ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Soçi danışıqlarından sonra müəmmalı sükut

Bakı və Yerevan susur, Rusiya mənbələri isə Dağlıq Qarabağın danışıqlara qoşulacağını bildirir
 

-27.01.2010-

“Bakı və Yerevan Qarabağ nizamlanması ilə bağlı Madrid prinsiplərinin razılaşdırılmayan məqamlarına dair öz təkliflərini iki həftə ərzində vasitəçilərə təqdim etməlidir”. Ermənistanın “News.am” saytının yaydığı məlumata görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov verib.

Rusiyalı vasitəçi tərəflərin qeyd olunan müddət ərzində öz təkliflərini təqdim edəcəyinə ümidvar olduğunu, bundan sonra isə həmsədrlərin yenidən regiona səfər edəcəyini bildirib.

Prezidentlərin Soçi görüşünü dəyərləndirən həmsədr tərəflərin açıq və konstruktiv müzakirələr apardığını deyib: “Tərəflər Rusiya prezidentinin təşəbbüsünü böyük hörmətlə qəbul edirlər”.

Merzlyakov danışıqların bu il sülh sazişi imzalanması ilə nəticələnib-nəticələnməyəcəyi barədə sualı cavablandırmayıb. Diplomat özünün ATƏT-in Minsk Qrupunun həmsədri postunu tərk edəcəyi barədə xəbərləri isə təsdiqləyib. Onun sözlərinə görə, Rusiyanın Minsk Qrupunda yeni nümayəndəsi yaxın 2-3 ay ərzində təyin ediləcək.

Beləliklə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Rusiyanın dövlət başçısı Dmitri Medvedevin iştirakı ilə yanvarın 25-də Soçidə keçirilən görüşündən sonra Qarabağ sülh prosesi ətrafında maraqlı vəziyyət yaranıb. Əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfə münaqişə tərəfləri - Bakı və Yerevan - danışıqların yekunu və ümumilikdə sülh prosesi ilə bağlı hər hansı şərh vermirlər.

Azərbaycan XİN-in sözçüsü Elxan Poluxov deyib ki, prezidentlərin görüşü haqda heç bir şərh verilməyəcək: “Görüşə dair şərh verilmir”. Eynilə Ermənistan XİN də dünən axşamadək sükuta riayət edib.

Qarabağ danışıqları ətrafındakı bu müəmmalı sükutu, hər şeydən öncə, tərəflər arasında bu barədə - yəni danışıqlara dair şərh verməmək barədə - müəyyən razılaşmanın olduğunu göstərir.

Digər yandan, bu vəziyyət Soçidəki görüşdə Qarabağ nizamlanmasının həssas məqamları ilə bağlı müəyyən müzakirələrin getdiyini göstərir və görünür, tərəflər mümkün anlaşma imkanlarını zədələməmək üçün belə bir sükuta riayət etməyə razılaşıblar.

Xatırladaq ki, Qarabağ danışıqlarının bundan öncəki mərhələlərində də belə situasiyalar yaranıb. Əksinə, danışıqların açıq-aşkar nəticəsiz qaldığı və mövqelərin qəti uzlaşmadığı vaxtlarda tərəflər bunu dərhal büruzə verərək bir-birinə qarşı ittihamlar səsləndirməyə başlayıblar.

Məsələn, 2009-cu il oktyabrın 8-də Kişinyovda keçirilmiş görüşdən dərhal sonra Azərbaycan prezidenti televiziyaya müsahibəsində danışıqların nəticəsiz bitdiyini bəyan etmişdi. Noyabrın 22-də Münxendə keçirilmiş görüşdən sonra isə tərəflər təmkinli və prosesdən ümumən razılıq ifadə edən bəyanatları ilə yadda qalmışdılar.

Soçi görüşündən sonra isə mətbuata yalnız bir şəxs - Rusiya XİN başçısı Sergey Lavrov açıqlama verərək bildirib ki, tərəflər Qarabağ nizamlanmasının baza prinsiplərinə (2007-ci ildən müzakirə masasında olan «Madrid prinsipləri») dair layihənin preambula (giriş) hissəsini razılaşdırıblar, sənədin ziddiyyət doğuran məqamlarını isə yenidən gözdən keçirməyə və redaktə etməyə razılıq veriblər.

Tərəflər həmin ziddiyyət doğuran bəndlərlə bağlı öz formullarını, rusiyalı həmsədr Merzlyakovun dediyi kimi, iki həftə ərzində vasitəçilərə təqdim etməlidirlər.

Soçi görüşdən sonra Rusiya XİN rəhbərinin dilindən səslənən və əslində konkret heç nə ifadə etməyən bəyanatdan savayı ortada hər hansı mülahizənin olmaması çeşidli təxminlərə yol aça bilər. Həmin təxminlərin bir qismi dünən Rusiya informasiya vasitələrində yer alıb. 

Rusiyanın «İnterfaks» agentliyi «danışıqlar prosesinə yaxın olan mənbəyə istinadən» bildirir ki, Madrid prinsiplərinin razılaşdırılmış preambula hissəsində millətlərin öz müqəddəratını təyin etmək hüqüqu, eləcə də Dağlıq Qarabağın danışıqların gələcək mərhələsində iştirakının zəruriliyi əksini tapıb.

Bu yerdə xatırladaq ki, 2009-cu ilin iyulunda Minsk Qrupunun həmsədri ABŞ tərəfindən «Madrid prinsipləri»nin mahiyyəti mətbuata açıqlananda həmin sənədin Helsinki Son Aktına (ATƏT-in təməl sənədi, 1975), gücün tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqluq və öz müqəddəratını həll etmək hüququna əsaslandığı qeyd olunmuşdu.

Başqa sözlə, dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etmək hüququnun Madrid sənədində yer aldığı indiyədək də bəlli idi. Bəlli olmayan və açıq qalan başlıca məsələ həmin iki prinsipin Qarabağ sülh prosesində necə uzdaşdırılmasıdır. 

Yeri gəlmişkən, «Madrid prinsipləri»ndə yer alan əsas müddəalar bunlardır:

1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması;

2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi;

3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması;

4. Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan arzunun ifadə etmək hüququ;

5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ;

6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi.

Bu xüsusda tərəflər arasında ziddiyyət doğuran məqamlar əsasən 1-ci və 4-cü bəndlərdir.

Azərbaycan tərəfi Dağlıq Qarabağ ətrafında olan rayonların azad edilməsi və bundan sonra bölgənin yekun statusunun müəyyənləşməsində, erməni tərəf isə öncə Azərbaycanın statusla bağlı konkret öhdəlik (öz müqəddaratını təyinetmə) götürməsində israr edir.

Erməni mətbuatı isə Rusiya informasiya vasitələrinin xəbərlərinə istinadən

Dağlıq Qarabağın tezliklə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə qatılacığını yazır. Ermənistanın hökumət dairələrinə yaxınlığı ilə seçilən «Azq» qəzetində yer alan iddiaya görə, bu məsələ də Soçi görüşündə razılaşdırılmış məsələlər sırasındadır.

Rusiyalı politoloq, Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən MDB üzrə Mərkəzin baş direktoru Aleksey Vlasovun sözlərinə görə, Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulması barədə məlumatın özündə konkret nəyi ehtiva etdiyi hələ bəlli deyil.

«Əgər tərəflər bu danışıqlar prosesində, sadəcə, Stepanakertin mövqeyini dinləyəcəklərsə, bu formal bir iştirak olacaq. Yox əgər Dağlıq Qarabağ danışıqların bərabərhüquqlu tərəfi kimi prosesə qoşulacaqsa, bu artıq başqa məsələdir. Bu, Bakının sülh prosesi ilə bağlı mövqeyinin tamamilə yenilənməsi deməkdir».

Lakin rusiyalı politoloq Azərbaycanın bu addıma gedəcəyinə şübhə etdiyini bildirib. Onun sözlərinə görə, Bakı o halda Dağlıq Qarabağın bərabər tərəf olaraq danışıqlara qoşulmasına razılıq verər ki, bunun müqabilində erməni tərəf Dağlıq Qarabağ ətrafındakı ən azı 5 rayonun geri qaytarılmasına razılıq versin, bunun qrafiki və konkret tarixi müəyyənləşsin.

«Azərbaycan Qarabağ münaqişəsini güc yolu ilə həll etmək istəsə, ilk növbədə, böyük iqtisadi itkilərlə üzləşəcək» - bu fikri isə Rusiya Dövlət Dumasının deputatı, Rusiyanın MDB İnstitutunun direktoru Konstantin Zatulin bildirib.

Onun sözlərinə görə, nə qədər ki, Bakı və Yerevanın münaqişənin həllinə və son nəticələrinə dair baxışları köklü şəkildə fərqlənir, problemin danışıqlar yolu ilə həlli perspektivi görünmür: «Belə olan halda hərbi yol gündəmə gələ bilər».

Lakin, Rusiya təmsilçisinə görə, Azərbaycan bu yolu seçərək itirilmiş torpaqlarını güclə qaytarmaqğa cəhd etsə, həmin aksiyanın uğur qazanacağını demək çətindir: «İlk növbədə, bu Azərbaycana ağır iqtisadi zərbə olacaq. Ölkədəki xarici investorlar öz vəsaitlərini geri çəkməyə başlayacaqlar. Odur ki, danışıqları davam etdirmək hər halda müharibədən daha yaxşıdır. Hər halda danışıqların nə vaxtsa nəticə verəcəyinə ümidlər qalır».

Rusiyalı deputatın sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli tərəflərlə yanaşı, vasitəçi dövləətlərin prosesə nə dərəcədə müdaxilə edəcəyindən də asılıdır. Onun sözlərinə görə, sülh prosesinə sponsorluq edən Rusiya, ABŞ və Avropa Birliyi müəyyən razılığa gəlsələr, Bakı və Yerevanı sülhə məcbur edərək onlara müəyyən bir planı qəbul etdirə bilərlər.

Vüqar Orxan, “525-ci qəzet”, 27.01.2010

 * * *  

Mövzuya dair:

Elxan Poluxov: “Hazırda Dağlıq Qarabağın erməni icmasının danışıqlar prosesinə cəlb olunmasından söhbət gedə bilməz”

“Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünün əsas nəticəsi olaraq Dağlıq Qarabağın danışıqlara tərəf kimi qoşulacağı haqda Ermənistan mətbuatında yazılanlar Ermənistanın daxili auditoriyasını sakitləşdirmək üçündür”.

Bu barədə yanvarın 26-da jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesində yalnız münaqişə tərəfləri - Ermənistan və Azərbaycan iştirak edir: “Sözsüz ki, Dağlıq Qarabağın erməni icması danışıqların hansısa fazasında bu prosesə cəlb olunacaq. Lakin hazırda bu barədə söhbət getmir və gedə də bilməz. Ona görə ki, danışıqlarda “hər şey həll olunmayana kimi heç nə həll olunmayıb” prinsipi istifadə olunduğu halda, münaqişə tərəfi olmayan tərəfi danışıqlara cəlb etmək düzgün hesab olunmur və yolverilməzdir”.

 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009