ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tarix və mədəni irsimiz vətəndaş cəmiyyəti müstəvisində

Azərbaycanın tarixi həqiqətlərinin, mədəniyyətinin dünyaya layiqincə təqdim olunmasında QHT-lərin üzərinə böyük məsuliyyət düşür


11/04/2012

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ötən dövrdə ölkə həyatının bir çox sahələrində əldə olunan nəticələrə, inkişafa, eləcə də mövcud problemlərə və onların həlli yollarına nəzər salmaq üçün əlamətdar fürsətdir. Bu baxımdan müstəqillik dövründə vətəndaş cəmiyyəti təsisatlarının yaranması, fəaliyyəti, ölkəmizin ictimai-siyasi, mədəni həyatında qeyri-hökumət təşkilatlarının rolu ayrıca diqqət yetiriləsi mövzulardandır. Bir məqamı öncəliklə qeyd etmək gərəkdir ki, dövlət müstəqilliyinin həyatımıza gətirdiyi demokratik nailiyyətlərdən biri məhz vətəndaş cəmiyyəti institutlarıdır. Açıq cəmiyyəti, fikir plüralizmini, fundamental demokratik dəyərləri ümumi dövlətçilik fəlsəfəsi kimi qəbul etmiş bütün ölkələrdə “üçüncü sektor” – qeyri-hökumət təşkilatları – ictimai-siyasi münasibətlərin tarazlaşdırılmasında, vətəndaş dialoqunun təmin olunmasında mühüm rol oynayır.

Demokratiya tarix boyunca bəşəriyyətin əldə etdiyi ən səmərəli idarəçilik üsulu, mütərəqqi dəyərlər məcmusu olmaqla yanaşı, eyni zamanda, daim inkişafda, dinamikada olan ideya və baxışlar sistemidir. Bu, əvvəli bəlli, lakin sonu görünməyən bir proses, inkişaf yoludur. Təsadüfi deyil ki, çoxəsrlik demokratiya təcrübəsi olan qabaqcıl dünya ölkələrində də demokratik islahatlar, təkmilləşmə prosesi heç zaman səngimir, davam edir. Bu nöqteyi-nəzərdən 20 illik müstəqillik tarixi olan Azərbaycan üçün demokratiya yolunda atılan addımlar, o cümlədən demokratik təcrübənin mühüm elementi olan vətəndaş cəmiyyətinin inkişafı olduqca böyük önəm kəsb edir.

Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi bu sahəni prioritet istiqamət kimi diqqətdə saxlayır. Ölkədə güclü vətəndaş cəmiyyəti institutların təşəkkül tapması, vətəndaş təşəbbüskarlığının təşviq olunması, o cümlədən QHT-lərin inkişafına göstərilən dövlət qayğısı, 2008-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması nəticə etibarilə Azərbaycanın demokratik inkişafına verilən mühüm töhfədir.

Ümumulikdə müstəqillik illərində mühüm inkişaf yolu keçən qeyri-hökumət təşkilatlarımız ölkə həyatının müxtəlif sahələrində islahatlar prosesinə, müxtəlif dövlət proqramları və layihələnin həyata keçirilməsinə öz töhfələrini verir, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar. Nəzərə almaq lazımdır ki, müasir dünyadakı qlobal inteqrasiya prosesində qabaqcıl yer tutmaq istəyən dövlət özünün iqtisadi, siyasi gücü ilə yanaşı, həm də tarixi irsi, mədəniyyəti ilə tanınmalı, onları yüksək səviyyədə təbliğ etməyi bacarmalıdır. Azərbaycanda bu istiqamətdə dövlət tərəfindən mühüm işlər görülür, lakin vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür.

Xalqımızın böyük tarixi, zəngin mədəniyyəti var. Bu zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyev çıxışlarında bu barədə vacib müdəaları qeyd etmişdir: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma milli xüsusiyyətlərimizi itirməmişik, dilimizi, mədəniyyətimizi, milli ənənələrimiz qoruyub saxalaya bilmişik. Budur, xalqın milli eyniyyətini, milli identifikasiyasını şərtləndirən əsas məsələlər. ... Azərbaycan dünya birliyinin dəyərli üzvünə çevrilibdir. Biz öz təbliğat işimizi daha da səmərəli qurmalıyıq. Bu işləri informasiya-kommunikasiya texnologiyaları, internet vasitəsilə daha fəal şəkildə görmək lazımdır”.

“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi də öz fəaliyyətində bu müdəaları əsas götürərək Azərbaycan həqiqətlərinin təbliğinə, ölkəmizin Ermənistanla informasiya mübarizəsinə töhfə verməyə çalışır. 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının donorluğu hesabına həyata keçirdiyimiz “Milli etniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi də həm təşkilatımızın məramını, həm də əsas fəaliyyət istiqamətlərini özündə ehtiva edir. Layihənin başlıca qayəsi ölkəmizin dünyaya inteqrasiyası kontekstində azərbaycançılıq ideyasının, ölkəmizdəki tolerantlıq mühitinin, Azərbaycanın tarixinin, mədəniyyətinin tədqiq və təbliği, bu istiqamətdə praktik təbliğat vəsaitlərinin hazırlanması və yayılmasıdır.

2008-ci ildə bu layihə çərçivəsində "Azərbaycan tarixi günbəgün" adlı kitab-təqvim hazırlanmış və nəşr edilmişdir. Kitab Azərbaycanın qədim dövrdən bu günədək keçdiyi dövlətçilik tarixi, ictimai-siyasi, mədəni həyatının önəmli hadisələri, şəxsiyyətləri haqqında yığcam bilgiləri əhatə edir. Kitab kitabxanalara, təhsil müəsssisələrinə, QHT-lərə, kütləvi informasiya vasitələrinə, həmçinin xaricdəki azərbaycanlı diaspor təşkilatlarına hədiyyə edilmişdir.

2009-cu ildə layihə çərçivəsində www.azerbaycanli.org saytı fəaliyyətə başlamışdır. Üç dildə informasiya-resurs portalı kimi nəzərdə tutulan saytın hazırda Azərbaycan və rus versiyaları aktiv şəkildə fəaliyyət göstərir, mütəmadi yenilənir və məlumat bazası zənginləşdirilir. Saytın ingilis dilində versiyası isə pilot rejimində işə salınıb. Saytda Azərbaycanın tarixi, mədəni inkişafı, ölkəmizin dünyada yeri, Qarabağ problemi, azərbaycanlı diasporu və s. mövzularda məlumatları, təhlili yazıları, elektron resursları özündə birləşdirir. Sayt vasitəsilə Azərbaycanın tarixinin, mədəniyyətinin, xüsusilə Vətənimizin ayrılmaz hissəsi olan Qarabağın yarın tarixi-mədəni irsinin öyrənilməsi, təbliği ilə yanaşı, azərbaycançılıq məfkurəsinin yayılmasına, dünya azərbaycanlılarının bu ideya ətrafında birləşməsinə, azərbaycanlı diasporunun fəaliyyətinə də bir informasiya bazası olaraq töhfə verməyə çalışırıq. Ötən müddətdə saytda “Azərbaycanın dünya birliyinə inteqrasiyası: tarix və mədəni irsin təbliği” mövzusunda yeni elektron resursların (“Tariximiz”, “Azərbaycançılıq”, “Bizim təqvim” və s. bölmələr) yaradılması da bu məqsədə xitmət edir.

Məlumdur ki, qloballaşan dünyada dövlətlərin beynəlxalq səviyyədə qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür. Azərbaycan dövləti də bu reallıqdan çıxış edərək müxtəlif səbəblərdən xarici dövlətlərdə yaşamağa məhkum olmuş soydaşlarımızın Ana Vətənlə əlaqələrini genişləndirmək, onların milli-mənəvi birliyinə nail olmaq üçün ardıcıl tədbirlər həyata keçirir. Bu baxımdan qlobal informasiya cəmiyyətinin təzahürü kimi meydana çıxan virtual dünyada özümüzə layiqli yer tutmaq, bu dünyanın hissəsi olaraq “Virtual Azərbaycan”ın formalaşmasına nail olmaq xüsusi önəm kəsb edir. Müasir informasiya əsrində dünya azərbaycanlılarının vahid məram və məqsədlər ətrafında konsolidasiyasında məhz virtual dünyanın yeni reallıqlarını da nəzərə almaqla effektiv nəticələr əldə etmək olar.

Bu nöqteyi-nəzərdən www.azerbaycanli.org saytını da “Virtual Azərbaycan” ideyasına xidmət edən informasiya mənbəyi saymaq olar. Çünki saytımızda dünya azərbaycanlılarını maraqlandıracaq, onlara Azərbaycanla bağlı çeşidli mövzularda (tarix, mədəniyyət, ədəbiyyat, Azərbaycanın beynəlxalq aləmdə yeri, Qarabağ həqiqətləri və s.) informasiya dəstəyi ola biləcək məlumatlar, elektron resurslar var. Buna misal olaraq "Azərbaycan tarixi günbəgün" nəşrinin müntəzəm olaraq yenilənən elektron variantını (“Bizim təqvim”), Qarabağın tarix və ədəbiyyatına dair elektron xronoqrafların hazırlanmasını göstərə bilərik.

Bu gün beynəlxalq birlik Qarabağ probleminin mahiyyəti, Azərbaycanın bu məsələdə tutduğu ədalətli mövqe barədə xəbərdardır. Lakin görülən işlər yetərli deyil. Məhz buna görə ölkə rəhbərliyi Qarabağla bağlı tarixi həqiqətlərin daha geniş miqyasda dünya çatdırılmasını həm dövlət, həm də qeyri-dövlət qurumlarının ümdə işi kimi daima vurğulayır. Saytımızda 2010-cu ildə “Qarabağ tarixinin salnaməsi”, 2011-ci ildə isə “Qarabağ ədəbiyyatı – ensiklopedik xronoqraf” adlı xüsusi elektron topluların yaradılması da bu zərurətdən irəli gəlib. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələr Qarabağla bağlı tarixi həqiqətlərin təbliği işinə töhfə sayıla bilər.

Məlumdur ki, hər bir xalqın yaşadığı torpaqdakı tarixinin qədimliyini sübut edən başlıca meyarlardan biri onun yaratdığı mədəni irsdir. Azərbaycan xalqının da zəngin mədəniyyətinin mühüm bir qolunu Qarabağdan olan şair, yazıçı və mütəfəkkirlərimizin yaratdığı ədəbi irs təşkil edir. Qarabağda Azərbaycan tarixini saxtalaşdırmağa çalışan ermənilər işğal etdikləri ərazilərdə mədəniyyət abidələrimizi məhv ediblər. Bu torpağın yetirdiyi ədiblərin əsərləri isə yaşamaqdadır. Ermənilərin bu əsərləri qəsb etməsi mümkün deyil. Odur ki, bu Vətən torpağının mütəfəkkir və ədiblərinin həyat və yaradıcılığının təbliği, dünyaya çatdırılması mühüm əhəmiyyət kəsb edir. “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafı məhz bu məqsədlə yaradılıb.

Gələcəkdə saytda Azərbaycanın mədəni irsi, Qarabağ mövzusunda yeni elektron topluların yaradılması, eyni zamanda saytın xarici dillərdə məlumat bazasının zənginləşdirilməsi əzərdə tutulur.

Hesab edirik ki, Azərbaycanın təbliğinə, zəngin tarixi, mədəni irsi, tolerant cəmiyyəti, sülhsevər xalqı olan ölkə kimi dünyada daha geniş tanınmasına xidmət edən hər bir iş təqdir olunmalıdır. www.azerbaycanli.org saytı da bu məramla yaradılıb və fəaliyyət göstərir. Sayta hər gün 200-dən çox ziyarətçi daxil olur və onların önəmli bir qismini xaricdə yaşayan soydaşlarımız, Azərbaycanla maraqlanan əcnəbilər təşkil edir. Bu sabit oxucu marağı gördüyümüz işin müsbət nəticəsinə ən bariz nümunədir.

Bu yerdə layihənin icrasında ilk gündən QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bizə göstərilən yardımı bir daha qeyd etmək istərdik. Çünki Şura, bir sıra digər donor təşkilatlarından fərqli olaraq, sadəcə layihələrə maliyyə yardımı ayırmaqla kifayətlənmir, onun icrasını müntəzəm diqqətdə saxlayır, zəruri məsləhət və dəstəyini əsirgəmir. Bu baxımdan ötən müddətdə bu və digər məsələlərlə bağlı Şuradan aldığımız dəyərli məsləhətlər, qeyd olunan faydalı fikir və rəylər layihənin uğurla həyata keçməsinə mühüm zəmin olmuşdur.

 

Xanlar Məmmədov, Effektiv Təşəbbüslər Mərkəzinin direktoru

Vüqar Əliyev, layihə rəhbəri

 

►“Vətəndaş Cəmiyyəti” jurnalı, 2011-ci il, №11, səh.10-11

 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009