ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar Brüsselin mərkəzində çadır qurulacaq

Çadırda Xocalı faciəsinə həsr edilmiş sənədli film, foto-sərgi nümayiş etdiriləcək, ziyarətçilərə kitablar paylanacaq


26 fevral 2009-cu ildə Belçika-Azərbaycan Evi Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar olaraq Brüsselin “Place de Schuman” meydanında (Avropa Birliyinin mərkəzi binalarının olduğu meydan) çadır quracaq. Çadırda Xocalı faciəsinə həsr edilmiş sənədli film, foto-sərgi nümayiş etdiriləcək və çadırı ziyarət edənlərə bu faciəni bir neçə dildə əks etdirən broşuralar və Belçika -Azərbaycan Evinin keçən il nəşr etdirdiyi fransız dilində olan “Əsir Torpaq Qarabağ” adlı kitabı paylanacaqdır.
Elə həmin gün Ermənistanın Belçikadakı səfirliyinə etiraz məktubu da təqdim olunacaqdır.
Qeyd edək ki, Belçika-Azərbaycan Evinin sədri Bülent Gürçam anım mərasiminin keçirilməsi ilə bağlı artıq Brüssel mərkəz bələdiyyəsinin yazılı icazəsini almışdır.
Tədbirdə iştirak etmək istəyən və anım günü ilə bağlı məlumat, foto almaq və ya reportaj hazırlamaq istəyənlər Belçika Azərbaycan Evinin sədri Bülent Gürçamla birbaşa əlaqə yarada bilərlər:
(+32) 475 706 589 və ya gurcam.b@hotmail.com

Belçika-Azərbaycan Evi” haqqında

“Belçika-Azərbaycan Evi” bir diaspor təşkilatı kimi simvolik bir zaman ayrıcında, 2000-ci ildə Belçikanın paytaxtı Brüsseldə yaradılıb.
Təşkilatın yaradıcısı və rəhbəri əslən Qərbi Azərbaycandan, İğdırdan olan Bülənt Gürçamdır.
Cəmiyyətin sədri Bülənt Gürçam hələ 1986-cı ildə Brüsseldə “Qürbət”, 1992-ci ildə isə “Vətən”, 2004-cü ildə “Dədə Qorqud” adlı üç dildə (Azərbaycan, fransız və ingilis) dərgi nəşr etdirmişdir.
Belçika-Azərbaycan Evi” 2003-cü ilin fevral ayında Xocalı soyqırımının ildönümü münasibətilə “Palase de la Monnai” meydanında çadır quraraq Xocalı soyqırımına aid fotosərgi nümayiş etdirmişdir.
“Belçika Azərbaycan Evi”nin Azərbaycanın Avropada tanınmasında həyata keçirdiyi ən böyük layihələrdən biri də 2004-cü ildə Brüsseldə Dünya Gömrük Komitəsinin həyətində Dədə Qorqud heykəlinin qoyulmasıdır. Tədbirə Avropanın və Azərbaycanın tanınmış simaları ilə yanaşı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də qatılmışdır.
Cəmiyyət Brüsseldə üzərində ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmləri olan markalar buraxıb.
Azərbaycan həqiqətlərin dünyaya çatdırılması və Azərbaycan diasporunun fəaliyyətlərini işıqlandırmaq məqsədilə “Belçika-Azərbaycan Evi” 2004-cü il iyulun 22-dən Azərbaycanda yeganə diaspor qəzeti olan “Euro Xəbər” qəzetini çap etdirir. Qəzet ayda 2 dəfə 3 dildə (azərbaycan, fransız və ingilis) çıxır.
Cəmiyyət 2005-ci ildə Qurban bayramı münasibətilə Beçikada yaşayan soydaşlarımızla bərabər Lənkəran şəhərində maskunlaşan məcburi köçkün və qaçqınlara görüşmüş, onlara qurban payları paylamışdır.
Cəmiyyət Azərbaycanın Avropada tanınması ilə yanaşı xalqımızın Avropa adət-ənənələri ilə də tanış olması istiqamətində də layihələr həyata keçirir. 2006-cı ilin may ayının 30-da Azərbaycanda ilk dəfə Avropa Qonşular bayramını məhz “Belçika Azərbaycan Evi” qeyd etmişdir.
2006-cı ildə Azərbaycanda yaşayan həmvətənlərimizi, həmçinin xaricdə yaşayan soydaşlarımızı da sarsıdan Ramil Səfərovun məhkəməsində iştirak edən Bülənt Gürçam “Belçika-Azərbaycan Evi”nin bir diaspor təşkilatı olaraq nə qədər fəal olduğunu bir daha sübut etmişdir.
30 avqustda Zəfər bayramı münaisbətilə Ağrı dağının 5137 metrlik zirvəsinə qalxan İğdır Akud dərnəyinin üzvləri Türkiyənin ulu öndəri Atatürkün və «Belçika Azərbaycan Evi»nin təsisçiliyi ilə Azərbaycanda yayımlanan Euro Xəbər qəzetinin hazırladığı üzərində Azərbaycanın ümumilli lideri Heydər Əliyevin şəkli və «EuXəbər»in adı yazılan bayrağı zirvəyə qədər apararaq Ağrı dağının zirvəsinə sancıblar.
2006-cı ilin oktyabr ayında Belçika Azərbaycan Evinin təşəbbüsü və maliyyə dəstəyi ilə fransız dilində “Azərbaycan Milli Mətbəxi” adlı kitab nəşr olunmuşdur. Milli mətbəximizin 55 reseptinin yer aldığı kitabda Şəki, Gəncə, Lənkəran, İğdır, Naxçıvan, Ağrıdağı barədə məlumatlar da maraq doğurur.
2008-ci ildə Belçika Azərbaycan Evi fransız dilində “Terre Occupe-le Haut Karabakh” (Əsir Torpaq Qarabağ) adlı kitab nəşr etdirmiş və Avropalı oxucuların ixtiyarına verilmişdir.

www.euxeber.com

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009