Əlaqə
(99412) 497 74 31
(99412) 497 74 32










.gif)

.jpg)



|
 |
|
 |
|
Saytımıza xoş gəldiniz!
|
►Bizim təqvim
Tarixdə bu gün: 18 may
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün” bölməsi elektron xronoqraf formatında tərtib olunub. Bölmədə Azərbaycan tarixinə dair yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 18 may hansı fakt və olaylarla yadda qalıb? >>>
|
|
►Tarix
Qarabağda nə hərb, nə sülh - atəşkəsdən 18 il ötdü
Təəssüf ki, bu illərdə "müvəqqəti" atəşkəsi davamlı sülhə çevirmək mümkün olmayıb
1994-cü il mayın 12-də Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəsində atəşkəsin elan olunub. Qarabağ konflikti tarixinə "Bişkek protokolu" adı ilə düşmüş atəşkəs sənədi 1994-cü ilin 12 mayında qüvvəyə minib. Bu, indiyədək bənzər münaqişələr tarixində mövcud olmuş ən uzunmüddətli atəşkəs razılaşmasıdır.
Hərçənd bu müddətdə cəbhə xəttində tam olaraq atəşin kəsilməsindən söhbət gedə bilməz. Bu illərdə atəşkəs rejimi nisbi xarakter daşıyıb, son dövrlərdə Ermənistan və Azərbaycan qoşun hissələrinin təmas xətlərində atışma faktlarının artması isə Qarabağ müharibəsinin bitmədiyinin, sadəcə, savaşın dayandığının ən adi və aydın ifadəsidir.
Kütləvi informasiya vasitələrində mütəmadi olaraq cəbhədə atəşkəsin pozulması barədə statistika yer alır. Görəsən, ötən illərin bütün statistikasını hazırlamaq mümkün olsa, ortaya hansı rəqəm çıxar? Bəs atəşkəsin pozulması nəticəsində cəbhə xəttində həlak olan hərbçilərin sayı? Yaxud atəşkəs müddətində cəbhə xəttinə yaxın ərazilərdə minaya düşərək həlak olan insanların sayı? >>>
|
|
►Tarix
8 may Şuşanın işğalı günüdür
Qarabağın tacı, milli mədəniyyətimizin beşiyi 20 ildir düşmən əlindədir
Mayın 8-də Dağlıq Qarabağda ən böyük azərbaycanlı yaşayış məntəqəsinin – Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının 20 ili tamam olur. 1992-ci il mayında ermənilər Şuşanı işğal etməlıə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər. Azərbaycanın bölgədə mühüm strateji mövqeyi əldən verməsi sonrakı itkilərə zəmin yaratdı.
Şuşanın işğalı həmin dövrdə respublikadakı faktiki hakimiyyətsizliyin, ordu hissələrinin siyasi oyunlara cəlb edilməsinin aşkar nəticəsi idi. İşğal nəticəsində rayonun 20 mindən çox əhalisi didərgin düşdü.
Şuşa, sadəcə, coğrafi baxımdan strateji bölgə, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi deyildi. Şuşa Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir. >>>
|
|
►Aktual
Tarix və mədəni irsimiz vətəndaş cəmiyyəti müstəvisində
Azərbaycanın tarixi həqiqətlərinin, mədəniyyətinin dünyaya layiqincə təqdim olunmasında QHT-lərin üzərinə böyük məsuliyyət düşür
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ötən dövrdə ölkə həyatının bir çox sahələrində əldə olunan nəticələrə, inkişafa, eləcə də mövcud problemlərə və onların həlli yollarına nəzər salmaq üçün əlamətdar fürsətdir. Bu baxımdan müstəqillik dövründə vətəndaş cəmiyyəti təsisatlarının yaranması, fəaliyyəti, ölkəmizin ictimai-siyasi, mədəni həyatında qeyri-hökumət təşkilatlarının rolu ayrıca diqqət yetiriləsi mövzulardandır.
Bir məqamı öncəliklə qeyd etmək gərəkdir ki, dövlət müstəqilliyinin həyatımıza gətirdiyi demokratik nailiyyətlərdən biri məhz vətəndaş cəmiyyəti institutlarıdır. Açıq cəmiyyəti, fikir plüralizmini, fundamental demokratik dəyərləri ümumi dövlətçilik fəlsəfəsi kimi qəbul etmiş bütün ölkələrdə “üçüncü sektor” – qeyri-hökumət təşkilatları – ictimai-siyasi münasibətlərin tarazlaşdırılmasında, vətəndaş dialoqunun təmin olunmasında mühüm rol oynayır.
Bu nöqteyi-nəzərdən 20 illik müstəqillik tarixi olan Azərbaycan üçün demokratiya yolunda atılan addımlar, o cümlədən demokratik təcrübənin mühüm elementi olan vətəndaş cəmiyyətinin inkişafı olduqca böyük önəm kəsb edir. >>>
|
|
►Qarabağ
Avropa Birliyinin “paytaxtı”nda Xocalı həqiqətləri səslənib
Dağlıq Qarabağın azərbaycanlı icması Brüsseldə tədbir keçirib
Fevralın 28-də Azərbaycanın Belçika Krallığındakı səfirliyi Dağlıq Qarabağın azərbaycanlı icması ilə birgə Avropa Birliyinin qeyri-rəsmi “paytaxt”ı sayılan Brüsseldə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “dəyirmi masa” təşkil etmişdir.
“Dəyirmi masa”nı açan səfir Emin Eyyubov “Xocalıya ədalət!” kampaniyasının gedişi, bü günə qədər görülmüş işlər və kampaniyanın uğurları barədə məlumat vermiş, Xocalı soyqırımının Avropa və Belçika parlamentlərində tanınması və müvafiq qətnamələrin qəbulu üçün tədbirlər görüldüyünü qeyd etmişdir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması” İctimai Birliyi idarə heyətinin üzvləri – Milli Məclisin deputatı Rövşən Rzayev və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli tədbir iştirakçılarına soyqırımı haqqında geniş məlumat vermişlər. >>>
|
|
►Konflikt
Ermənistan ilk növbədə beş rayonu azad etməlidir
Almaniya Bundestaqı Xocalı qırğını və Qarabağ münaqişəsi barədə sənəd qəbul edib
Almaniya Bundestaqının Petisiya daimi komitəsi Xocalı qətliamı ilə bağlı sənəd qəbul edib. Azərbaycan XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, sənəd Xocalı qətliamının 20 illiyi ərəfəsində Almaniya-Azərbaycan Münasibətlərinin Təşviqi Cəmiyyəti tərəfindən Bundestaqa təqdim edilmiş petisiya əsasında qəbul olunub.
Sənəddə bildirilir ki, “Erməni silahlı qüvvələrinin 26 fevral 1992-ci il tarixində Xocalı şəhərinin mülki əhalisinə qarşı törətdiyi bu qanlı hadisə, 600-dən çox insanın həyatını itirməsi ilə nəticələnən qırğın fakt olaraq tanınmalıdır. Erməni xalqına qarşı soyqırımın baş verdiyini iddia edən Ermənistan Azərbaycan xalqının bu məsələsini anlamalıdır. Davamlı barışığa nail olunması prosesi yalnız tarixi həqiqətlərin əsasında baş verə bilər”.
Petisiyada Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun həll olunması məsələsi də öz əksini tapıb. Sənəddə ilk növbədə Ermənistanın Dağlıq Qarabağ ətrafında yerləşən və əvvəllər azərbaycanlıların yaşadığı 5 rayonun işğalını dayandırması və qaçqınların öz evlərinə qayıtmasına şərait yaratmasının vacibliyi qeyd olunur. >>>
|
|
►Qarabağ
“Xalq diplomatiyası”: növbəti görüş
Azərbaycan və Ermənistan ziyalıları Moskvada bir araya gəldilər
Fevralın 22-də Moskvada Azərbaycan və Ermənistan ziyalılarının görüşü keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyi görüş barədə məlumat yayıb. Məlumatda bildirilir ki, 23 yanvar 2012-ci il tarixində Soçi şəhərində keçirilmiş Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin görüşünün tövsiyələrini nəzərə alaraq, Moskvada humanitar əlaqələrin inkişafı çərçivəsində Azərbaycan və Ermənistan ziyalıların görüşü təşkil edilib.
Fevralın 21-də hər iki dövlətin nümayəndələri və səfirləri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfiri, professor Mixail Şvıdkoyun bədii rəhbərliyi ilə fəaliyyət göstərən “Müzikl teatr”ın açılış tamaşasında iştirak ediblər.
Fevralın 22-də nümayəndə heyətləri Rusiya Federasiyasının İctimai Palatasında görüş keçiriblər. Azərbaycan tərəfindən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Bakı Slavyan Universitetin rektoru Kamal Abdulla, Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri Murad Adıgözəlzadə və Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu iştirak ediblər. >>>
|
|
►Dünya
BMT Təhlükəsizlik Şurasına üzvlük Azərbaycana nə verəcək?
Ölkəmiz qarşıdakı iki ildə Qarabağ məsələsini daha fəal şəkildə dünyanın diqqətinə gətirə bilər
Xəbər verildiyi kimi, oktyabrın 25-də BMT Baş Assambleyasında təşkilatın ali siyasi orqanına - Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlərin seçkisi üzrə səsvermədə böyük uğur qazanaraq tarixində ilk dəfə dünyanın ən mötəbər siyasi formatında təmsil hüqüqu qazanıb. Ölkəmiz Şərqi Avropa qrupundan BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Bu qrupdan (1 yer) Azərbaycanla yanaşı, Sloveniya və Macarıstan da namizədliyini irəli sürmüşdü.
Oktyabrın 21-də - seçkilərin ilk günü Macarıstan ilk turda az sayda səs toplayaraq mübarizəni davam etdirə bilməyib. Növbəti raundlarda Azərbaycan hər dəfə Sloveniyanı üstələsə də, zəruri olan 128 ölkənin dəstəyini qazana bilməmişdi. Bundan sonra Sloveniya da namizədliyini geri götürməli olub və Azərbaycan son səsvermədə BMT üzvü olan 192 ölkədən 155-nin səsini toplayaraq iki illiyinə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. >>>
|
|
►Qərbi Azərbaycan
İtirdiyimiz tarixi yurdlar: Zəngəzur
Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlığının tərkibində olub.
Zəngəzur mahalı Çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olub. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycanlı (türk) kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi.
Zəngəzur mahalının tarixi ərazisi qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları ilə əhatələnmiş geniş bölgə olub. Zəngəzur mahalı bir neçə bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın.
1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub. Həmin dövrdə Zəngəzur qəzası Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi... >>>
|
|
►Qarabağ
Sülh prosesi: sonu görünməyən sürəc
1994-cü ildən bu yana Azərbaycan və Ermənistan rəhbərləri arasında 50-dən çox gorüş keçirilib
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır.
ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfrans çağırılması qərara alındı.
Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 (14 oktyabr 1993-cü il) və 884 (11 noyabr 1993-cü il) saylı qətnamələrinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənədləri və qərarlarına əsaslanır. >>>
|
|
►Azərbaycan dünyada
Xarici siyasət: təsir edən amillər və prioritetlər
Azərbaycan Respublikasının xarici siyasət prioritetləri aşağıdakılardır:
Azərbaycanın ərazi bütövlüyünün bərpası – Dağlıq Qarabağ münaqişəsinin nizamlanması xarici siyasətin bir nömrəli prioriteti hesab olunur.
Beynəlxalq sülh və sabitliyin təşviqi – Azərbaycan beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı fəal beynəlxalq əməkdaşlığa cəlb olunub.
Səmərəli çoxtərəfli beynəlxalq münasibətlər sisteminin təşviqi – Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində BMT-nin rolunun vacibliyini qəbul edir.
Qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişafı – Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurub.
Avropa və Avratlantik strukturlara inteqrasiya – Azərbaycan Avropa və Avratlantik birliyin dəyərlərini bölüşür, Avropada təhlükəsizlik və sabitliyə töhfə verir.
Davamlı inkişaf və Avropanın enerji-nəqliyyat dəhlizinin genişləndirilməsi - Azərbaycanın enerji istehsalçısı və vacib tranzit ölkəsi kimi regionda və beynəlxalq arenada imkanları getdikcə artır. >>>
|
|
►Tolerantlıq
Azərbaycanda alman məskəni: Helenendorf-Göygöl
Göygöl (keçmiş Helenendorf) şəhərində keçirilən yubiley tədbirində Almaniyadan böyük nümayəndə heyəti iştirak edib
Azərbaycanda alman icmasının ilk yaşayış məskəni olmuş Helenendorf – indiki Göygöl – şəhərinin 190 illiyi münasibətilə bayram tədbiri - “Şəhər günü” keçirilmişdir. 1819-cu ildə Vürttemberq Krallığından Azərbaycana gəlmiş alman icması Gəncə yaxınlığında ilk koloniyanın – Helenendorf qəsəbəsinin əsasını qoymuşdur.
Helenendorf 1916-cı ildə Heleneno (Yeleneno), 1938-ci ildə isə Xanlar adlandırılıb və eyniadlı rayonun mərkəzi olub. 2008-ci ildə Milli Məclisin qərarı ilə şəhərə Göygöl adı verilib.
Göygöl (Helenendorf) şəhərinin yaranmasının ildönümü ilə bağlı “Şəhər günü” tədbirləri 2005-ci ildən bu bölgədən millət vəkili, Effektiv Təşəbbüslər Mərkəzinin həmtəsisçisi Rövşən Rzayevin təşəbbüsü ilə qeyd olunur. >>>
|
|
►Milli-mədəni irs
Azərbaycançılıq - bizi birləşdirən dəyər
Azərbaycançılıq vahid və bölünməz vətən, birlik və həmrəylik, dünyanı tanımaq və dünyaya öz milli «mən»inlə tanınmaq deməkdir
XX əsrin əvvəlində bir müsəlman dövləti olaraq dünyaya ilk demokratik respublikanı vermiş Azərbaycan və azərbaycanlılar üçün bu gün «biz dünyada haradayıq» sualına cavab axtarmaq vacibdir.
Bu baxımdan Azərbaycanın hazırkı dünyadakı yeri, nüfuz çevrəsi barədə söz edərkən dünyanın bizi, bizim isə dünyanı necə, hansı dəyərlərlə tanıyıb qəbul etməyimiz üzərində düşünmək lazımdır. Bu gün qlobal inteqrasiya dünyanın dörd yanını bir-birinə bağlayır, dünyanın o tayında baş verən olaylar (mənfi və ya müsbət) bu tayda əks-səda və fəsad doğurur.
Belə bir vəziyyətdə Azərbaycanın qarşısında duran mühüm məqsədlərdən biri Azərbaycan xalqının milli «Mən»ini, milli zənginliyini dünyaya layiqincə təqdim etmək, milli-mənəvi dəyərlərimizin mütərəqqi dünya dəyərlərilə üzvi sintezinə nail olmaqdır. >>>
|
|
►Diaspora
Virtual dünya və diaspora quruculuğu
Dünya azərbaycanlılarını birləşdirmək yolunda mühüm addımlardan biri Virtual Azərbaycanın yaradılmasıdır. 50 milyon azərbaycanlını konkret məkan və zaman hüdudlarında bir araya gətirmək real deyil. Milli birlik və həmrəyliyin təmini baxımından vacib olan intensiv təmasların yaradılması məhz virtual informasiya məkanı vasitəsilə gerçəkləşə bilər.
Virtual Azərbaycanın formalaşdırılması üçün bir sıra mühüm əhəmiyyət kəsb edən layihələr və tədbirlər həyata keçirilməlidir. Hazırda dünya azərbaycanlılarının milli birliyi və mütəşəkkilliyi qarşısında ən ciddi problem onların nəinki bir-biriləri, hətta Azərbaycan haqqında yetərincə dolğun informasiya resurslarının olmamasıdır.
Mövcud problemin həlli baxımından dünya azərbaycanlıları və diaspor təşkilatları haqqında zəruri məlumatları özündə əks etdirən Veb-portalın yaradılması vacib məsələlərdən biri kimi qarşıda durur. >>>
|
|
|
 |
|
 |
|
|