ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Prezidentlər Qarabağı Sankt-Peterburqda müzakirə etdilər

Rusiya prezidentinin sözçüsü: “Azərbaycan və Ermənistan mövqelərini yaxınlaşdırıb”


-18.06.2010-

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyəli danışıqların növbəti raundu iyunun 17-də Rusiyanın Sankt-Peterburq şəhərində gerçəkləşdi.

Sankt-Peterburqda düzənlənən ənənəvi beynəlxalq iqtisadi forum çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilib. Görüş Konstantinov sarayının zallarından birində baş tutub.

Rusiya prezidenti Dmitri Medvedev bu görüşün analoji formatda keçirilən sayca altıncı görüş olduğunu bildirib: “Artıq altıncı dəfədir ki, bu formatda görüş keçiririk. Məncə, bu kiçik rəqəm deyil”.

Prezidentlər jurnalistlərin yanında hava barədə fikir mübadiləsi aparıblar. Dmitri Medvedev təəssüflə qeyd edib ki, yay olmasına baxmayaraq Sankt-Peterburqda havalar o qədər də isti deyil: “İlin bu dövründə nədənsə havalar soyumağa başlayır. Ötən ay həm Moskvada, həm də Piterdə anomal istilər vardı”.

Daha sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.

* * *

Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edib 

Prezident İlham Əliyev Sankt-Peterburqda onun üçün ayrılmış iqamətgahda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

APA-nın AzərTac agentliyə istinadən verdiyi xəbərə görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

* * *

Rusiya prezidentinin mətbuat katibi: “Azərbaycan və Ermənistan mövqelərini yaxınlaşdırıb” 

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan rusiyalı həmkarları Dmitri Medvedevlə söhbətdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları Madrid prinsipləri əsasında davam etdirməyə hazır olduqlarını bildiriblər.

Rusiya informasiya vasitələrinin məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova prezidentlərin iyunun 17-də Sankt-Peterburqda keçirilmiş görüşündən sonra məlumat verib. 

N. Timakovanın sözlərinə görə, görüşdə nizamlanmanın əsas prinsipləri üzrə bəzi mübahisəli məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşdığı qeyd olunub:

“Üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin çözülməsi variantlarına baxılıb. Azərbaycan və Ermənistan prezidentləri Minsk Qrupu çərçivəsində, ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə Madrid sənədi üzərində işin başa çatdırmasına yönəlmiş dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər”.

 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009