ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Saytımıza xoş gəldiniz!

►Xəbər

Azerbaycanli.org artıq yeni dizaynda

QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihə çərçivəsində sayt əsaslı şəkildə yenilənib 

Yenilənmiş sayta keçid ►►►

“Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi “Elektron və sosial mediada azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərin təbliği” adlı yeni layihənin icrasına başlayıb. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə “Azərbaycançılıq – bizi birləşdirən dəyər” adlı elektron toplunun yaradılmasını nəzərdə tutur.

Mart-iyun aylarını əhatə edən layihə çərçivəsində həmçinin azerbaycanli.org analitik-informasiya portalının dizaynı əsaslı şəkildə yenilənir, funksional imkanları genişləndirilir. Azerbaycanli.org-un yeni variantı aprelin 16-dan oxucuların ixtiyarına verilib... >>>

►Bizim təqvim

Tarixdə bu gün: 15 aprel

Bakıda Qafqaz müsəlmanlarının qurultayı işə başlayıb (1917)

“Bizim təqvim” elektron xronoqrafında Azərbaycan tarixinə dair yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" adlı kitab-təqvim hazırlayaraq nəşr edib. Təqdim olunan xronoqrafda kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Bizim təqvim” xronoqrafında 15 aprel hansı fakt və olaylarla yadda qalıb? >>>

 

 

►Qarabağ

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir 

AŞPA sessiyasında çıxış edən deputat Rövşən Rzayev beynəlxalq hüquqda ikili standartların yolverilməz olduğunu bildirib 

Aprelin 7-dən 11-dək Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvləri ayrı-ayrı mövzularla bağlı ölkəmizin mövqeyini ifadə ediblər. Deputatlarımız Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün fəsadlarını bir daha avropalı həmkarlarının diqqətinə çatdırıblar.

Nümayəndə heyətinin üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn tətbiqi məsələsinə toxunub.

Deputat diqqətə çatdırıb ki, BMT-nin 1970-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən, Ermənistan tərəfinin tez-tez müraciət etdiyi xalqların öz müqəddəratını təyinetmə prinsipi başqa əraziləri zəbt edən, zorakılıq əməllərinə əl atan, etnik təmizləmə və kütləvi qətllər törədən işğalçılara şamil edilmir... >>>

Aprelin 4-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəmizə işgüzar səfər edib.

Bu, 30 mart bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının qələbəsindən sonra Türkiyə Baş nazirinin ilk xarici səfəridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə görüşü olmuşdur.

Görüşdən sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur. Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə mətbuata bəyanatlarla çıxış etmişlər... >>>

►Yaddaş

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir”

Litva qəzetində millət vəkili Rövşən Rzayevin Xocalı faciəsi haqqında müsahibəsi dərc olunub  

Litvanın ən nüfuzlu nəşrlərindən biri sayılan “Lietuvos zinios” qəzetinin 25 fevral nömrəsində Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü Rövşən Rzayevin “Naməlum Xocalı faciəsi” sərlövhəli müsahibəsi dərc olunmuşdur (http://lzinios.lt/lzinios/Pasaulis/chodzali-nezinoma-tragedija/174403).

Deputat Rövşən Rzayev Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş müsahibədə demişdir ki, Dağlıq Qarabağda yerləşən Xocalı şəhərində bəşəriyyət əleyhinə dəhşətli cinayət törədilmişdir və bu cinayətə nəinki beynəlxalq hüquqi qiymət verilməmişdir, üstəlik, bütövlükdə dünyanın bu faciə barədə məlumatı azdır.

Rövşən Rzayev bildirmişdir ki, “Xocalı” sözü hər bir azərbaycanlı üçün Dağlıq Qarabağda dinc azərbaycanlı əhalinin soyqırımı deməkdir. "Bu, bizi indiyədək göynədən faciədir. ... >>>

Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində İsrailin müxtəlif guşələrindən olan insanlar bir il əvvəl açılmış “Xocalıya ədalət” fotosərgisinin bağlanış mərasimində iştirak etmək və 1992-ci il fevralın 25-dən 26-na keçən o məşum gecədə əvəzedilməz itkilər vermiş Azərbaycan xalqı ilə həmrəy olduqlarını bir daha nümayiş etdirmək üçün “Şimon Peres Dünya Mərkəzi”nə gəlmişlər. 

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasın (“Azİz”) Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil etdiyi “Xocalıya ədalət” sərgisi ötən il İsrailin 10 şəhərini dolaşmışdır. Sərgi ilə minlərlə israilli tanış olmuşdur.

Sərginin bağlanış mərasimində daxili işlər nazirinin müavini Faina Kirşenbaum, Knessetin deputatları Yoel Razvozov, Rina Frenkel, Fuad Ben-Eliezer,Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fuad Muradov iştirak etmişlər... >>> 

►Gündəm

Xocalı həqiqətləri dünyanın gözündə

Almaniyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Fevralın 21-də Almaniyanın nüfuzlu Köln Universitetində Alman Azərbaycan Mədəniyyət Evi, “Soyqırımı Həqiqətlərini Tanıtma” İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş “XXI əsrdə Azərbaycan geostrateji baxımdan” mövzusunda konfrans keçirilmişdir.

Tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Rövşən Rzayev, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, diaspor təmsilçilərimiz, jurnalistlər iştirak etmişlər.

Millət vəkili Rövşən Rzayev Xocalı faciəsindən əvvəl ermənilərin Qaradağlı kəndində də soyqırımı törətdiklərini xatırladaq tarixi həqiqətlərin dünyaya çatdırılmasında Azərbaycan cəmiyyətinin, xaricdə yaşayan soydaşlarımızın daha səfərbər fəaliyyət göstərməsinin vacibliyini vurğulamışdır... >>>

►Aktual

“Ermənistan mövcud vəziyyətin ağırlığını dərk etməlidir”

“İcmalararası dialoq qarşılıqlı anlaşma üçün psixoloji iqlim yaratmağa kömək edə bilər” 

Avropa Şurası Parlament Assosiasiyasının (AŞPA) qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar Ermənistanın ölkəmizə qarşı təcavüzünü bir daha avropalı həmkarlarının diqqətinə çatdırıblar. Deputat Rövşən Rzayev AŞPA rəhbərliyini Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına diqqət ayırmağa çağırıb. 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavini, Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü Rövşən Rzayevlə müsahibəmiz bu mövzudadır.

- Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq məsələsi AŞPA-nın əvvəlki sessiyalarında da qaldırılıb. Sizcə, bu dialoq münaqişənin nizamlanması prosesinə hansı töhfəni verə bilər?

- Artıq bir neçə ildir ki, icmalararası dialoq barədə məsələ müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. Biz hesab edirik ki, icmaların dialoqu danışıqlar prosesinə müsbət impuls verə bilər. Azərbaycanlılar və ermənilər uzun illər Dağlıq Qarabağda yanaşı yaşayıblar... >>> 

►Aktual

“Şahdəniz-2” yola çıxdı

Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrə nəql ediləcək

“Bu sazişlər əməkdaşlığımızın 40 il və dahı uzun müddət davam edəcəyinə imkan verəcək”

Dekabrın 17-də Bakıda, Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimi olmuşdur. Prezident İlham Əliyev, bir sıra ölkələrin dövlət və hökumət başçıları mərasimdə iştirak etmişlər.

“Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur.

3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır... >>>

►Analitika

Dövlət quruculuğunda azərbaycançılıq ideologiyasının rolu

 Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir  

Rövşən Rzayev
Azərbaycan Respublikası Milli Məclisinin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini

2013-cü ilin 9 oktyabr prezident seçkilərinin nəticələri Azərbaycan cəmiyyətinin düzgün siyasi kursla inkişaf etdiyini bir daha təsdiq etdi. Azərbaycan xalqı dövlətlə cəmiyyətin konstitusion dəyərlərini, ölkədə aparılan siyasi kursu qorumaq məqsədilə öz seçimini etdi. Bununla Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik xətti və onun ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsi cəmiyyətdə daha da möhkəmləndi.

Azərbaycançılıq ideologiyasının mahiyyəti nədən ibarətdir, hansı dəyərləri əhatə edir, hansı milli, mənəvi ənənələrə köklənir, hansı istiqamətdə inkişaf edir?... >>> 

►Xəbər

Azərbaycan deputatları "Baltik forumu"nda iştirak ediblər

Oktyabrın 24-də Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupunun sədri Rövşən Rzayevin rəhbərliyi ilə Milli Məclisinin nümayəndə heyəti beynəlxalq "Baltik forumu" konfransında iştirak etmək məqsədilə Latviyaya səfərə gedib. 

Səfər çərçivəsində azərbaycanlı millət vəkillərinin Latviya Seymində Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşü  olmuşdur.

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, Latviya-Azərbaycan parlamentlərarası qrupun rəhbəri Yanis Reyers, Azərbaycan Milli Məclisinin deputatları Rövşən Rzayev, Fuad Muradov və Çingiz Əsədullayev, habelə Latviyanın beş siyasi fraksiyasının üzvləri görüşdə iştirak etmişlər.... >>>

►Tarix

Erməni redaktor Xocalı hadisəsini insanlıq faciəsi adlandırdı

Rober Koptaş erməniləri Xocalı soyqırımına görə məsuliyyəti etiraf etməyə çağırıb

Türkiyədə nəşr olunan "Aqos" erməni qəzetinin redaktoru Rober Koptaş erməniləri Xocalı faciəsinə görə, məsuliyyəti öz üzərlərinə götürməyə çağırıb. "Aqos" qəzeti İstanbulda erməni və türk dilində nəşr edilir.

Qəzetin 28 fevral 2013-cü il tarixli sayında dərc olunan "Xocalı məsuliyyəti" adlı məqaləsində redaktor 1992-ci ildə Xocalıda baş verən hadisəni soyqırımı və insanlıq faciəsi adlandırıb.

“Bundan 21 il öncə Xocalıda yaşanan böyük bir qətliam və bir insanlıq faciəsi idi. Biz türkiyəli ermənilər o gecə orada nə olub-bitdiyini son vaxtlaradək bilməzdik. Hələ də bilməyənlərimiz və ya bilmək istəməyənlərimiz çoxdur”... >>>

►Aktual

“Danışıqlar prosesi durğunluq mərhələsinə qədəm qoymuşdur”

“Status-kvo vəziyyəti bizim üçün nə qədər ağır olsa da, Ermənistan üçün eyni dərəcədə təhlükəlidir”

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibə vermişdir

"Bunun nə qədər davam edəcəyini zaman göstərər. Mən hər hansı proqnozlar verməyə çətinlik çəkirəm. Lakin hesab edirəm ki, bu status-kvo vəziyyəti bizim üçün nə qədər ağır olsa da, Ermənistan üçün eyni dərəcədə təhlükəlidir.

Ona görə ki, əgər onlar regionda qüvvələrin tarazlığı və ümumiyyətlə, regionda vəziyyət baxımından heç olmasa, ortamüddətli perspektivi, məsələn, Azərbaycanın güclənməsi perspektivini götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən sonra onların vəziyyəti indikindən daha ağır olacaqdır.

Azərbaycanla düşmənçilik etmək və bizim torpaqlarımızı işğal altında saxlamaq onlar üçün çətin və müəyyən dərəcədə təhlükəli olacaqdır. Əgər onlar hazırda Dağlıq Qarabağda yaşayan adamların bundan sonra da təhlükəsiz şəraitdə yaşamasını istəyirlərsə, işğalçı qüvvələrin bizim ərazidən çıxarılması prosesini başlamalıdırlar"... >>> 

►Tərəfdaşlıq

İtaliyanın Qafqaz siyasətində Azərbaycan xüsusi yer tutur

Milli Məclisin deputatları Romada səmərəli görüşlər keçiriblər

Azərbaycanın beynəlxalq müstəvidə nüfuz dairəsinin genişlənməsi, ölkəmizin artan iqtisadi imkanları ikitərəfli münasibətlərə də müsbət təsirini göstərir. Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan respublikamızın xarici tərəfdaşları sırasında “köhnə qitə”nin aparıcı dövlətlərindən biri kimi İtaliyanın xüsusi yeri var.

İtaliya ölkəmizin Avropada əsas ticari-iqtisadi partnyoru, ölkəmizdən ən böyük neft idxalatçısıdır. Eyni zamanda, siyasi müstəvidə ölkəmizlə sıx əməkdaşlıq edir, Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Son illər iki ölkənin parlamentlər səviyyəsində münasibətləri də inkişaf edir. Bu işdə Milli Məclisin İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun fəallığı xüsusi qeyd olunmalıdır... >>>

►Aktual

Tarix və mədəni irsimiz vətəndaş cəmiyyəti müstəvisində

Azərbaycanın tarixi həqiqətlərinin, mədəniyyətinin dünyaya layiqincə təqdim olunmasında QHT-lərin üzərinə böyük məsuliyyət düşür

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ötən dövrdə ölkə həyatının bir çox sahələrində əldə olunan nəticələrə, inkişafa, eləcə də mövcud problemlərə və onların həlli yollarına nəzər salmaq üçün əlamətdar fürsətdir. Bu baxımdan müstəqillik dövründə vətəndaş cəmiyyəti təsisatlarının yaranması, fəaliyyəti, ölkəmizin ictimai-siyasi, mədəni həyatında qeyri-hökumət təşkilatlarının rolu ayrıca diqqət yetiriləsi mövzulardandır.

Bir məqamı öncəliklə qeyd etmək gərəkdir ki, dövlət müstəqilliyinin həyatımıza gətirdiyi demokratik nailiyyətlərdən biri məhz vətəndaş cəmiyyəti institutlarıdır. Açıq cəmiyyəti, fikir plüralizmini, fundamental demokratik dəyərləri ümumi dövlətçilik fəlsəfəsi kimi qəbul etmiş bütün ölkələrdə “üçüncü sektor” – qeyri-hökumət təşkilatları – ictimai-siyasi münasibətlərin tarazlaşdırılmasında, vətəndaş dialoqunun təmin olunmasında mühüm rol oynayır.

Bu nöqteyi-nəzərdən 20 illik müstəqillik tarixi olan Azərbaycan üçün demokratiya yolunda atılan addımlar, o cümlədən demokratik təcrübənin mühüm elementi olan vətəndaş cəmiyyətinin inkişafı olduqca böyük önəm kəsb edir. >>>

►Qərbi Azərbaycan

İtirdiyimiz tarixi yurdlar: Zəngəzur

Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlığının tərkibində olub. 

Zəngəzur mahalı Çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olub. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycanlı (türk) kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi.

Zəngəzur mahalının tarixi ərazisi qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları ilə əhatələnmiş geniş bölgə olub. Zəngəzur mahalı bir neçə bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın. 

1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub. Həmin dövrdə Zəngəzur qəzası Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi... >>>

►Qarabağ

Sülh prosesi: sonu görünməyən sürəc

1994-cü ildən bu yana Azərbaycan və Ermənistan rəhbərləri arasında 50-dən çox gorüş keçirilib

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır.

ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfrans çağırılması qərara alındı.

Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 (14 oktyabr 1993-cü il) və 884 (11 noyabr 1993-cü il) saylı qətnamələrinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənədləri və qərarlarına əsaslanır. >>>

►Azərbaycan dünyada

Xarici siyasət: təsir edən amillər və prioritetlər

Azərbaycan Respublikasının xarici siyasət prioritetləri aşağıdakılardır:

Azərbaycanın ərazi bütövlüyünün bərpası – Dağlıq Qarabağ münaqişəsinin nizamlanması xarici siyasətin bir nömrəli prioriteti hesab olunur.

Beynəlxalq sülh və sabitliyin təşviqi – Azərbaycan beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı fəal beynəlxalq əməkdaşlığa cəlb olunub.

Səmərəli çoxtərəfli beynəlxalq münasibətlər sisteminin təşviqi – Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində BMT-nin rolunun vacibliyini qəbul edir.

Qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişafı – Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurub.

Avropa və Avratlantik strukturlara inteqrasiya – Azərbaycan Avropa və Avratlantik birliyin dəyərlərini bölüşür, Avropada təhlükəsizlik və sabitliyə töhfə verir.

Davamlı inkişaf və Avropanın enerji-nəqliyyat dəhlizinin genişləndirilməsi - Azərbaycanın enerji istehsalçısı və vacib tranzit ölkəsi kimi regionda və beynəlxalq arenada imkanları getdikcə artır. >>> 

 

►Tolerantlıq

Azərbaycanda alman məskəni: Helenendorf-Göygöl

Göygöl (keçmiş Helenendorf) şəhərində keçirilən yubiley tədbirində Almaniyadan böyük nümayəndə heyəti iştirak edib

Azərbaycanda alman icmasının ilk yaşayış məskəni olmuş Helenendorf – indiki Göygöl – şəhərinin 190 illiyi münasibətilə bayram tədbiri -   “Şəhər günü” keçirilmişdir. 1819-cu ildə Vürttemberq Krallığından Azərbaycana gəlmiş alman icması Gəncə yaxınlığında ilk koloniyanın – Helenendorf qəsəbəsinin əsasını qoymuşdur. 

Helenendorf 1916-cı ildə Heleneno (Yeleneno), 1938-ci ildə isə Xanlar adlandırılıb və eyniadlı rayonun mərkəzi olub. 2008-ci ildə Milli Məclisin qərarı ilə şəhərə Göygöl adı verilib.

Göygöl (Helenendorf) şəhərinin yaranmasının ildönümü ilə bağlı “Şəhər günü” tədbirləri 2005-ci ildən bu bölgədən millət vəkili, Effektiv Təşəbbüslər Mərkəzinin həmtəsisçisi Rövşən Rzayevin təşəbbüsü ilə qeyd olunur>>> 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009