ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Məcbiri köçkünlər ücün yeni qəsəbə istifadəyə verilib

İndiyədək Azərbaycanda qacqın və məcburi köçkünlər üçün 18716 evdən ibarət 63 qəsəbə salınıb

-20.11.2009-

Noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimi olub. AzərTAc-ın məlumatına görə, prezident İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, yeni qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcək. 120 hektar ərazidə salınan qəsəbədə 89-u bir, 275 iki, 200 üç, 32 dördotaqlı olan evlər tikilib.

Qəsəbədə bütün zəruri infrastruktur yaradılıb. Buraya məktəb binası, uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar daxildir. Qəsəbədə müstəqil elektrik stansiyası tikilib, bütün evlər təbii qazla təchiz olunub.

Prezident qəsəbədə tikilmiş evlərə baxıb. O, qəsəbədə inşa olunan 360 yerlik orta ümumtəhsil məktəbinin açılışında da iştirak edib. Prezident məktəblə tanışlıqdan sonra Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Qeyd edək ki, prezidentin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na (2004-2008-ci illər üzrə - red.) əlavələr təsdiq edilib və yeni qəsəbə bu sərəncama əsasən inşa edilib.

Ümumilikdə indiyədək ölkədə qaçqın və məcburi köçkünlər üçün 18 min 716 evdən ibarət 63 qəsəbə salınıb, bu qəsəbələrə əsasən çadır düşərgələrindən 82 min qaçqın və məcburi köçkün köçürülüb. Azərbaycanda sonuncu çadır düşərgəsi 2007-ci ilin sonunda ləğv edilib.

Xatırladaq ki, Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün ilk qəsəbə 2002-ci ildə məhz Goranboy rayonunda inşa olunan Ağcakənd qəsəbəsi olmuşdur. Həmin qəsəbədə 1988-1989-cu illərdə Ermənistandan deportasiya olunmuş azərbaycanlı əhalinin bir hissəsi yerləşdirilib.

* * *

Prezident Goranboy rayonuna səfəri çərçivəsində “Lalə-Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Goranboy filialının fəaliyyəti ilə də tanış olub. Məlumat verilib ki, bu istehsal sahəsi Yevlax “Lalə-Tekstil” MMC-nin filialıdır.

Burada əsasən yataq dəstləri istehsal olunur. Filialda 200 nəfər işlə təmin olunub. Tikişçilərin orta aylıq əmək haqqı 300 manatdır.

Bundan başqa, prezident “Goranboy” hotelinin açılışında iştirak edib.

“Gilan and Knauf Gipso-karton” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə də tanış olan dövlət başçısına məlumat verilib ki, burada ilk məhsul 2008-ci ildə istehsal edilib. Müəssisənin fəaliyyətə başlaması 900-dən çox adamın işlə təmin olunmasına şərait yaradıb. Müəssisədə məhsul karton istehsalı sahəsində dünya üzrə lider olan “Knauf” şirkətinin texnologiyalarından istifadə olunmaqla istehsal edilir.

Daha sonra prezident müəssisənin ərazisində yeni kalsid zavodunun açılışında iştirak edib. Dövlət başçısı zavodu işə salan düyməni basıb, istehsal olunan məhsullarla tanış olub

* * *

Mövzuya dair:

Bakıda məcburi köçkünlər üçün yaşayış kompleksi istifadəyə verilib

Noyabrın 17-də Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksi istifadəyə verilmişdir.

AzərTAc-ın məlumatına görə, prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

İnşaatçılar və bu binalarda mənzil alan məcburi köçkünlər dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident mənzillərlə tanış oldu.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, inşa olunmuş doqquzmərtəbəli 6 binada paytaxtda şəraiti dözülməz olan ictimai yerlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdiriləcəkdir.

Kompleksin tikintisinə 2008-ci ildə başlanmışdır. Binaların yerləşdiyi ümumi ərazi 3 hektar, tikintinin ümumi sahəsi isə 27 min 897 kvadratmetrdir. Ərazidə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yeri olan məktəb binası tikilmişdir. Mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i isə dördotaqlıdır.

Yaşayış binalarının ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Burada qazanxana, nasosxana, transformator yarımstansiyası tikilmiş, mənzillərə telefon, su və qaz xətləri çəkilmişdir.

 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009