“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
21 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

XƏBƏRLƏR

16-10-2017 [ 17:49 ]

Prezidentlərin Cenevrə görüşü konstruktiv mühitdə keçib

A+ | A-

ATƏT-in Minsk qrupunun həmsədrləri çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər

⇔ ⇔ ⇔ 

Oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransadan olan həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

Sonra prezidentlərin təkbətək görüşü olub.

 * * *

Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat veriblər

 

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat veriblər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Cenevrədə zirvə görüşü keçiriblər. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iştirak ediblər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də qatılıb.

Görüş konstruktiv mühitdə keçib. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər.

* * *

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri bundan öncə 2016-cı il iyunun 20-də Sankt-Peterburq şəhərində Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə görüşmüşdülər.

 

baxılıb: 2116 dəfə

FOTO

Siz bu yazıya rəy bildirə bilərsiniz.

"rəy bildir" düyməsini tıklamadan öncə
şəkildəki işarələri daxil edin

DİGƏR XƏBƏRLƏR