“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
22 Noyabr 2019
[ 22:12 ] Yeni Baş nazir və hökumət üzvləri təyin edildi ... ...
az | ru | en

Azərbaycanı dünyaya tanıdan rəhbər

Heydər Əliyevin xarici səfərlərinin xronikası (1993-2003)

A+ | A-

Oxuculara təqdim etdiyimiz bu qısa xronikada Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti postunda 1993-2003-cü illərdə xarici ölkələrə səfərlərini, sadəcə, sadalamaqla kifayətləndik...

1993

19 - 22 dekabr - Fransa Respublikasına səfər. Bu səfər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi xarici ölkəyə ilk rəsmi səfəri idi.

23 - 24 dekabr - MDB üzvü olan ölkələrin dövlət başçılarının görüşündə iştirak etmək üçün Aşqabadda olmuşdur. 

 

1994

8 - 11 fevral - Türkiyə Respublikasına rəsmi səfər.

22 - 25 fevral - Böyük Britaniyada rəsmi səfərdə olmuş və “ Əsrin müqaviləsi” ilə bağlı danışıqlar aparmışdır.

6 - 11 mart - Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur.

14 - 15 aprel - Moskvada MDB dövlət başçılarının zirvə toplantısında iştirak etmişdir.

3 – 5 may - Belçikada NATO-nun “ Sülh naminə tərəfdaşlıq “ proqramına qoşulmaq haqqında müqavilə imzalamışdır.

9 iyun - İstanbulda ABŞ-ın dövlət katibi U.Kristoferlə görüşmüşdür.

29 iyun – 2 iyul - İran İslam Respublikasında rəsmi səfərdə olmuşdur.

9 – 12 iyul - Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmuşdur.

4 – 6 sentyabr - BMT-nin təşkil etdiyi “Dünya əhalisi və inkişaf “ mövzusunda beynəlxalq konfransda iştirak etmək üçun Misir Ərəb Respublikasında olmuşdur.

8 – 9 sentyabr - MDB-yə üzv ölkələrin dövlət və hökumət başçılarının Moskva görüşlərində iştirak etmişdir.

25 – 30 sentyabr - BMT-nin Baş Məclisinin 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdə olmuşdur.

18 – 19 oktyabr - Türkdilli dövlət başçılarının II zirvə toplantısında iştirak etmək üçün İstanbulda olmuşdur.

21 – 22 oktyabr - Moskvada MDB dövlət başçılarının görüşündə iştirak etmişdir.

1 – 2 noyabr - Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə Türkiyədə keçirilən tədbirlərdə iştirak etmişdir.

17 – 18 noyabr - Moskvada işgüzar səfərdə olmuşdur.

4 – 7 dekabr - ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının toplantısında iştirak etmək üçün Budapeştdə olmuşdur.

12 – 16 dekabr - Mərakeşin Kasablanka şəhərində keçirilən İKT-nin dövlət başçılarının VII sammitində iştirak etmişdir.

 

1995

27 – 31 yanvar - İsveçrədə keçirilən Davos Ümumdünya İqtisadi Forumunun işində iştirak etmişdir.

9 – 10 fevral - MDB ölkələri dövlət başçılarının növbəti toplantısında iştirak etmək üçün Almatada olmuşdur.

10 – 12 mart - Kopenhagendə BMT-nin sosial inkişaf məsələlərinə həsr olunmuş beynəlxalq forumunda iştirak etmişdir.

17 – 18 aprel - Avropa Birliyinin rəhbərliyi ilə göruşmək üçün Brüsseldə səfərdə olmuşdur.

6 – 7 may - Londonda faşizm üzərində qələbənin 50 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak emişdir.

8 – 9 may - Parisdə faşizm üzərində qələbənin 50 illik yubileyinə həsr edilmiş tədbirlərdə iştirak etmişdir.

9 – 10 may - Moskvada Böyük Vətən müharibəsində qələbənin 50 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmişdir.

29 – 30 iyun - Bolqarıstan Respublikasına işgüzar səfər.

30 iyun - Rumıniyada keçirilən Qara dəniz hövzəsi ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmişdir.

8 – 9 avqust - Qazax mütəfəkkiri Abayın 150 illik yubileyində iştirak etmək üçün Almatada olmuşdur.

27 – 29 avqust - Bişkekdə “ Manas “ dastanının 1000 illik yubiley tədbirlərində və Türkdilli dövlət başçılarının toplantısında iştirak etmişdir.

20 – 26 oktyabr - BMT-nin 50 illiyi ilə əlaqədar ABŞ- da səfərdə olmuşdur.

28 noyabr – 5 dekabr - Böyük Britaniyaya və Fransaya işgüzar səfər.

 

1996

10 – 11 yanvar - Parisdə işgüzar səfərdə olmuşdur.

17 – 19 yanvar - MDB ölkələri Dövlət Başçıları Şurasının iclasında iştirak

etmək üçün Moskvada olmuşdur.

8 – 10 mart - Gürcüstana rəsmi səfəri.

9 – 11 aprel - Pakistana işgüzar səfəri.

22 aprel – 3 may - Belçika, Lüksemburq və Norveçə səfər etmişdir.

24 – 27 aprel - Norveçə rəsmi səfəri.

17 – 20 may - MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.

1 – 4 iyul - Almaniyaya işgüzar səfər.

7 – 11 avqust - Moskvada rəsmi səfərdə olmuşdur.

21 oktyabr - Daşkənddə Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmişdir.

24 – 25 oktyabr - Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkə rəhbərlərinin Moskva görüşündə iştirak etmişdir.

2 – 3 dekabr - ATƏT-ə üzv ölkələrin yüksək səviyyəli Lissabon sammitində iştirak etmişdir.

 

1997

13 – 15 yanvar - Fransaya rəsmi səfəri.

24 – 25 mart - MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Ukraynada olmuşdur.

4 – 8 may - Türkiyə Respublikasına işgüzar səfəri.

13 – 14 may - İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv olan ölkələrin dövlət başçılarının Aşqabad zirvə toplantısında iştirak etmişdir.

10 – 11 iyun - Qazaxıstana səfəri.

18 – 19 iyun - Özbəkistana səfəri.

2 – 4 iyul - Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

27 iyul – 6 avqust - ABŞ-da işgüzar səfərdə olmuşdur.

26 – 28 avqust - Polşa Respublikasına rəsmi səfəri.

25 – 28 sentyabr - İtaliyaya işgüzar səfər etmişdir.

9 – 10 oktyabr - AŞ PA-nın sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olmuşdur.

22 – 23 oktyabr - Kişinyovda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir.

8 – 11 dekabr - İslam Konfransı Təşkilatına üzv ölkələrin dövlət başçılarının VII zirvə görüşündə iştirak etmək üçün Tehranda olmuşdur.

 

1998

13 – 14 fevral - Türkiyə Respublikasına rəsmi səfəri.

23 – 28 fevral - Yaponiyaya işgüzar səfəri.

3 – 6 mart - Ukrayna Respublikasına rəsmi səfəri.

28 – 29 aprel - Moskvada MDB-yə üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmişdir.

9 – 10 iyun - Qazaxıstanın yeni paytaxtı Astanada Türkdilli dövlətlərin V zirvə görüşündə iştirak etmişdir.

19 -24 iyul - Böyük Britaniyada səfərdə olmuşdur.

9 – 10 avqust - Ukrayna Prezidenti L.Kuçmanın 60 illik yubileyi münasibətilə bu ölkədə səfərdə olmuşdur.

31 oktyabr - Turkiyə Cümhuriyyətinin 75 illik yubiley tədbirlərində iştirak etmişdir.

 

1999

16 – 29 yanvar - Türkiyədə səfərdə olmuşdur.

2 – 3 aprel - MDB ölkələri dövlət başçılarının Moskva zirvə görüşü.

17 aprel - Gürcüstan Respublikasına səfəri.

22 aprel – 18 may - NATO-nun 50 illik yubiley tədbirlərində iştirak etmək üçün ABŞ-a səfər etmişdir.

20 may – 9 iyun - Türkiyədə səfərdə olmuşdur.

15 – 17 iyul - İsveçrəyə işgüzar səfəri.

31 oktyabr - 2 noyabr - Türkiyədə qısamüddətli səfərdə olmuş və ona Atatürk Sülh Mükafatı (01.11.1999) təqdim edilmişdir.

17 – 20 noyabr - ATƏT-in İstanbul zirvə görüşündə iştirak etmişdir.

27 noyabr - Türkiyədə qısamüddətli səfərdə olmuşdur.

30 noyabr - Ukrayna Prezidentinin andiçmə mərasimində iştirak etmişdir.

 

2000

10 yanvar - Türkiyədə qısamüddətli səfərdə olmuşdur.

23 -25 yanvar - MDB ölkələri dövlət başçılarının Moskva zirvə görüşü.

27 – 30 yanvar - Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün Davosda səfərdə olmuşdur.

12 – 28 fevral - ABŞ-a işgüzar səfəri .

22 - 23 mart - Gürcüstana rəsmi səfəri.

9 – 10 iyun - İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) VI zirvə görüşündə iştirak etmək üçün İranda səfərdə olmuşdur.

20 – 22 iyun - MDB ölkələri dövlət başçılarının Moskva zirvə görüşü.

3 – 6 iyul - Avstriyada rəsmi səfərdə olmuşdur.

18 – 19 avqust - Yaltada MDB ölkələri dövlət başçılarının qeyri- rəsmi görüşündə iştirak etmişdir.

4 – 29 sentyabr - BMT-nin “ Minilliyin sammiti”ndə iştirak etmək üçün ABŞ-da işgüzar səfərdə olmuşdur.

1 dekabr - MDB ölkələri dövlət başçılarının Minsk zirvə görüşündə iştirak etmişdir.

 

2001

23 – 24 yanvar - Fransada rəsmi səfərdə olmuş və Azərbaycanın Avropa Şurasına qəbulu zamanı Parlament Assambleyasının sessiyasında iştirak etmişdir.

3 – 6 mart - Parisdə Ermənistan prezidenti ilə görüşmüşdür.

1 – 13 aprel - ABŞ-a işgüzar səfəri olmuş və Ki Vest şəhərində Ermənistan prezidenti ilə görüşmüşdür.

25 – 27 aprel - Türkiyədə rəsmi səfərdə olmuşdur.

31 may – 1 iyun - Minskdə MDB ölkələri dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü.

6 – 7 iyun - GUÖAM təşkilatına üzv ölkələrin dövlət başçılarının Yalta görüşündə iştirak etmişdir.

2 – 3 avqust - MDB ölkələri dövlət başçılarının qeyri-rəsmi Soçi görüşü.

29 noyabr – 1 dekabr - Moskvada MDB-yə üzv ölkələrin dövlət başçılarının zirvə görüşü.

 

2002

24 – 26 yanvar - Rusiyada dövlət səfərində olmuşdur.

30 yanvar – 2 fevral - Nyu-Yorkda Dünya İqtisadi Forumunun rəsmi ofisinin açılış mərasimində iştirak etmişdir.

29 – 30 aprel - Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin Trabzon zirvə görüşü.

18 – 20 may - İran İslam Respublikasına səfəri.

8 – 9 iyun - Rusiya Federasiyasına işgüzar səfəri.

24 – 28 iyun - Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 10 illik yubileyində və GUÖAM üzvü olan ölkə başçılarının toplantısında iştirak etmək üçün Türkiyədə olmuşdur.

24 – 27 sentyabr - Rusiya Federasiyasına səfər etmişdir.

6 – 7 oktyabr - Kişinyovda MDB ölkələri dövlət başçılarının zirvə görüşündə iştirak etmişdir.

21 – 22 noyabr - NATO Tərəfdaşlıq Şurasının zirvə görüşündə iştirak etmək üçün Praqada səfərdə olmuşdur.

 

2003

28 – 29 yanvar - MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Kişinyovda səfərdə olmuşdur.

23 fevral – 14 mart - ABŞ-da işgüzar səfərdə olmuşdur.

 

Topladı: Vüqar Orxan

Mənbə: “Bizim Əsr” qəzeti, 15 dekabr 2003-cü  il, N259, səh.3.

 

baxılıb: 4216 dəfə

FOTO

Siz bu yazıya rəy bildirə bilərsiniz.

"rəy bildir" düyməsini tıklamadan öncə
şəkildəki işarələri daxil edin

DİGƏR XƏBƏRLƏR