www.azerbaijanli.org
“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
12 Dekabr 2019
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ

Təşkilat haqqında

A+ | A-

"Effektiv Təşəbbüslər Mərkəzi” (ETM) demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi 2005-ci ildə bir qrup tarixçi, hüquqşünas, iqtisadçı, politoloq və jurnalistlin birgə təşəbbüsü ilə yaranmış qeyri-hökumət təşkilatıdır. 

İctimai Birlik 2005-ci il aprelin 25-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 

⇔ ⇔ ⇔ 

 

Təşkilatın təsisçiləri:

Rövşən Rzayev (millət vəkili);

Xanlar Məmmədov (jurnalist);

Vüqar Əliyev (jurnalist).

ETM-in icraçı direktoru jurnalist, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədovdur.

Təşkilat ölkəmizdə mütərəqqi dünya dəyərlərinin, demokratiya ideyaları və səffaflıq prinsiplərinin öyrənilməsi və təbliğinə, Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının milli-mənəvi zənginliyinin, azərbaycançılıq ideyasının yayıımasına, Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesinə töhfə vürmək məqsədilə yaradılıb.

Təşkilatın fəaliyyət dairəsinə qeyd olunan istiqamətlər üzrə təşəbbüs və təkilflərin irəli sürülməsi, cəmiyyətdə aktuallıq kəsb edən mövzularda mətbuatda (Azərbaycan və rus dillərində) analitik, maarifləndirici yazıların dərc etdirilməsi, sorğuların keçirilməsi, konfrans və müzakirələrin təşkili, xaricdəki azərbaycanlı diaspor təşkilatları, QHT-lərlə əlaqələr və s. daxildir.

Təşkilat Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin, tarixi saxtakarlıq kampaniyasının ifşası, Azərbaycan xalqının tolerant, mədəniyyətlərarası dialoq tərəfdarı olduğunun dünyaya çatdırılmasında fəal iştirak edir. Bu məqsədlə 2006-2008-ci illərdə Göygöl şəhərində (keçmiş alman yaşayış məskəni olan Helenendorf) Almaniyadan dəvət olunmuş alimlərin iştirakı ilə beynəlxalq konfranslar keçirilmişdir.

ETM-in analitik qrupu Azərbaycanda baş verən aktual ictimai-siyasi hadisələr, regionda və dünyada cərəyan edən geosiyasi proseslərlə bağlı mətbuatda mütəmadi təhlili yazılarla çıxış edir.

2005-2006-cı illərdə «Azərbaycanda parlamentarizm: tarix və bu gün» mövzusunda silsilə məqalələrdən ibarət  geniş araşdırma hazırlanaraq dövrü mətbuatda («525-ci qəzet») dərc olunmuşdur.

Təşkilat 2008-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Azərbaycançılıq – mili eyniyyətdən qlobal dünyaya pəncərə” elektron layihəsini həyata keçirir.

Layihə çərçivəsində “Azərbaycan tarixi günbəgün” kitab-təqvimi hazırlanıb (2008),  www.azerbaycanli.org saytı yaradılıb (2009), elektron toplular hazırlanaraq saytda yerləşdirilib (bax: Layihələr bölməsi). 

Effektiv Təşəbbüslər Mərkəzi Korrupsiyaya qarşı mübarizə aparan qeyri-hökumət təşkilatlarının məlumat və əməkdaşlıq Şəbəkəsinin təsisçilərindən (2006-cı ildən) biridir.

 

“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyinin ünvanı:

Bakı şəhəri, AZ1065.

Tağı Şahbazi küçəsi, 101.

İnternet ünvanı: www.azerbaycanli.org

E-mail: office@azerbaycanli.org

Direktor: Xanlar Məmmədov -  xanlar@azerbaycanli.org

Koordinator: Vüqar Əliyev - vuqar@azerbaycanli.org;

                                                vuqar-orxan@mail.ru

Telefon:  (+994 55) 823 11 45 (Vüqar Əliyev)   

                (+994 55) 340 33 64 (Xanlar Məmmədov)

 

baxılıb: 12253 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR