ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Azərbaycanın böyük dostu İhsan Doğramacı vəfat edib

Görkəmli alim təhsil və səhiyyə sahəsində layihələri ilə dünya şöhrəti qazanmışdı

-25.02.2010-

Fevralın 25-də Türkiyənin görkəmli elm adamlarından biri, ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu, professor İhsan Doğramacı 95 yaşında Ankarada vəfat edib.

İhsan Doğramacı 1915-ci il aprelin 24-də o vaxt Osmanlı imperatorluğunun tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib.

Doğramacı Türkiyənin Bilkənt Universitetinin qurucusu, Beynəlxalq Uşaq Səhiyyə Mərkəzinin sədri, UNİSEF-in Türkiyə Milli Komitəsinin sədri, Beynəlxalq Pediatrlar Qurumunun fəxri sədri olub.

Doğramacı Uşaq Sağlamlıq İnstitutunun, Hacəttəpə Tibb və Səhiyyə Elmləri Fakültəsinin və Hacəttəpə Universitetinin qurulmasında rol oynayıb. Ankara Universitetinin, Hacəttəpə Universitetinin rektoru, Türkiyə Ali Təhsil Şurasının ilk sədri olub.

Ankaradakı Bilkənt Universiteti İhsan Doğramacının adını daşıyır. Universitetin rektoru isə Doğramacının oğlu, professor Əli Doğramacıdır.

Türkiyənin prezidenti Abdullah Gül, parlamentin sədri Məhmət Əli Şahin və baş nazir Rəcəb Tayyib Ərdoğan İhsan Doğramacının ailəsinə başsağlığı vermişlər.

Azərbaycan prezidenti İlham Əliyev də İhsan Doğramacının ailəsinə başsağlığı verib.

Mərhumun dəfn mərasimi fevralın 28-də keçiriləcək.

Qeyd edək ki, dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarını almış  almış İhsan Doğramacı 2000-ci ildə Azərbaycanın “İstiqlal” ordeni ilə, 2005-ci ildə isə Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunub. 2000 və 2005-ci illərdə İhsan Doğramacının 80 və 85 illik yubileyləri Bakıda qeyd olunub.

 * * *

Professor Əlı Doğramacıya  

Türk dünyasının böyük oğlu, görkəmli ictimai xadim, dünya şöhrətli alim və maarifçi, müdrik və xeyirxah insan İhsan Doğramacının vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə qarşılayaraq Sizə, ailənizə və yaxınlarınıza öz başsağlığımı çatdırıram. Mənim və Mehriban xanımın başsağlığını ananız Ayser xanıma yetirməyinizi xahiş edirəm.

İhsan Doğramacının Azərbaycanın ən ali mükafatları – “İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif olunması Azərbaycan tərəfindən onun həyatı boyu göstərdiyi misilsiz xidmətlərinə hörmət və ehtiramın parlaq ifadəsi idi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə onun uzun illər boyu davam edən dostluğu bizim hamımızın yaddaşına əbədi həkk olunub. 2003-cü ildə Heydər Əliyevlə vidalaşma mərasimində İhsan bəyin söylədiyi ürək sözlərini mən heç vaxt unutmayacağam.

Azərbaycan xalqının səmimi dostu olan İhsan bəyin ölümü ölkəmizin hər bir vətəndaşı tərəfindən ağır itki kimi qəbul edilir. Onun işıqlı xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Allah ona qəni-qəni rəhmət eləsin. Qəbri nurla dolsun.

Dərin hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2010-cu il.

 * * *

Bax həmçinin:

İhsan Doğramacının 90 illik yubileyi münasibətilə “Heydər Əliyev” ordeni ilə təltif olunması mərasimi (29 aprel 2005-ci il, Bakı)

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009