ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Ermənistan-Azərbaycan münaqişəsi Cənubi Qafqazda inkişafa maneədir

Riqada Latviya və Azəbaycan deputatlarının görüşündə Qarabağ məsələsi gündəmə gəlib


26/10/2013


Oktyabrın 24-də Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupunun sədri Rövşən Rzayevin rəhbərliyi ilə Milli Məclisinin nümayəndə heyəti beynəlxalq "Baltik forumu" konfransında iştirak etmək məqsədilə Latviyaya səfərə gedib.

Səfər çərçivəsində azərbaycanlı millət vəkillərinin Latviya Seymində Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşü  olmuşdur.

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, Latviya-Azərbaycan parlamentlərarası qrupun rəhbəri Yanis Reyers, Azərbaycan Milli Məclisinin deputatları Rövşən Rzayev, Fuad Muradov və Çingiz Əsədullayev, habelə Latviyanın beş siyasi fraksiyasının üzvləri görüşdə iştirak etmişlər.

Deputat Yanis Reyers qonaqları salamlayaraq Latviya və Azərbaycan arasında əməkdaşlığın parlamentlərarası istiqaməti barədə məlumat vermişdir. İki ölkənin parlamentariləri arasında əlaqələri inkişaf etdirməyin vacibliyi vurğulanmışdır. Y.Reyers gələn ilin baharında Latviya seyminin spikeri Solvita Aboltininin Bakıya səfəri nəzərdə tutulmasını diqqətə çatdırmışdır.

Parlamentlərarası dostluq qrupunun rəhbəri Rövşən Rzayev bu yaxınlarda Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə informasiyanı görüş iştirakçılarının diqqətinə çatdırmışdır. İkitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan R.Rzayev Latviya Seyminin spikerinin Bakıya səfəri çərçivəsində biznes-forum keçirilməsini təklif etmişdir.

Dostluq qrupunun rəhbəri Azərbaycan üçün əsas problemə – regionda təhlükəsizlik və Cənubi Qafqazın iqtisadi inkişafı üçün böyük təhdid mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq vurğulamışdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri hələ də işğal altındadır. Qeyd edilmişdir ki, Azərbaycan beynəlxalq birliyi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun tənzimlənməsi məqsədilə bu icmalar arasında etimad yaradılması üçün səy göstərməyə çağırır.

Latviya tərəfi bu görüşdə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin dinamik inkişafını qeyd etmişdir. Bildirilmişdir ki, cari ilin altı ayı ərzində Azərbaycan ilə Latviya arasında əmtəə dövriyyəsinin həcmi 6,68 milyon dollar olmuşdur. Bunun 60 faizi qida məhsullarının, 12 faizi əczaçılıq mallarının payına düşür.

Milli Məclisin deputatı Fuad Muradov iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının vacibliyini qeyd edərək bildirmişdir ki, zəngin enerji resurslarına malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayır.

Səfir Elman Zeynalov Azərbaycan və Latviya parlamentləri arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyinə əminliyini bildirərək ölkələrimiz arasında çoxtərəfli dialoqun möhkəmlənməsi və inkişafı üçün müxtəlif səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsini qeyd etmişdir.

Görüşdə ikitərəfli münasibətlərin inkişafı, Avroatlantik əlaqələr, qarşılıqlı səfərlərin əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.

* * *

“Avrasiyada transformasiya: müasir dövrün çağırışlarına adekvat cavablar axtarışında”

Azərbaycan deputatları beynəlxalq “Baltik forumu”nda iştirak ediblər 

Oktyabrın 25-də Latviyanın Yurmala şəhərində ənənəvi beynəlxalq “Baltik forumu” konfransı işə başlamışdır. Forum Avropa İttifaqı, ABŞ, Rusiya, Çin və digər ölkələrdən nüfuzlu ekspertləri, siyasətçiləri və mətbuat nümayəndələrini bir araya toplamışdır. Bu il konfrans “Avrasiyada transformasiya: müasir dövrün çağırışlarına adekvat cavabların axtarışında” mövzusunda keçirilir.

Azərbaycanı forumda Milli Məclisin deputatları Rövşən Rzayev, Fuad Muradov və Çingiz Əsədullayev təmsil etmişlər.

Forumun əsas mövzuları energetika və tranzit məsələləridir. Ekspertlər hesab edirlər ki, müşahidə olunan qlobal istiləşmə nəzərə alınsa, energetika mövzusu yaxın 2-3 ildə əsas məsələ olacaqdır.

Tranzitə gəldikdə isə konfransda logistika ilə məşğul olan yük sahiblərinin və şirkətlərin rəyi əsas olmuşdur. Bu da istər Latviya, istərsə də latviyalı biznesmenlər üçün çox aktualdır.

Forumda bildirilmişdir ki, yeni münaqişələrin yaranması coğrafiyasını və ixtilafların aradan qaldırılması imkanlarını dünya iqtisadiyyatının inkişaf meyllərindən çıxış edərək proqnozlaşdırmağa çalışmaq lazımdır.

Milli Məclisin deputatı Fuad Muradov sürətlə inkişaf edən, enerji resursları ilə tanınan gənc dövlət - Azərbaycan haqqında qısa məlumat vermişdir. Avropanın qonşusu olan və bəzi Avropa proqramlarında iştirak edən bir ölkə kimi Azərbaycan da Avropa təşkilatları və qurumları, o cümlədən Avropa İttifaqı ilə münasibətlərdə enerji əməkdaşlığını mühüm element sayır.

Diqqəti bütövlükdə regiona təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması üzərində cəmləşdirən deputat Azərbaycan ərazilərinin 20 faizinin işğal olunmasından, Ermənistanın azərbaycanlılara qarşı məqsədyönlü etnik təmizləmə siyasətindən, bir milyon qaçqının olmasından söz açmışdır. F.Muradov vurğulamışdır ki, münaqişənin həlli regionda sabitliyə, müəyyənliyə və əməkdaşlığa gətirib çıxaracaqdır.

F.Muradov bildirmişdir ki, istər Rusiya, istərsə də Baltik regionu ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi Azərbaycan üçün əhəmiyyətlidir. Bu münasibətlər digər ölkələr üçün əməkdaşlıq modeli ola bilər. “Şərq tərəfdaşlığı” proqramına toxunan deputat diqqətə çatdırmışdır ki, Aİ layihəsi çərçivəsində əlaqələrə ikitərəfli əlaqələr kontekstində baxmaq lazımdır, çünki hər bir ölkənin öz inkişaf modeli vardır.

F.Muradov çıxışının sonunda növbəti Baltik forumunda Azərbaycan üçün əhəmiyyət kəsb edən problemlərin müzakirə olunmasını təklif etmişdir. Tədbirin moderatoru, Rusiya Müasir İnkişaf İnstitutunun idarə heyətinin sədri İqor Yurgens növbəti Baltik forumunun “Eurovision-2012” mahnı müsabiqəsini yüksək səviyyədə təşkil etmiş Bakıda keçirilməsini təklif etmişdir.

* * *

“Cənubi Qafqazda gedən proseslərlə əlaqədar regionun təhlükəsizliyinə bəzi təhdidlər”

Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupunun rəhbəri Rövşən Rzayev “Baltik forumu”nda məruzə ilə çıxış edib

Oktyabrın 26-da Yurmalada “Avrasiyada transformasiya: müasir dövrün çağırışlarına adekvat cavablar axtarışı” mövzusuna həsr olunmuş “Baltik forumu” beynəlxalq konfransı işini davam etdirmişdir.

Forumun ikinci günü qeyd edilmişdir ki, son dərəcə qeyri-sabit olan müasir dünyada ayrı-ayrı dövlətlərin Avropa-Atlantik təhlükəsizliyinin təmin olunması ümumi müzakirə üçün mühüm və aktual məsələlərdən biri olaraq qalır.

Milli Məclisin deputatı, Azərbaycan-Latviya Parlamentlərarası dostluq qrupunun rəhbəri Rövşən Rzayev “Cənubi Qafqazda gedən proseslərlə əlaqədar regionun təhlükəsizliyinə bəzi təhdidlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Deputat demişdir ki, yaxın Şərqdə və Şimali Afrikada baş verən hadisələr bu dövlətlərin vətəndaşlarının başqa ölkələrə, o cümlədən Azərbaycana kütləvi miqrasiyası problemini yaratmışdır. Azərbaycan Dağlıq Qarabağda Suriya qaçqınlarının yerləşdirilməsindən narahatdır. İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət də regionun təhlükəsizliyi üçün qorxu yaradır. Qeyd edilmişdir ki, Azərbaycan beynəlxalq antiterror kampaniyasının müvəffəqiyyətlə həyata keçirilməsinə kömək göstərir.

R.Rzayev Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirmişdir ki, Azərbaycan dövləti ölkənin Dağlıq Qarabağ bölgəsi ətrafında Ermənistanın başladığı münaqişənin həll olunmaması fonunda beynəlxalq terrorizm və dini ekstremizm təhlükələrinə qarşı hər gün mübarizə aparır. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılması məsələsində destruktiv mövqe tutmaqda davam edir.

Azərbaycan deputatı qeyd etmişdir ki, Dağlıq Qarabağın hər iki icması arasında konstruktiv dialoq aparılmasına kömək göstərilməsində beynəlxalq birliyin iştirakı Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaranmış mövcud problemlərin həlli sahəsində səmərəli tədbirlərdən biri ola bilərdi. Belə dialoq xalqlara arasında düşmənçilik və qəzəb atmosferini aradan qaldırmağa, münaqişənin nizama salınması üçün qarşılıqlı məqbul şərtlərin axtarışı üzrə danışıqlar prosesini davam etdirmək üçün əlverişli şərait yaratmağa imkan verərdi.

Forumun sonunda yekun sənəd qəbul edilmişdir. Sənəddə Milli Məclis deputatlarının çıxışları əsasında Azərbaycanın mövqeyi əks olunmuşdur.

 

* * *

Səfər çərçivəsində Milli Məclisin deputatı Çingiz Əsədullayev bir sıra ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə Azərbaycanın iqtisadi inkişaf perspektivləri barədə məlumat verilmişdir. Deputat demişdir ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ilədək öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq, ixracat yönümlü, rəqabət qabiliyyətli, yüksək məhsuldar iqtisadiyyata çevriləcəkdir. Deputat müstəqil Azərbaycanın öz inkişafı üçün çox böyük ehtiyatlara malik olan bank sistemindən də danışmışdır.

Azərbaycan deputatlarının Latviyaya səfəri oktyabrın 26-da başa çatıb.

 


 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009