 13:12 ]

Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında elektron toplu hazırlanır

A+ | A-

"Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə rus dilində Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin nəticələrindən bəhs elektron toplunun hazırlanmasına başlayıb.

Layihə üzrə yaradılacaq “Война без правил” (“Qaydasız müharibə”) adlı elektron resurs Ermənistanın ölkəmizə qarşı 25 ildir davam edən hərbi təcavüzünün tam mənzərəsini (etnik təmizləmə, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma, təbii sərvətlərin istismarı, tarixi abidələrə qarşı vandalizm, yer adlarının dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan) əhatə edəcək.

Tarix boyu bütün müharibələr qırğınlar, dağıntılar, talanlarla yadda qalıb. Amma onların hamısı amansız olmayıb, bəzi savaşlarda qadın, uşaq və qocalara rəhm edilib, dini inanc yerləri, məzarlıqlar, tarixi-mədəni abidələr dağıdılmayıb. XIX əsrin sonlarında bununla bağlı beynəlxalq konvensiyalar qəbul olunub və müharibələrin, belə demək mümkünsə, ümumi qaydaları müəyyənləşib.

Ermənistanın Azərbaycana qarşı başladığı müharibə ilk günlərdən qəddar, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmə, soyqırımı, vandalizm aktları ilə müşayiət olunub. Bu barədə bir çox sübutlar, faktlar var. Amma bizim bildiyimiz həqiqətləri dünyaya da daha geniş şəkildə yaymaq lazımdır. “Война без правил” elektron toplusu bu məqsədə xidmət edir və Ermənistanın işğalçılıq əməllərinin rusdilli internet məkanında yayılmasına zəmin olacaq. Elektron toplu Effektiv Təşəbbüslər Mərkəzinin www.azerbaycanli.org saytında yerləşdiriləcək.

Dörd ay müddətində (iyul-oktyabr 2017) icra olunacaq layihə ictimai birliyin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” internet platformasının növbəti mərhələsidir. İndiyədək bu platformada Azərbaycan və rus dillərində “Qarabağ tarixi”, “Qarabağ ədəbiyyatı” və s. elektron resurslar yaradılıb.

Layihə ilə aşağıdakı linkdə tanış olmaq olar:

http://www.azerbaycanli.org/?page=421&newsId=2767&lang=rus

 

baxılıb: 2105 dəfə

FOTO

Siz bu yazıya rəy bildirə bilərsiniz.

"rəy bildir" düyməsini tıklamadan öncə
şəkildəki işarələri daxil edin

DİGƏR XƏBƏRLƏR